26 iyun 2017, Bazar ertəsi
Ana Səhifə - MƏDƏNİYYƏT - Müğənnilərin övladları kimdirlər - məmur, diplomat, polis, işsiz... - MARAQLI
Müğənnilərin övladları kimdirlər - məmur, diplomat, polis, işsiz... - MARAQLI
10.04.2017, 13:54

Müğənnilər adətən gördükləri işlərlə - ifalarıyla göz önündə olurlar. İstər televiziya kanallarında, xəbər saytlarında, istərsə də digər media vasitələrində çıxışlarını görmək mümkündür. Lakin onlar sənətləri ilə yadda qalsalar da, ailə vəziyyətləri, övladları da həmişə maraq dairəsində olub. Bəs müğənnilərin övladları kimdir, hansı fəaliyyət sahəsindədirlər, nə işlə məşğuldurlar?


Modern.az
saytı bir neçə müğənnilərin övladı barədə məlumatları təqdim edir.


Azərbaycanın xalq artisti Mənsum İbrahimov
bildirib ki, dörd övladı var. Onun sözlərinə görə, övladlarından ikisi Bakı Dövlət Universitetinin fərqli fakültələrində təhsil alıb və hazırda işləyirlər.
“İki övladım ali məktəbi bitirib və işləyirlər. Bakı Dövlət Universitetinin politologiya və beynəlxalq münasibətlər fakültələrində təhsil alıblar. Övladlarımdan biri diplomatdır, biri dövlət məmurudur. Üçüncü övladım tələbədir, sonuncusu isə orta məktəbdə oxuyur”.

 

İlqar Muradovun üç övladı var: “İki övladım universitet qurtarıb, biri isə hələ təhsil alır. Övladlarımdan ikisi Azərbaycan Dövlət İqtisad Universitetində, biri isə Azərbaycan Dillər Universitetində təhsil alıb”.

 

Xalq artisti Zaur Rzayevin oğlu Araz Rzazadə də atası kimi ifaçılıqla məşğuldur.

“Oğlum müsəlman ölkələri içərisində yeganə insandır ki, dünyanın məşhur “La Scala” vokal akamediyasına qəbul olunub. Musiqi Akademiyasının professoru, klassik ifa üzrə böyük  pedaqoji təcrübəsi olan Hüseyn Əliyevdən vokal dərsləri alıb. Azərbaycan Akademik Opera və Balet Teatrında solist işləyib. Heydər Əliyev Fondunun və Respublika Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi və təşkilatçılığı ilə istər respublikamızda, istərsə də xarici ölkələrdə keçirilən konsert proqramlarında iştirak edib. Oğlum eyni zamanda vokalçıların beynəlxalq müsabiqələri laureatıdır”

 

Əməkdar artist Ədalət Şükürov deyib ki, iki övladı var: bir qız, bir oğlan.

“Qızım Xarici Dillər Universitetinin tərcümə fakültəsini bitirib. O, böyük şirkətlərin birində beynəlxalq əlaqələr üzrə fəaliyyət göstərir. Oğlum isə   tələbədir və 2-ci kursda oxuyur”.

 

Müğənni Əlikram Bayramovun bir oğlu var. Müğəni bildirib ki, övladı hazırda işsizdir.

“Oğlum Azərbaycan Kooperasiya Universitetində təhsil alıb. Əvvəl “Zaminbank”da işləsə də, bank bağlandığına görə hazırda işsizdir”.

 

Əməkdar artist Baloğlan Əşrəfovun iki oğlu, iki qızı var: “Mənim övladlarım böyükdürlər, hərəsinin öz ailəsi var, işləri ilə məşğuldurlar. Qızlarım müəllimədirlər. Övladlarımdan biri  Azərbaycan Dövlət İqtisad Universitetini, biri Naxçıvan Universitetini, biri Azərbaycan Dövlət Pedaqoji Universitetini, digəri isə eyni zamanda başqa dövlət universitetini bitirib”.

 

Müğənni İlqar Sailin sözlərinə görə, onun  üç övladı var: iki qız, bir oğlan.

“Oğlum musiqi ilə məşğuldur və oxumağı  məndən öyrənir. Bir qızım evlidir. Digər qızım isə universitetdə politologiya sahəsi üzrə təhsil alır”.


Tanınmış xanəndə, əməkdar artist
Bəsti Sevdiyevanın oğlu Ayxan polis əməkdaşıdır.

 

Günay Rəsulqızı


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
26.06.2017, 14:00

Heydər Əliyev Mərkəzinin parkında şahmat turniri keçirilib

26.06.2017, 13:43

Xalq artisti Qəndab Quliyeva vəfat etdi

26.06.2017, 13:21

Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

26.06.2017, 13:06

Bakıda yolu keçən piyadanı maşın vurdu

26.06.2017, 12:29

Sabahın hava PROQNOZU: - 38° isti

26.06.2017, 11:55

“Mercedes" ana-balanı vurdu - ana yaralandı, qızı öldü

26.06.2017, 11:33

Bu gün Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçirilir

26.06.2017, 11:17

Gənc şair: “Populyar müğənnilər, TV-lər istedalı gənclərə haqsızlıq edirlər”

26.06.2017, 11:12

Qəndab Quliyevanın ölüm xəbəri yayıldı - Həkim TƏKZİB ETDİ

26.06.2017, 11:07

16 məzun buraxılış imtahanlarından qovuldu

26.06.2017, 10:28

Azərbaycanda telefon dəbi “ölüb” - SƏBƏBLƏR

26.06.2017, 10:13

Milli Məclis bu hakimləri vəzifədən azad edəcək - SİYAHI

26.06.2017, 10:07

"Bəzi dövlətlər Azərbaycanda dini qarışıqlıq salmaq istəyirlər"

26.06.2017, 10:05

Şəhid ailələri, Qarabağ əlilləri üçün sonuncu iftar süfrəsi açılıb

26.06.2017, 10:03

Ordumuzun ilk Qərargah rəisi: “Fəxr edirəm ki, müsəlman ordusunun generalı kimi güllələnirəm”

26.06.2017, 09:53

Azərbaycan məscidlərində bayram namazı qılındı

26.06.2017, 09:47

Ermənistan cəbhədə təxribatı davam etdirir

26.06.2017, 09:43

Deputat “Aprel döyüşləri”nin iştirakçıları və şəhid ailələri ilə görüşdü

26.06.2017, 09:36

İmişlidə bir nəfər Araz çayında itkin düşüb

26.06.2017, 09:33

Göyətəsində 150 turist olan qayıq batdı: 6 nəfər boğuldu, 31 nəfər itkin düşdü

26.06.2017, 09:12

Ramazan qara bayram deyil, ağ bayramdır

26.06.2017, 09:02

Pakistanda partlayış - ölənlərin sayı 152-yə çatdı - YENİLƏNİB-2

26.06.2017, 00:44

Azərbaycan Ramazan bayramını qeyd edir  

26.06.2017, 00:32

MÜDAFİƏ NAZİRLƏRİMİZ -  Xosrov bəy Sultanovdan Zakir Həsənovadək...  

25.06.2017, 23:35

99 il öncə yaradılan MİLLİ ORDU  

25.06.2017, 23:02

Azərbaycanın ilk hərbi naziri - Qarabağın general-qubernatoru

25.06.2017, 22:31

Arif Quliyev: “Bir oğlum vaxtsız vəfat edi, o biri oğlum da əlil oldu”

25.06.2017, 22:18

İraqlı turist Bakıda öldü

25.06.2017, 22:06

Akademik Ziyad Səmədzadənin 77 yaşı tamam olub

25.06.2017, 21:41

Azərbaycan Qran-Prisinin qalibi: "Bakı trasını çox bəyənirəm”.

25.06.2017, 21:26

Konfederasiyalar Kuboku: bütün yarımfinalçılar məlum oldu  

25.06.2017, 21:14

Məqsədli öpüşlər... - BUSƏLƏRİN MƏNASI  

25.06.2017, 21:07

Almaniya hökuməti Ərdoğanın mühafizəçilərinə qadağa qoydu  

25.06.2017, 20:46

Çimərliklərdə xilasedicilərin işi artıb - boğulanlar xilas edilib  

25.06.2017, 20:30

Cocuq Mərcanlıda 1 ədəd tank əleyhinə raket tapıldı

ARXİV
SORĞU
Qeyri-sabit hava şəraiti sizə necə təsir edir?
- İstilərdən canımız qurtarıb(9.43%)
- Dənizə gedə bilmirik(20.7%)
- Səhhətimizə mənfi təsir edir(18.8%)
- Əhvalım xoşallanır(9.43%)
- Məhsul qıtlığı yaranır(15.0%)
- Təsərrüfatıma ziyan dəyir(3.77%)
Yağış, dolu ruzi-bıərəkətdir(22.6%)