30 aprel 2017, Bazar
Ana Səhifə - ƏDƏBİYYAT - Bədbəxt taleli Azərbaycan filmləri - III Yazı
Bədbəxt taleli Azərbaycan filmləri - III Yazı
11.04.2017, 17:06

Azərbaycan kino tarixində uğursuz tale, acı aqibətlə üzləşmiş xeyli filmlər var ki, bu gün onlardan tamamilə xəbərsizik. Ən yaxşı halda adlarını eşitmiş, “üzünü” isə ekranda görməmişik. Həmin filmlərdə  yaradıcı kollektivin ağır əməyi, əziyyətinin  qalmasına baxmayaraq, televiziyalar onları qətiyyən nümayiş etdirmir. Bəzən, heç telekanalların özündə də günah olmur. 

Çünki haqqında danışacağımız “bədbəxt filmlər”dən bəziləri ümumiyyətlə kinoteatr və televiziyalara təqdim olunmayıb.


Modern.az saytı bu yazıda həmin filmlərdən bəhs edir:

 

O dünyadan salam” - Mirzə Cəlilin “Ölülər” pyesinin əsasında  çəkilən filmin bəxti heç yerdə gətirmir. Nə çəkilişlərdə (çünki ağır dönəmlərdə, müharibə zamanı lentə alınıb), nə də istehsalata buraxıldıqdan sonra. Çünki çətinliklə çəkilən talesiz filmi başqası yox, elə rejissorun özü ekranlara qoymur.

 

1992-ci il kimi ağır bir dönəmdə min bir çətinliklə film çəkib sonra həmin filmə qadağa qoyacaq rejissor sizcə kim ola bilər? Kino biliciləri çox düşünmədən Tofiq Tağızadə cavabını verəcəklər.

Halbuki rejissor "O dünyadan salam" filminin çəkilişində xeyli əziyyətlərə qatlaşmışdı. Ən azından Məlik Dadaşov, Mirzə Babayev, Əlabbas Qədirov, Mikayıl Mirzə kimi aktyorlarla üz-göz olmuşdu. İş o yerə çatmışdı ki,  Kefli İsgəndəri oynayan türk rejissoru Yılmaz Durunun qonararının yüksək olması belə, aktyorların rejissorla dalaşmasına gətirib çıxardı.


Rejissorun niyə bu cür çətinlik hesabına çəkdiyi filmə qadağa qoymasından danışaq:

Filmin lentə alındığı 1992-ci ilin qanı-qadası haqqında danışmaq əbəsdir. Bəzi mətləbləri məndən dəfələrlə gözəl bilirsiniz. Qorbaçovun rəhbərlik etdiyi nəhəng “xalqlar həbsxanası” süqut etmiş, yenicə müstəqil olan ölkəyə isə yağılar göz dikmişdi. Filmdə ölülərin qəbirlərindən çıxıb bir-bir öz evlərinə qaçış səhnəsini də rejissor dövrün siyasi mənzərəsinə replika olaraq çəkmişdi. Yəni, “ölülər” -15 respublika dirilir, azad olur, öz evlərinə qaçırlar. Bu replikalara və aktual problemlərin ifşasına görə rejissor öz filminə vurulur. Onu kinoteatrlara təqdim edir. Lakin sıfırdan da aşağı marağın olduğunu görüb küsür. “O dünyadan salam” filminin gözdən düşməsinə yol verə bilmərəm” deyib, televiziyaya qadağa qoyur. Yalnız o rəhmətə gedəndən uzun illər sonra film televiziyada yayımlanır. 


Lakin bu da hələ son deyildi, filmin uğursuzluğunun başqa səbəbi də bəzi aktyorların rejissorla dil tapa bilməməsi oldu.

 

Filmin çəkilişləri başlayandan ta sonuna qədər Şeyx Nəsrullah rolunun ifaçısı Məlik Dadaşovla rejissor arasında kəskin mübahisələr olur. M.Dadaşov səhnədə Şeyx Nəsrullahın əvəzedilməz ifaçısı idi. O, bu rolda sərbəst davranmağa vərdiş etmişdi. Teatrda rejissorlar ona heç nə demirdilər. Amma Tofiq Tağızadə də Tofiq Tağızadə idi. Filmdə o, Məlik Dadaşova imkan vermirdi. Təsəvvvür edin ki, çəkiliş gedə-gedə Şeyx Nəsrullah qəfildən dönüb yenidən Məlik Dadaşov olurdu və deyirdi ki, Tofiq bu nədir, mən mollanı yox, şeyxi oynayıram.

Bir neçə dəfə möhkəm dalaşırlar. Amma iş-işdən keçdiyindən, filmin yarıdan çoxu çəkildiyindən rejissor Dadaşova bir söz deyə bilmir. Amma bir gün səbri daşır. Kefli İsgəndəri oynayan türk aktyoru Yılmaz Duruya qəbiristanlıq səhnəsinə görə qonarar həddindən artıq çox yazılır. Amma o səhnənin yalnız axırında bu aktyor çəkilmişdi. Başda Mirzə Babayev olmaqla, bir neçə aktyor rejissorla buna görə mübahisə edir. Amma aranı bir təhər sakitləşdirirlər. Elə bu dəm, bayaqdan əsəblərini cilovlayan Məlik Dadaşov sərt şəkildə mübahisəni qızışdırır. Rejissor da əsəbləşərək ona çəkilişi tərk etmək əmri verir. Məlik Dadaşov da ağına-bozuna baxmadan pavilyondan uzaqlaşır. Hadisə filmi az qala şikəst edir. Düz 38 aktyor və yaradıcı heyət üzvü filmdən inciyərək Dadaşovun arxasınca gedir. 

Amma bir neçə aydan sonra Tağızadə ilə Məlik Dadaşov barışırlar. Filmi bu barışıq xilas edir.

Lakin bədtaleli film layiqli rəğbətini bu gün də ala bilməyib. Deyərdim ki, filmin əsas uğursuzluğu “Ölülər” faciəsini üstələyə bilməməsi oldu. Çünki bu pyesinin motivləri əsasında çəkilən film yalnız ondan da səviyyəli olduğu surətdə uğur qazana bilərdi. Bu isə olmadı…

 

“Məkanın melodiyası” - əvəvlcə maraqlı detalı deyək: deməli, filmin rejissoru hələ çəkiliş prosesində məhsulunun uğur qazanmayacağını bilirdi. Ona görə yox ki, film zəif idi, ona görə ki, film məzmun etibarilə həddindən artıq güclü idi. 2004-cü ildə ekranlaşdırılan filmdə fəlsəfi güc, dərin məzmun o qədərdi ki, hələ kinoya o qədər də bağlanmayan Azərbaycan tamaşaçısının onu həzm etməsi çox çətin olacaqdı. Rejissor elə ssenari ilə tanış olduqdan, çəkilişlərə başladıqdan sonra tez-tez bu haqda düşünürdü. Ramiz Rövşən kimi dərin insanın ssenarisi əsasında çəkilən filmin gələcəyinə Hüseyn Mehdiyevin inamı az idi. O, heç cür inanmırdı ki, bu cür dərin film bizim tamaşaçısı silkələsin. Lakin film çəkilir…Və… buyur, indiyə qədər bu 13 il ərzində heç 2-3 dəfə ekranda göstərilməyib. Sevgisini itirən insanın həyatı boyunca, sevgisiz, daxilən azad olmayan bir hisslə yaşadığı motiv ön plana çəkilir. Cəmi 3 aktyor- Ələddin Abbasov, Mehriban Zəki və Ayan Mirqasımova şedevr yaradır. Lakin dünya kinosunun əksər nümunələri ilə rəqabət aparmaq gücündə olan film adicə Azərbaycan kino məkanında da öz yerini tapa bilmir.

 

“Güllələnmə təxirə salınır” – Xatırlama edim: baş rolda Fuad Poladovun çəkildiyi əmircanlı Xan haqqındakı filmdir. Təəssüf, filmin taleyi uğursuz olub. İndi deyəcəyik niyə?


Film əslində 1992-ci ildə hazır olmalı imiş. Lakin o illərin necə ağır olduğunu xatırlamağa gərək yoxdu. “Azərbaycanfilm” kinostudiyasının büdcəsi olmadığından filmin xərclərini müstəqil “Aydın” İstehsalat Kommersiya Mərkəzi öz üzərinə götürür. Lakin filmin sona çatmasına az qalmış mərkəz müflis  olur. Naəlac qalan rejissor Ələkbər Muradov  çox yerlərə baş vurur, bir çox adamlara müraciət edir. Kinostudiya da təbii ki, o vaxtkı imkanına görə filmi sona çatdırmaq gücündə deyildi. Bu səbəbdən film nə az, nə çox- düz 10 il gecikir. Filmə baxanlar yəqin ki, onun mövzusunun nə olduğunu bilirlər: film öz dövrünün avtoritetlərindən sayılan əmircanlı Xan adlı qanuni oğrunun nakam taleli həyatından bəhs edir. Uşaq vaxtından başqasının oğurladığı toyuqlara görə həbs olunan Xan cinayətkar aləmdə get-gedə nüfuz sahibi olmağa başlayır. Cinayətlər törədir və üst-üstə ömrünün 45 ilini zindanda qalır. Filmdə Xan obrazını xalq artisti Fuad Poladov çox böyük ustalıqla yaradır. Filmin mövzusundan, onun Xandan bəhs edilməsindən xəbər tutan bir neçə avtoritet çəkilişlərin tamamlanması üçün pul buraxmağa hazır imiş. Lakin elə bu ərəfədə filmə dövlət tərəfindən dəstək gəlir. Təsadüf nəticəsində filmlə tanış olan mədəniyyət naziri Polad Bülbüloğlu təcili sürətdə çəkilişlərin tamamlanması üçün göstəriş verir. Amma bu ərəfədə ortaya yeni bir əngəl çıxır.

İş o yerə çatır ki, rejissor Ələkbər Muradov filmdən ümumiyyətlə imtina etmək istəyir. Baxmayaraq ki, o, ömrünün on ilini bu filmə həsr etmişdi.  Filmin neqativləri o zaman Kiyevdə saxlanılırdı. On illik fasilədən sonra o neqativləri tapmaq asan məsələ deyildi. Kiyevdəki əsas studiyadan filmin yarısının neqativləri tapılır. Qalan yarısını isə nə qədər çalışsalar da, tapa bilmirlər. Amma Bakıda onlardan neqativ gözləyənlərə də real vəziyyəti deyə bilmirlər. Məcburən başqa kinostudiyalara da baxırlar. Möcüzə nəticəsində heç kimin ağlına gəlməyən bir yerdə, paslanmış yeşikdə, uzun illər yağışa, qara məruz qalaraq yararsız olan neqativlər tapılır. Ondan sonra rejissor müxtəlif dərmanlarla neqativləri özünə gətirir.

 

E.Nazimoğlu

 

Qeyd:Modern.az uğursuz taleli filmlərimiz barəsindəki yazıları davam etdirəcək.


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
30.04.2017, 01:03

Ağır atletika üzrə Azərbaycan birinciliyi yekunlaşdı

30.04.2017, 00:43

Kubada yoxa çıxan təyyarə qəzaya uğrayıb: 8 ölü, Yenilənib

30.04.2017, 00:26

Polad Bülbüloğlu Türkmənistanın Xalq artisti oldu

30.04.2017, 00:09

ADNA terroru: 12 nəfərin qətlinin anım günü

29.04.2017, 23:58

Şadlıq evləri iş prinsipini dəyişir - VİDEO

29.04.2017, 23:37

Böyük Britaniya və Avropa Birliyi arasında QANUN SAVAŞI

29.04.2017, 23:32

Daha bir ölkə narkotik istifadəsini leqallaşdırır

29.04.2017, 23:27

ABŞ həbsxanalarında bərbad VƏZİYYƏT – qadınlara təcavüz edilir

29.04.2017, 23:09

Avtomobil azyaşlını vurdu

29.04.2017, 22:52

İŞİD-lə “Taliban”arasında qarşıdurma

29.04.2017, 22:43

Alimlərdən MƏSLƏHƏT: “Narahat qalmaq sağlamlığa xeyirdir”

29.04.2017, 22:39

Türkiyə NATO-nun vacib üzvüdür

29.04.2017, 22:27

İldırım sürətli silahlanma – kabus, yoxsa reallıq...

29.04.2017, 22:14

"Qarabağ" bizdən üstündür" - "Neftçi"dən etiraf

29.04.2017, 21:59

Avropa İttifaqı Böyük Britaniya ilə danışıqlara başladı

29.04.2017, 21:44

Türkiyədə evlilik proqramları qadagan edildi

29.04.2017, 21:24

Azərbaycanda suvarma üçün maraqlı qurğu - Video

29.04.2017, 20:48

“Gənclərə 18 yaşında deputat olmaq hüququ verilibsə ....” - Deputat

29.04.2017, 20:29

ABŞ-da təyyarə qəzası: 3 ölü

29.04.2017, 20:15

QHT-lərlə bağlı banklara göstəriş verildi

29.04.2017, 20:02

Bülənt Arınç FETO-çularla əlaqəsindən danışdı – VİDEO

29.04.2017, 18:00

Ucar sakini özünü elektrovozun altına atdı

29.04.2017, 17:50

Dünya Kubokunda daha iki növdə finalçılar müəyyənləşib

29.04.2017, 17:24

İcra başçısının müavinindən 300 mini necə aldılar? - MTN cinayətləri  

29.04.2017, 17:00

QHT-lərə şad XƏBƏR - Rüfət Aslanlı ilə razılıq əldə olundu

29.04.2017, 16:45

“Etibar Məmmədov Nəriman Nərimanovu kürsüdən pisləyirdi” - GİZLİ TARİX

29.04.2017, 16:43

Avropa İttifaqının nümayəndəsi: Bakı Şopinq Festivalı yeni brendə çevrilə bilər

29.04.2017, 16:29

Yenə at əti tutuldu - FOTOLAR

29.04.2017, 16:19

Jurnalistin komada olan atasına görə xəstəxanaya 11 min manat borcu var

29.04.2017, 16:06

Qırğızıstanda matəm elan olundu - YENİLƏNİB

29.04.2017, 15:45

Azərbaycanda 82 yaşlı kişi və 69 yaşlı qadın nikaha girib  

29.04.2017, 15:29

Rüfət Aslanlı QHT rəhbərləri və jurnalistləri bir araya yığdı 

29.04.2017, 15:22

Tovuzda Milli Qəhrəmanın büstünün açılışı oldu

29.04.2017, 15:18

Xəzərdən başlayan su səyahəti Azərbaycanın şimal qapısı Qusarda

29.04.2017, 15:12

Bakı ermənisi Heydər Əliyevin məzarı önündə baş əydi - FOTOLAR

ARXİV