27 aprel 2017, Cümə axşamı
Ana Səhifə - TƏHSİL - Bazar günü kollec imtahanları keçiriləcək
Bazar günü kollec imtahanları keçiriləcək
13.04.2017, 11:30

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 16-da ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən  əvvəlki illərin məzunları, o cümlədən,  eksternat qaydasında yekun qiymətləndirmədə (attestasiyada) iştirak edən və ya üzrlü səbəbdən 9-cu sinif buraxılış imtahanının 1-ci mərhələsində  iştirak edə bilməyən şəxslər üçün imtahanlar keçirəcək.

Modern.az xəbər verir ki, imtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq.

Bu imtahanlarda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə aprelin 11-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada iştirakçılara  imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahanlar bütün binalarda eyni vaxtda saat 13:00-da başlanır.

Namizədlər  imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

-  imtahana buraxılış vərəqəsini;

-  şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

-  Şəxsiyyət vəsiqəsində şəkli olmayan  şagirdlər  digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanda 7177 (Bakı şəhərində 1927, Naxçıvan şəhərində 511, Gəncə şəhərində 980, Sumqayıt şəhərində 334, Şəki şəhərində 313, Bərdə şəhərində 810, Göyçay şəhərində 400, Şirvan şəhərində 641, Lənkəran şəhərində 864, Xaçmaz şəhərində 397) namizədin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunması üçün 47 imtahan rəhbəri, 546 nəzarətçi-müəllim ayrılıb.

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
27.04.2017, 01:22

Putin Trampla mayda görüşə bilər – Gizli danışıqlar aparılır

27.04.2017, 01:01

Lənkərandakı qəzada ölənlərin kimliyi bilindi, Yenilənib

27.04.2017, 00:44

Ukrayna  Prokurorluğu Azərbaycan şirkətləri barədə...    

27.04.2017, 00:29

Rusiyada 12 terrorçu saxlanıldı

27.04.2017, 00:14

Tailandda qasırğa xəbərdarlığı

26.04.2017, 23:46

İran Pakistan sərhədində silahlı toqquşma: 10 ölü

26.04.2017, 23:31

Eyni dərmanlar apteklərdə fərqli qiymətə satılır - VİDEO

26.04.2017, 23:23

Gəncədə kütləvi dava: 2 nəfər bıçaqlandı

26.04.2017, 23:16

NASA-dan önəmli AÇIQLAMA: “Fundamental kəşfin astasasındayıq”

26.04.2017, 23:10

Dünya çempionatında videotəkrardan istifadə ediləcək

26.04.2017, 22:57

Daha 19 PKK terrorçusu zərərsizləşdirilib

26.04.2017, 22:42

Qoca yaşda yenidən aşiq olan məşhurlar - MARAQLI    

26.04.2017, 22:40

Avropada qızılca epidemiyası - Xəbərdarlıq

26.04.2017, 22:24

Lerikə iki gündür qar yağır

26.04.2017, 22:12

Türkiyədə rusiyalı generalın 140 illik məzarı tapılıb

26.04.2017, 22:06

İŞİD-lə Əl-Qaidə-nin FƏRQİ

26.04.2017, 21:53

Paytaxtda yeni salınan yolla bağlı məsələyə aydınlıq gətirildi - VİDEO

26.04.2017, 21:37

ABŞ qitələrarası ballistik raketi sınaqdan keçirib

26.04.2017, 21:26

Azərbaycanda bu saytlara giriş qadağan olunur

26.04.2017, 21:11

Səfirlik açılan cinayət işindən xəbərsizdir

26.04.2017, 20:58

Həbsxanada dustaqlar arasında kütləvi dava: 12 ölü

26.04.2017, 20:43

Gəncə sakini qatarın altında qalıb

26.04.2017, 20:29

Ermənistan milyonlarla insanın həyatını nüvə təhlükəsi ilə üz-üzə qoyur

26.04.2017, 20:14

Rusiyadan alınan müasir hərbi texnika ölkəmizə gətirildi - VİDEO

26.04.2017, 20:01

"Fransa Minsk qrupunun həmsədr ölkəsi kimi öhdəliklərinə sadiqdir" - Fransa XİN rəsmisi

26.04.2017, 19:30

"Abşeron" Gənclər Şəhərciyinə təbii qaz verilişi dayandırıldı - ETİRAZ

26.04.2017, 18:53

Azərbaycanda Turizm Reyestrinin aparılma qaydası hazırlanacaq

26.04.2017, 18:48

Bakıda imtahanlarda məzunların 8,51 %-i Ana dilindən “2” alıb

26.04.2017, 18:44

Azərbaycanda ən yaxşı məktəblərin adı açıqlandı - SİYAHI

26.04.2017, 18:25

Fransa bankları TAP-ı maliyyələşdirmək istəyir

26.04.2017, 18:17

Prezident Niderland kralını və CAR prezidentini təbrik edib

26.04.2017, 18:08

İŞİD sıralarında 4,5 min MDB vətəndaşı vuruşdu

26.04.2017, 18:00

ADU-da SABAH qruplarına seçimlə bağlı görüş keçirilib

26.04.2017, 17:51

Çernobıl faciəsi bu gün də davam edir - Faciənin 31-ci ili

26.04.2017, 17:50

Azərbaycanla Avropa İttifaqı arasında rəsmi danışıqlar prosesi BAŞLAYIR

ARXİV