28 aprel 2017, Cümə
Ana Səhifə - GÜNDƏM - Bakıda "Xruşovka"ların ipoteka PROBLEMİ
Bakıda "Xruşovka"ların ipoteka PROBLEMİ
14.04.2017, 09:10

Baş naziri Artur Rasizadənin paytaxtın 1-ci mikrorayonunun yenidən qurulması ilə əlaqədar imzaladığı tədbirlər planına əsasən, "Xruşovka" kimi tanınan, müvəqqəti yaşayış üçün nəzərdə tutulan, öz istismar müddətini başa vurmuş iripanelli yaşayış binaları sökülərək ərazidə yenidənqurma işləri aparılacaq.Layihə çərçivəsində 34 bina söküləcək, 1729 ailə köçürüləcək. Yeni binanın inşa müddətində vətəndaşlara kirayəpulu ödəniləcək.

 

Bəs”Xruşovka”da evləri ipoteka ilə əldə etmiş vətəndaşların aqibəti necə olacaq?


Bu barədə Modern.az-a danışan iqtisadçı Vüqar Bayramov deyib ki, “Sovetski”də evlər sökülən zaman da ipotekada olan mənzillərin taleyi ən çox müzakirə edilən məsələlərdən idi:

 

“Evlər sökülür, ödəniş edilirsə, həmin ipotekanın öhdəliyi məsələsi gündəmə gəlir. “Sovetski”dən fərqli olaraq “Xruşovka”ların sökülməsi fərdi yanaşmalar tələb edir. Çünki bu yerdə yeni yaşayış binaları inşa ediləcək. İstər ipoteka ilə, istərsə şəxsi mənzilə sahib olanlar yeni binalarda da mənzillə təmin ediləcək.

Razılaşdırılmış qaydalara görə, binalar inşa edilən müddətdə şirkət tərəfindən həmin şəxslərə 2 il ərzində kirayə pulu veriləcək. Qərara görə, təklif edilən mənzilin sahəsi əvvəlki mənzilin sahəsindən 20-30 faiz böyük olacaq”.

 

Ekspert bildirib ki, əgər mənzil ipotekadadırsa, müqaviləyə uyğun olaraq həmin ipoteka vətəndaşın yeni binadakı mənzilinə transfer edilir:

 

“Bu zaman vətəndaşın ipoteka öhdəliyi qalır. Əgər istəyərsə, ipotekanı tamamilə bağlaya, yaxud əvvəlki qaydada hissə-hissə ödəyə bilər. Bu kommersiya bankı ilə vətəndaş arasında olan razılaşma ilə müəyyən edilir.

Bütün hallarda bankla vətəndaş arasında bağlanan müqavilə önəmlidir. Çünki bankla razılaşmadan vətəndaşın ipotekanı digər mənzilə transfer etmək hüququ yoxdur. Güman olunur ki, kommersiya bankları mövcud şəraitə uyğun olaraq həmin öhdəliklərin yeni mənzillərə şamil olunmasına icazə verəcəklər.

Vətəndaş kirayəyə çıxırsa belə, aralıq müddətdə ipoteka kreditini ödəyə bilər. İpoteka kreditinin vətəndaşdan tam olaraq tələb edilməsi mümkün deyil. “Xruşovka”ların sökülməsi və yerində yeni binaların tikilməsi vətəndaş üçün məqbuldur. Çünki yeni, böyük və daha komfortlu mənzillərə sahib olacaq. Amma bu, vətəndaşın ipoteka öhdəliyini artırıla bilməz. Vətəndaş əvvəlki məbləğdə aylıq ödənişini icra etməlidir. Köhnə binada da, yeni binada da vətəndaş ipoteka kreditini tam ödədikdən sonra mənzilin sahibinə çevriləcək”.

 

 

Gülşən RAUFQIZI


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
28.04.2017, 12:06

Xarici musiqiçilər Şuşada konsert verdilər - FOTOLAR

28.04.2017, 12:01

Şəhid polkovnikin xanımı mediadan narazılıq etdi: “Heç bir vəzifəyə təyinat almamışam”

28.04.2017, 11:57

Hacı İbrahimin milyonluq maşını satışa çıxarıldı - Kreditdə imiş

28.04.2017, 11:53

Senatorun qızı: “Obama çirkin kapitalistdir”

28.04.2017, 11:50

“Fərqli ölkə, fərqli mühit, fərqli insanlar…”

28.04.2017, 11:48

Azərbaycan Xarici İşlər Nazirliyindən Zaxarovaya CAVAB

28.04.2017, 11:35

Elmar Məmmədyarovla macar həmkarı məktublaşdı

28.04.2017, 11:14

QHT-lərin ödəniş problemi: Maliyyə Bazarına Nəzarət Palatasından AÇIQLAMA

28.04.2017, 11:10

İlham Əliyev Sumqayıtda zavod tikintisi ilə tanış oldu

28.04.2017, 11:06

Tanınmış idmançılar İslam Oyunları HAQDA...

28.04.2017, 11:01

Rusiyada həmyerlisini öldürən azərbaycanlı axtarılır - FOTO

28.04.2017, 10:57

Ramil Usubov 2 rayona polis rəisi təyin etdi

28.04.2017, 10:47

Aprel müharibəsində şəhid olan polkovnik-leytenantın xanımına vəzifə verildi – RƏSMİ  

28.04.2017, 10:45

Tillerson: “Moskva danışıqlarında heç nəyi həll etmədik”

28.04.2017, 10:41

Əflatun Amaşovdan Mariya Zaxarovaya sərt CAVAB

28.04.2017, 10:25

Çavuşoğlu AŞPA-nı HƏDƏLƏDİ

28.04.2017, 10:04

Elmar Məmmədyarov: "Danışıqlarda hər şey Ermənistanın siyasi iradəsindən asılı olacaq"

28.04.2017, 10:02

Bakıda 50 yaşlı kişi intihar etdi

28.04.2017, 09:59

Cəbhədəki vəziyyət – Müdafiə Nazirliyi AÇIQLADI

28.04.2017, 09:47

Bir ildə 13758 azərbaycanlı məhkum olunub - fəhlə, qulluqçu, hərbçi, tələbə...

28.04.2017, 09:34

Azərbaycanın 28 aprel işğalı - AXC-nin süqutundan 97 il keçir

28.04.2017, 09:26

“Ailə günü” qeyd ediləcək

28.04.2017, 09:19

Azərbaycandakı çoxuşaqlı anaların sayı, onlara verilən müavinətin məbləği - RƏSMİ

28.04.2017, 09:14

Malayziyalı səfir UNEC-də

28.04.2017, 09:10

Hacı Əbdül 7 yaşlı oğlunu 3-cü dəfə Həccə aparır, Hacı Qalib də 29-cu dəfə Kəbəni ziyarətə gedir

28.04.2017, 08:50

Dollar bu gün neçəyə satılır? - MƏZƏNNƏ

28.04.2017, 01:05

Makedoniyada etirazçılar parlament binasını tutub

28.04.2017, 00:52

Antalyada spirtli içki qadağası

28.04.2017, 00:26

Güclü külək ağacları kökündən çıxardı

28.04.2017, 00:09

"Türkiyə ABŞ hərbçilərinin həyatı üçün təhlükə yaradıb" - ABŞ rəsmisi

27.04.2017, 23:58

Polis ən iri cinayətkar qruplaşmanın liderini yaxalayıb

27.04.2017, 23:47

Abdullah Gül AŞPA-nın qərarına münasibət bildirdi

27.04.2017, 23:36

Ağdaşda sakinlər süni balıq gölünü dağıtdı

27.04.2017, 23:27

İsrail Suriyadan ərazisinə daxil olan pilotsuz təyyarəni vurub

27.04.2017, 23:06

Bakıda ruhi əsəb dispanserində iki xəstə ölüb

ARXİV