Modern.az

İstanbul ayaqda: referendumun nəticələrinin ləğvi tələb edilir

İstanbul ayaqda: referendumun nəticələrinin ləğvi tələb edilir

17 Aprel 2017, 23:45

Türkiyənin prezident üsul-idarəsinə keçidinin əleyhdarları ölkənin ən iri şəhəri olan İstanbulda etiraz aksiyaları təşkil ediblər. Modern.az Türkiyə mediasına istinadən  bildirir ki, etirazlar vətəndaşların dünən vaş tutmuş referendumun nəticələrindən doğan narazılığından qaynaqlanıb.

Etirazçılar şəhərin Beşiktaş və Kadıköy səmtlərində yürüş keçiriblər və “Xeyr, biz qalib gələcəyik” şüarları qaldırıblar.

Məlumata görə, Türkiyə müxalifətinin təmsilçiləri səslərin sayılmasında yol verilmiş pozuntuları əsas gətirərək, referendumun nəticələrinin ləğvini tələb ediblər.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü