29 iyun 2017, Cümə axşamı
Ana Səhifə - QARABAĞ - Şəhid anasının oğluna MƏKTUBU: “Darıxmışam...”
Şəhid anasının oğluna MƏKTUBU: “Darıxmışam...” +
18.04.2017, 08:46

Bu gün İqtisad Universitetinin (UNEC) tələbəsi olmuş şəhid Şamil Rəcəbovun şəhid olmasından 23 il keçir. Şəhidin anası oğluna məktub yazıb. Modern.az saytı şəhid anasının məktubunu təqdim edir.


- Gözümün nuru, bu gün yoxluğunun 23 ilini qeyd edirik...

Bu 23 ildə mənim üçün uşaq idin. İndi, həsrətin boy atıb sən boyda olanda anlayıram nə qədər böyük olduğunu... Sənsizlik belimi bükəndə başa düşürəm nə qədər güclü olduğunu... Sanki indi başa düşürəm ki, mən tək övlad yox, qos-qoca bir OĞUL itirmişəm... Dayağım, arxam, ümidim, OĞUL...

23 ildir səni görməyə eyni yolu gəlirəm... Şəhidlər Xiyabanında yüzlərlə məzar... Hamınız bir boyda, bir biçimdə... Heç adını oxumadan, şəklinə baxmadan ayaqlarım gəlib düz qarşında dayanır... Məni ora çəkib gətirən sehrini duyduqca anlayıram nə qədər əzəmətli olduğunu...

Məzardan mənə küskün baxışlarla baxırsan... Atana dediyin son sözlərini xatırlayıram. 1994-cü ildə, o məşum hadisədən beş gün öncə cəbhəyə, səni görməyə gələn atana “Səndən küsmüşəm, ata! Hamınızdan incimişəm, Ağdamsız necə yaşaya bilirsiniz?” demişdin... Məni bağışla oğul, MƏN SƏNSİZ YAŞADIM...

23 il əvvəl zəng edib dediyin sonuncu sözlərin bu günə qədər də qulağımdadır: “Ana, arada vaxt edib gələcəyəm...”. O vaxtdan GÖZLƏYİRƏM...

Oğul, yaxşı bilirəm ki, bir neçə günlük icazə almışdın, evə gələcəkdin, dostlarına “iki gün də qalım, sonra gedərəm” demisən... Həmin ikinci günü səhər yuxudan qanıqara oyanmısan... “Pis yuxu gördüm” demisən... Yuxunu danışmısan, dostların “ömrün uzanıb” deyərək, yozublar sonuncu yuxunu... “Yox, mən öz yuxumu görmüşəm... Özümə görə narahat deyiləm, onsuz da könüllü döyüşə gələndə hər şeyi gözə almışdım. Amma ata-anamı düşünürəm, necə olacaqlar...? Bir də... Bir də axı hələ Ağdamı azad etməmişik... Bəs MƏNİ HARADA DƏFN EDƏCƏKLƏR...?” demisən...

Ağdamın işğalı ilə barışa bilmirdin... Təhsilini yarımçıq qoyub, könüllü döyüşə yollananda qabağına keçib, “getmə” dedim. Elə təmkinlə, müdrikcəsinə “Ana, yolumun üstünə danışma, qoy gedim!” dedin ki, qorxumdan susdum... Dilim-ağzım qurusun, uşağa bir şey olar dedim... Sonra israrla geri qayıtmanı istədikcə, atan hər dəfə “yurdumuz işğal olunub, bizim oğlumuz da döyüşməsə kim döyüşəcək” dedi...

Oğul, bilirəm ki, son döyüşündə... 1994-cü ilin 18 aprelində ermənilərin qəfil hücumu vaxtı siz postda 25 nəfər olmusunuz... O qanlı döyüşdən cəmi dörd nəfər sağ çıxa bilib... 21 oğulun isə xəbəri gəldi... 21 igidin xəbərinin cəmi bir kəlməyə sığışdırıldığını bilirsənmi? Bu bir kəlmə ilə 21 evin çırağı söndü... 21 ata oğul tabutu üçün yollara çıxdı... 21 ananın gözü yollara dikildi – gəlin gözləyəcəyi vaxtlarında oğul cənazəsi gözləyirdilər, bilirsənmi...? Yolunu düz 43 gün gözlədim oğul, 43 gün... Bilirsənmi...? Səni iyunun 1-də torpağa tapşırdıq...

21 ailədən ancaq bizim evə gəldi o cənazə... bilirsən? O biri 20 döyüşçünün nəşini isə geri vermədilər... Səni mənə göstərmədilər... Atan “özüm baxmışam, Şamildir”, dedi... Həmin o kəlmədən sonra 24 ildə ilk dəfə atanın gözlərində yaş gördüm... Döyüş meydanından 43 gün sonra çıxardılan oğlunun nəşini tanıyan ata körpə uşaq kimi, hönkür-hönkür ağlayırdı... Heç sən körpə olanda belə ağlamamışdın, oğul... Sanki atan sənin də yerinə ağlayırdı... Sualları üst-üstə yağdırırdım: “Balama güllə harasından dəyib...? Necə idi...? Diqqətlə baxdın, yəni doğrudan Şamildir...? Bəlkə sağdır, əsir götürüblər...” Suallarımın heç birinə cavab vermədi... 43 gün savaş meydanında qalan balamın nə halda olduğunu mənə danışmadı... Səni tanımağa gedəndə ikiniz idiniz... Orada gördüklərini sirr kimi özü ilə apardı dünyadan...

Yoxluğu özündən böyük balam! Uca boylum, yaraşıqlım! Gözümün ilki, nakam balam! Bilirsənmi, yoxluğun böyüyüb, evlilik yaşına çatıb... Düz 23 il, səni ilk dəfə qucağıma aldığım o gündən toyunu görməyi arzulamışdım... 23 ildir peşmanam səni tez-tələsik evləndirmədiyim üçün... Bu gün yerində Şamil qoxulu bir balan qalardı... Bilərdim ki, nişanən var...

Bacın, qardaşların böyüyüb, oxuyub, ailə qurdular... Sən isə hələ də tələbəsən... Səni görmək üçün oxuduğun universitetə gələndə həyətdəki qələbəlikdə uşaqların arasından boylanan baxışlarını görüb ayaqlarımı yeyinlədirəm. İzdiham çəkilib mənə yol verir, daşın üzərindən şəklinin mənə baxdığını görürəm...

Oğul, xasiyyətin elə idi ki, gözümdə yaş görmək istəməzdin. Hələ kimsənin yanında ağlamağımı heç özünə sığışdırmazdın. Ona görə də bu 23 ili başımı dik tutmuşam. Sən narahat olmayasan deyə, susmuşam. Göz yaşımı da içimə axıtmışam... Amma indi sənə bir sirr açım – mən ÖLÜMÜNLƏ HEÇ CÜR BARIŞA BİLMİRƏM, oğul...

ÇOX DARIXMIŞAM... Əllərim saçlarını sığallamaq üçün... Qollarım boynuna dolanmaq üçün... Qulaqlarım səsini duymaq üçün darıxıb... Sən bilməzsən oğul, şəhid anasının qolları qurumuş ağac kimidir, illərdir oğluna sarılmır axı...

“Evlən” deyəndə acığın tuturdu – “Ay ana, müharibə, qaçqınlıq, köçkünlük... Evlənmək vaxtıdır?” deyirdin... Amma özümdən asılı deyildi, gözüm dörd bir tərəfdə gəlin axtarırdı... Oğul, bilirsənmi, indi o qızlar... Sənin yaşıdın olan o qadınlar indi Şəhidlər Xiyabanında mənə yaxınlaşıb, “necə dözdün, BİZƏ DƏ ÖYRƏT OĞUL İTKİSİNƏ DÖZMƏYİ” deyirlər...

Necə dözdüm...? Necə dözdük...?

Bir vaxtlar qaynana gözü ilə oğrun-oğrun baxdığım qızların indi qara yaylıqlarının altından çıxan ağ, yumşaq, sığal qollarına baxıram... Yaxşı bilirəm ki, bir azdan bu qollar heç vaxt üstündə yarpaq cücərməyəcək ağac budağı kimi quruyacaq...

...Oğul, biz burada birtəhər dözəcəyik... Siz də orada... oralarda... yaşasaydınız oğlunuz yaşda olan, amma yaşıdınız olan BALALARDAN MUĞAYAT OLUN...


Aminə Rəcəbova
Şəhid Şamil Rəcəbovun anası


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
29.06.2017, 01:02

Çili Konfederasiyalar Kubokunun ilk finalçısı oldu

29.06.2017, 00:47

Rusiyada iki azərbaycanlı həbsdən qaçdı

29.06.2017, 00:31

Türkiyədən PKK-ya zərbə: 7 silahlı zərərsizləşdirilib  

29.06.2017, 00:13

Azərbaycan nefti cüzi bahalaşdı

28.06.2017, 23:45

Rayon avtovağzallarında gərginlik

28.06.2017, 23:26

Liviyada girov götürülən BMT nümayəndələri azad edilib - Yenilənib

28.06.2017, 23:14

22 yaşlı oğlan çayda batdı

28.06.2017, 22:49

Qocalmanın qarşısını alan cövhər - TİBET TƏBABƏTİNİN MÖCÜZƏSİ

28.06.2017, 22:46

Şirniyyat sevənlərə alimlərdən “SÜRPRİZ”  

28.06.2017, 22:33

Satışda təhlükəli qarpızlar var: İDDİA

28.06.2017, 22:16

Azyaşlı "laqonda" ilə özünü doğradı

28.06.2017, 21:58

Bu ünvanlardan mal almayın: Vəkildən xəbərdarlıq

28.06.2017, 21:22

Xəzərdə qayıq qəzaya uğradı: 5 yaralı

28.06.2017, 21:02

Çayda boğulan şəxsin kimliyi məlum olub

28.06.2017, 20:53

Rusiya ABŞ-ın sanksiyalarına cavab tədbirləri hazırlayır

28.06.2017, 20:39

Benqazinin bir neçə rayonu terrorçulardan azad edilib

28.06.2017, 20:23

MDB ölkələri daxili işlər nazirləri cinayətkarlıqla mübarizəni müzakirə edib

28.06.2017, 20:09

Suriya yenidən bombalandı: 40 ölü

28.06.2017, 19:57

Nazirlik ağacların kəsilməsi faktına aydınlıq gətirdi

28.06.2017, 17:40

Tbilisidə Nəriman Nərimanovun ev muzeyinin açılışı olub

28.06.2017, 17:13

Azərbaycandan xaricə turlar bahalaşıb

28.06.2017, 17:05

Polşa baş naziri: “Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır” - YENİLƏNİB

28.06.2017, 16:38

Saatlıda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

28.06.2017, 16:01

“Ermənistan suriyalı köçkün erməniləri öz oyunlarına alət edib”

28.06.2017, 15:53

Əlillərin sosial müdafiəsi ilə bağlı qanunda ciddi dəyişikliklər ediləcək

28.06.2017, 15:40

Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

28.06.2017, 14:43

Bakıda 37 yaşlı şəxs qonşusu tərəfindən bıçaqlanıb

28.06.2017, 14:17

Müdafiə Nazirliyi: “Cəbhədə itkilərinin sayını gizlədən Ermənistan tərəfidir”

28.06.2017, 14:08

Rusiyada terroru dəstəkləyən Azərbaycan vətəndaşına hökm oxunub

28.06.2017, 14:00

Türkiyə təyyarələri İraqda PKK mövqələrini bombaladı

28.06.2017, 13:45

İsrailli politoloq Dağlıq Qarabağa səfər edib

28.06.2017, 13:36

Azərbaycandan mühacirət edən şəxs axtarışa verilib

28.06.2017, 13:29

“Bavariya”nın hücumçusu həbs edildi

28.06.2017, 12:46

Bakıda bağ evinə basqın - gözətçini yaralandı, ev yandırıldı

28.06.2017, 12:41

Hacıqabulda qəza - 2 ölü

ARXİV
SORĞU
Qeyri-sabit hava şəraiti sizə necə təsir edir?
- İstilərdən canımız qurtarıb(14.9%)
- Dənizə gedə bilmirik(17.9%)
- Səhhətimizə mənfi təsir edir(20.8%)
- Əhvalım xoşallanır(11.9%)
- Məhsul qıtlığı yaranır(13.4%)
- Təsərrüfatıma ziyan dəyir(2.98%)
Yağış, dolu ruzi-bıərəkətdir(17.9%)