20 sentyabr 2017, Çərşənbə axşamı
Ana Səhifə - GÜNDƏM - “AMAY Abdulla”nın adı yeni QALMAQALDA: “Aygünlə intim əlaqədə olmamışam”
“AMAY Abdulla”nın adı yeni QALMAQALDA: “Aygünlə intim əlaqədə olmamışam”
20.04.2017, 13:13

 2014-cü ildə saxlanılan və sonradan barəsində həbs qətimkan tədbiri seçilərək 13 il müddətinə azadlıqdan məhrum edilən iş adamı, “AMAY” MMC-nin rəhbəri Abdullyev Abdulla Fərəc oğlunun adı növbəti dəfə qalmaqalda hallanır.

Cəzasının iki ilə yaxınını çəkdikdən sonra 2015-ci ildə azadlığa buraxılan A.Abdullayev dələduzluqda təqsirləndirilərək həbs edilən qadının işində şahid kimi dindirilib. Söhbət Aygün Akimovanın bir neçə nəfərə qarşı müxtəlif bəhanələrlə dələduzluq etməsi işindən gedir.

Aygün Akimova 6 nəfərə qarşı külli miqdarda dələduzluq edib. İttihama görə A.Akimovadan ən çox zərərçəkmiş şəxs Afət Hüseynovadır. Mağazasının, evinin, maşınının ələ keçirildiyini deyən A.hüseynova ümumilikdə Akimova tərəfindən 800 min manata yaxın ziyana düşdüyünü deyir.

Akimova digər dələduzluq əməllərini yerinə yetirərkən özünü Azərbaycanın ən gənc qadın polkovniki kimi təqdim edib, vəzifəli şəxslərlə yaxın əlaqələrinin olduğunu deyib. O, həmçinin naxçıvanlı biznesmen “AMAY Abdulla”nın həyat yoldaşı olduğunu söyləyib. Maddi imkanlarının çox yaxşı olduğunu deyən Akimova zərərçəkmişlərin etibarını qazana bilib.

Zərərçəkmiş şəxslər də istintaqa ifadələrində Aygün Akimovanın “AMAY Abdulla” ilə münasibətinin olduğunu, iş adamının ona ev, maşın aldığını, maddi ehtiyaclarını qarşıladıqlarını deyiblər. Həmçinin zərərçəkmişlər iddi ediblər ki, Aygün Akimovanın iki övladının atası “AMAY Abdulla”dır.

Elə bu suallara aydınlıq gətirmək üçün istintaq orqanı da naxçıvanlı iş adamını dindirib.

Hazırda Aygün Akimovanın dələduzluq əməlləri ilə bağlı açılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Abdulla Abdullayev də iş üzrə şahiddir. Onun məhkəmə prosesinnə də gələrək ifadə verməsi gözlənilir. Ancaq məhkəmə prosesi hələ ki, zərərçəkmişlərin dindirilməsi ilə davam edir.

Musavat.com Abdulla Abdullayevin istintaq orqanına ifadəsini əldə edib. Naxçıvanlı biznesmen həmin ifadəsində Aygün Akimova ilə münasibətləri haqda ilginc açıqlamalar verib.

Abdulla Abdullyev ifadəsində bildirib ki, AMAY şirkətinin rəhbəri olduğu vaxt təxminən 2004-cü ildə əvvəllər tanımadığı Dilarə adlı qadın onun iş yerinə gələrək seyid nəslindən olduğunu, işçisi Əliyeva Dünyaxanım Yunis qızına pul borcu olduğunu deyib. Dilarə adlı qadın həmin borcunu qaytarması üçün ondan kömək istəyib. A.Abdullayev deyib ki, bundan sonra Dilarə adlı qadına maddi yardım göstərib.

Abdulla Abdullayev ifadəsinin davamında deyib ki, həmin Dilarə adlı qadın növbəti dəfə onun yanına gələrək Aygün adlı qızının kiminsə tərəfindən aldadıldığını və cinsi əlaqədə olduğunu deyib. İş adamının dediyinə görə, Dilarə adlı qadın ondan xahiş edib ki, həmin şəxsə təzyiq edərək qızı ilə evlənməsinə kömək etsin. Ancaq iş adamının bu təklifi qəbul etmədiyini deyib.

Daha sonra Aygün Akimovanı tanımasından danışan A.Abdullayev bunları əlavə edib: “Bir gün Dilarə məndən xahiş etdi ki, bu işin üstü açılmasın deyə qızı Aygünü xaricdə olan zavodlarımdan birində işləməsinə kömək edim. Mən isə xaricdə olan zavodlarımın fəaliyyətini dayandırdığını dedim. Bir müddət sonra Aygün özü mənim qəbuluma gəldi və onu işə götürməyimi xahiş etdi. Bundan sonra Aygünü xadiməçi olaraq işə götürdüm. Aygünə 300 manat maaş verirdim. Bir müddət sonra işçilərimdən kimsə mənə Aygünün hamilə olduğunu dedi.

Aygün oğlan uşağı doğmuşdu. Əri olmadığından uşağın doğum haqqında şəhadətnaməsində uşağın atası kimi mənim adımı yazdırmaq istədiyini dedi. Mənim də Aygünə yazığım gəldiyi üçün buna razılıq verdim. Aygünün uşağının atası isə başqası olub. Mən heç vaxt Aygünlə intim əlaqədə olmamışam”.

A.Abdullayev əlavə edib ki, sonradan Aygünün qız övladı da dünyaya gəlib. İş adamı həmin uşağın doğum haqqında şəhadətnaməsində də ata kimi öz adının yazılmasına razılıq verdiyini istintaqa ifadəsində təsdiqləyib.

A.Abdullayev daha sonra Aygünün əxlaqsız hərəkətlər etməsindən xəbər tutduğunu deyib: “İşçilərdən biri Aygünün əxlaqsız hərəkətlərini nümayiş etdirən görüntüləri mənə göstərdi. Həmin görüntüləri Aygünün anasına və qardaşına göndərdim. Həmçinin həmin diskin bir nüsxəsini də Aygünün özünə verdim və daha sonra onu işdən çıxardım. Bundan sonra Aygünü görməmişəm və telefonla da danışmamışam”.

Bundan sonra iş adamı 2012-ci ildə Aygün Akimovanın övladlarının atası kimi doğum haqqındakı şəhadətnamələrdə adının yazılmasından narahatlıq keçirib və rəsmi olaraq Nərimanov rayon Məhkəməsinə müraciət edib.

Ancaq A.Abdullayev bu istəyini yerinə yetirə bilməyib. Bir müddət xaricə gedən, daha sonra da həbs edildiyini deyən iş adamı bu işi sona çatdıra bilmədiyini söyləyib.

“AMAY Abdulla” Aygün Akimovanın törətdiyi cinayət əməllərindən xəbərsiz olduğunu da istintaqa deyib və bildirib ki, Akimovadan zərərçəkmiş Afət Hüseynovanı da tanımır: “Aygünün törətdiyi cinayətlər barədə məlumatım yoxdur. Nərgiz deyə müraciət olunan Afət Hüseynovanı da tanımıram”.

Abdulla Abdullayev istintaqda sualları cavablandırarkən Aygün Akimovaya öz obyektlərinin nəzarətini tapşırmasını, şirkətinə Aygünün nəzarət etməsini, ona maşın, ev alması haqda deyilənləri də yalanlayıb: “Mən obyektlərimin işləməsini Aygünə həvalə etməmişəm. Rəhbərlik etdiyim şirkətin idarə heyəti olub və bütün vəzifəli şəxslər öz işlərini görüblər. Aygün də bir müddət xadimə olaraq işləyib. Aygünə heç vaxt 90 MD 003 dövlət nömrə nişanlı “Cadillac Escalade” markalı maşın alamamışam. Aygünə sadəcə şirkətdə işlədiyi vaxt 300 manat maaş vermişəm, atası və anasının müalicəsi üçün çox az-az məbləğdə pul vermişəm. Aygünə mənzil almağım haqda deyilənlər də yalandır. Bildiyimə görə Aygün ailəsi ilə Sumqayıtda kirayədə yaşayıb”.
Qeyd edək ki, Aygün Akimova Cinayət məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda olduqda) və 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirli bilinir.


Modern.az

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Paytaxta köçən 4 uşaq təhsil ala bilmir - VİDEO
20.09.2017, 00:23

Paytaxta köçən 4 uşaq təhsil ala bilmir - VİDEO

Bu gün Azərbaycanda Neftçilər günü qeyd olunur
20.09.2017, 00:11

Bu gün Azərbaycanda Neftçilər günü qeyd olunur

Salyandakı qəzada ölən 4 qadının adı bilindi - Yenilənib
19.09.2017, 23:57

Salyandakı qəzada ölən 4 qadının adı bilindi - Yenilənib

Meksikada güclü zəlzələ ...
19.09.2017, 23:45

Meksikada güclü zəlzələ ...

Yevlaxda təmizlik işçilərini daşıyan avtobus aşdı
19.09.2017, 23:27

Yevlaxda təmizlik işçilərini daşıyan avtobus aşdı

Naxçıvan əhalisinin sayı 451 min 132 nəfərə çatıb
19.09.2017, 23:14

Naxçıvan əhalisinin sayı 451 min 132 nəfərə çatıb

Bakıda daşınmaz əmlak bahalaşacaq...
19.09.2017, 22:44

Bakıda daşınmaz əmlak bahalaşacaq...

Qarabağı ermənilərə verməyən Xruşovun Almaniya kansleri haqqında “ŞALVARALTI” MÜLAHİZƏSİ
19.09.2017, 22:12

Qarabağı ermənilərə verməyən Xruşovun Almaniya kansleri haqqında “ŞALVARALTI” MÜLAHİZƏSİ

Azərbaycan İsrail-Fələstin münaqişəsinin siyasi həllini dəstəkləyir   
19.09.2017, 21:37

Azərbaycan İsrail-Fələstin münaqişəsinin siyasi həllini dəstəkləyir  

Azərbaycan prezidenti BMT-də ümumi müzakirələrin açılışında iştirak edib - FOTOLAR
19.09.2017, 21:19

Azərbaycan prezidenti BMT-də ümumi müzakirələrin açılışında iştirak edib - FOTOLAR

19.09.2017, 21:06

"Rusiyanın bu siyasəti təəccüb, ciddi sual və dərin təəssüf doğurur" - Hikmət Hacıyev

"Şimali Koreyanı tamamilə məhv etməkdən başqa seçimimiz olmayacaq" - Tramp
19.09.2017, 20:48

"Şimali Koreyanı tamamilə məhv etməkdən başqa seçimimiz olmayacaq" - Tramp

"Gazelli"dəki yanğında xəsarət alan olmayıb
19.09.2017, 20:33

"Gazelli"dəki yanğında xəsarət alan olmayıb

Çin Azərbaycanın iki nazirliyinə 21 min ədəd noutbuk verib
19.09.2017, 20:17

Çin Azərbaycanın iki nazirliyinə 21 min ədəd noutbuk verib

Pambıqçıları daşıyan mikroavtobus aşdı
19.09.2017, 20:05

Pambıqçıları daşıyan mikroavtobus aşdı

Bakı-Supsa neft kəmərindən oğurluğa cəhd olub
19.09.2017, 19:51

Bakı-Supsa neft kəmərindən oğurluğa cəhd olub

Tramp BMT tribunasından İranı sərt tənqid etdi
19.09.2017, 19:00

Tramp BMT tribunasından İranı sərt tənqid etdi

Bakının bu ərazilərində qaz məhdudiyyətlərlə veriləcək
19.09.2017, 18:44

Bakının bu ərazilərində qaz məhdudiyyətlərlə veriləcək

Aleksandr Plemakova Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib
19.09.2017, 18:31

Aleksandr Plemakova Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib

Prezident neftçiləri orden və medallarla təltif etdi - SİYAHI
19.09.2017, 18:20

Prezident neftçiləri orden və medallarla təltif etdi - SİYAHI

Paytaxtda mənzildə meyit tapılıb
19.09.2017, 18:07

Paytaxtda mənzildə meyit tapılıb

Şura Katibliyinin məsləhətçisi: QHT sektorunun inkişafı üçün dəstək davam etdirilir
19.09.2017, 17:47

Şura Katibliyinin məsləhətçisi: QHT sektorunun inkişafı üçün dəstək davam etdirilir

Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşə bilər
19.09.2017, 17:40

Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşə bilər

Cahangir Əsgərovun ailə şirkətində güclü yanğın oldu
19.09.2017, 17:38

Cahangir Əsgərovun ailə şirkətində güclü yanğın oldu

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
19.09.2017, 17:24

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Abşeron Gənclər Şəhərciyində “JEK”in özbaşınılığı – icra hakimiyyəti “bizlik deyil” deyir
19.09.2017, 17:23

Abşeron Gənclər Şəhərciyində “JEK”in özbaşınılığı – icra hakimiyyəti “bizlik deyil” deyir

Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava sammitində KÖMƏK İSTƏDİ   
19.09.2017, 17:14

Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava sammitində KÖMƏK İSTƏDİ  

Nazim İbrahimov UAK-la bağlı son qərarı pislədi
19.09.2017, 17:10

Nazim İbrahimov UAK-la bağlı son qərarı pislədi

Cəbhə bölgəsində hərbi hissə açıldı - FOTOLAR
19.09.2017, 17:07

Cəbhə bölgəsində hərbi hissə açıldı - FOTOLAR

19.09.2017, 17:05

"Qarabağ atı“ abidəsi önündə Azərbaycanın təbliğatı - FOTOLAR

“Rafiq müəllim ölümü adladı”- Diktorun həyat yoldaşı
19.09.2017, 16:43

“Rafiq müəllim ölümü adladı”- Diktorun həyat yoldaşı

Biz indi niyə paxılıq? - Cəmiyyəti içdən çürüdən “korroziya” - PROBLEM
19.09.2017, 16:38

Biz indi niyə paxılıq? - Cəmiyyəti içdən çürüdən “korroziya” - PROBLEM

Şəmsəddin Hacıyevin deputat toxunulmazlığına xitam verilə bilər
19.09.2017, 16:12

Şəmsəddin Hacıyevin deputat toxunulmazlığına xitam verilə bilər

Deputat məsələ qaldırdı: “Stüardessalar pensiyaya tez çıxmalıdır”   
19.09.2017, 16:01

Deputat məsələ qaldırdı: “Stüardessalar pensiyaya tez çıxmalıdır”  

Bakıda bit problemi var – Araz Əlizadə
19.09.2017, 15:53

Bakıda bit problemi var – Araz Əlizadə

ARXİV
SORĞU
Məhərrəmliyin əsas şərtlərini qəbul edirsiniz?
- Bəli qəbul edirəm və Kərbəla şəhidlərinə mütləq yas saxlayacam (45.8%)
- Məhərrəmliyin şərtləri yalnız şiələr üçündür(9.55%)
- Bu şərtlərin heç birini qəbul etmirəm(14.0%)
- Məhərrəmlık əsl İslama ziddir(30.5%)