Modern.az

Bakıda qadını rüsvay etməklə hədələyən kişi tutuldu

Bakıda qadını rüsvay etməklə hədələyən kişi tutuldu

21 Aprel 2017, 12:02

Aprelin 17-də Nərimanov rayonu ərazisində Mingəçevir şəhər sakini Pünhan Abdullayev Bakı şəhər sakini olan bir qadın barədə rüsvayedici məlumat yayacağı ilə hədə-qorxu gəlib ondan 1500 manat pul istəyib.

Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, həmin şəxs qadından pulu alarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərfindən tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü