26 iyun 2017, Bazar ertəsi
Ana Səhifə - PARLAMENT - “Bu qanun ölkənin imicinə ciddi zərbə vuracaq” - Deputatdan həmkarlarına sərt QINAQ
“Bu qanun ölkənin imicinə ciddi zərbə vuracaq” - Deputatdan həmkarlarına sərt QINAQ
22.04.2017, 10:30

Qüdrət Həsənquliyev: “Ümid etmək istərdim ki, Milli Məclis qəbul etsə də, Prezident bu qanunu imzalamayacaq”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinə etiraz edib. O, deputatın mandatdan çox asanlıqla  məhrum edilməsinə imkan yaradan müddəalara qarşı çıxaraq, sənədi hazırlayan həımkarlarını qınayıb.

Modern.az-ın məlumatına görə, Q.Həsənquliyev sözügedən qanun layihəsilə bağlı deyib:

- Konstitusiyaya görə, Azərbaycanda dövlət hakimiyyəti hakimiyyət bölgüsü  prinsipi əsasında həyata keçirilir: İcra, məhkəmə və qanunvericilik hakimiyyəti. Konstitusiyaya əsasən hakimiyyətin hər üç qolu qarşılıqlı fəaliyyət göstərir və bir birilərinə nəzarət edirlər. Konstitusiyanın 107-ci maddəsinə əsasən Prezident ağır cinayət törətdikdə vəzifəsindən mərhum edilə bilər və bu prosesdə həm Konstitusiya Məhkəməsi, həm Ali Məhkəmə, həm də Milli Məclis iştirak edir. Konstitusiyanın 128-ci maddəsinə əsasən, hakimlər cinayət törətdikdə vəzifədən kənarlaşdırıla bilər və bu prosesdə həm Prezident, həm Ali Məhkəmə, həm də Milli Məclis iştirak edir. Amma təssüf ki, hazırda Konstitusiyaya zidd olaraq hakimlər cinayət törətməsələr də Məhkəmə Hüquq Şurası tərəfindən intizam məsuliyyətinə cəlb etməklə, onların vəzifə səlahiyyətlərinə xitam verirlər. Konstitusiyaya edilən son dəyişikliklərə görə hakimiyyətin digər iki qanadının təmsilçilərindən fərqli olaraq deputat etik davranış qaydalarını kobud surətdə pozduqda mandatdan məhrum edilr. Hazırda bu normanıın tətbiqi prosesi belə təklif olunur ki, 5 il ərzində deputata 3 dəfə töhmət verilərsə o Milli Məclis tərəfindən mandatdan məhrum edilir.Yəni hakimiyyətin digər iki qanadına tətbiq olunması nəzərdə tutulan prosedurdan fərli olaraq bu prosesdə hakimiyyətin digər qanadları iştirak etmir. Halbuki, bu qarşılıqlı nəzarət baxımından vacibdir və hüquq düşüncəsi, hüquq mədəniyyəti bunu tələb edir. Əgər təklif olunan layihə qəbul olunsa deputatı mandatdan məhrum etmək adi bir ixtisassız işçini işdən çıxarmaqdan daha asan olacaq. Çünki Əmək Məcəlləsinin 190-cı maddəsinə görə işçiyə verilən töhmət 6 ay qüvvədə olur və vaxtından əvvəl götürülə bilər. O cümlədən işçi hər hansı mükafat alarsa töhmət qüvvəsini itirir. Eyni zamanda işçi bu qərardan məhkəməyə şikayət edə bilər. Deputata verilən töhmət isə  5 il qüvvədə qalır və onun məhkəməyə şikayət hüququ nəzərdə tutulmur. Deputatı mandatdan mərhum edərkən Milli Məclis həm qanun qəbul edən, həm də onu tətbiq edən orqan kimi çıxış edir ki, bu da Konstitusiyaya ziddir. Qanun pozuntusunu məhkəmə qiymətləndirməli olduğu halda o bu prosesdə iştirak etmir. Deputat Konstitusiyanın 61-ci maddəsinə zidd olaraq özünü müdafiə üçün keyfiyyətli hüquqi yardım almaq hüququndan məhrum edilir. 

Nəzərə alsaq ki, parlamentdə müxalifət  təmsilçiləri və bitərəflər fəaliyyət göstərir, qanun parlament çoxluğuna imkan verəcək ki, xalqın mandat verməsinə baxmayaraq, istənilən xoşlamadığı deputatı mandatdan məhrum etsin. Ən təəccüblüsü isə odur ki, layihənin müəlliflərinin özləri də deputatdır.

"Deputatlar onları aşağılayan belə bir qanuna səs verəcəklərmi" sualına Q.Həsənquliyevin cavabı belə olub:

 

- Sözün doğrusu, mən deputatlardan daha cox Prezidentə güvənmək istəyərdim. Ona görə ki, son vaxtlar çoxlu Konstitusiyaya zidd qanunlar qəbul edirik. Ümid etmək istərdim ki, Milli Məclis qəbul etsə də, ölkənin imicinə ciddi zərbə vuracaq bu qanunu Prezident imzalamayacaq.

 

Modern.az


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
26.06.2017, 18:37

Atalar və övladlar - Famil Mehdinin oğlu: “Atam xəstə olduğundan dissertasiyasını Xəlil Rza oxudu” - LAYİHƏ

26.06.2017, 18:11

“Mən Azərbaycanlıyam” demək haqqı...

26.06.2017, 17:24

Azərbaycanlı deputatdan AŞPA-da Ermənistana sərt tənqid..

26.06.2017, 16:44

Macarıstan Beynəlxalq Türk Akademiyasında müşahidəçi statusu alır

26.06.2017, 16:40

Azərbaycan Miqrasiya Məcəlləsində dəyişiklik edilir

26.06.2017, 16:32

Rusiyanın məşhur yazıçısı: “Nəyə görə Azərbaycan güc yolu ilə torpaqlarını azad etmir?”

26.06.2017, 15:32

İyunun 30-da sonuncu buraxılış imtahanları keçirələcək

26.06.2017, 15:25

Aqramuntun AŞPA-ya sədrliyi ilə bağlı qeyri-müəyyənlik davam edir

26.06.2017, 15:03

Deputat Maştağada bayram tədbiri təşkil etdi - FOTOLAR

26.06.2017, 14:52

Ərizə yazarkən “tərəfindən” sözünə ehtiyac varmı? - Fərqli FİKİRLƏR

26.06.2017, 14:50

Bakıdakı parkda taekvondo dərsi olub

26.06.2017, 14:20

Moskva-Bakı təyyarəsində QALMAQAL - Azərbaycanlı sərnişinlərə erməni yeməyi təklif olundu - VİDEO

26.06.2017, 14:00

Heydər Əliyev Mərkəzinin parkında şahmat turniri keçirilib

26.06.2017, 13:43

Xalq artisti Qəndab Quliyeva vəfat etdi

26.06.2017, 13:21

Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

26.06.2017, 13:06

Bakıda yolu keçən piyadanı maşın vurdu

26.06.2017, 12:29

Sabahın hava PROQNOZU: - 38° isti

26.06.2017, 11:55

“Mercedes" ana-balanı vurdu - ana yaralandı, qızı öldü

26.06.2017, 11:33

Bu gün Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçirilir

26.06.2017, 11:17

Gənc şair: “Populyar müğənnilər, TV-lər istedalı gənclərə haqsızlıq edirlər”

26.06.2017, 11:12

Qəndab Quliyevanın ölüm xəbəri yayıldı - Həkim TƏKZİB ETDİ

26.06.2017, 11:07

16 məzun buraxılış imtahanlarından qovuldu

26.06.2017, 10:28

Azərbaycanda telefon dəbi “ölüb” - SƏBƏBLƏR

26.06.2017, 10:13

Milli Məclis bu hakimləri vəzifədən azad edəcək - SİYAHI

26.06.2017, 10:07

"Bəzi dövlətlər Azərbaycanda dini qarışıqlıq salmaq istəyirlər"

26.06.2017, 10:05

Füzulidə şəhid ailələri, Qarabağ əlilləri üçün iftar süfrəsi açılıb

26.06.2017, 10:03

Ordumuzun ilk Qərargah rəisi: “Fəxr edirəm ki, müsəlman ordusunun generalı kimi güllələnirəm”

26.06.2017, 09:53

Azərbaycan məscidlərində bayram namazı qılındı

26.06.2017, 09:47

Ermənistan cəbhədə təxribatı davam etdirir

26.06.2017, 09:43

Deputat “Aprel döyüşləri”nin iştirakçıları və şəhid ailələri ilə görüşdü

26.06.2017, 09:36

İmişlidə bir nəfər Araz çayında itkin düşüb

26.06.2017, 09:33

Göyətəsində 150 turist olan qayıq batdı: 6 nəfər boğuldu, 31 nəfər itkin düşdü

26.06.2017, 09:12

Ramazan qara bayram deyil, ağ bayramdır

26.06.2017, 09:02

Pakistanda partlayış - ölənlərin sayı 152-yə çatdı - YENİLƏNİB-2

26.06.2017, 00:44

Azərbaycan Ramazan bayramını qeyd edir  

ARXİV
SORĞU
Qeyri-sabit hava şəraiti sizə necə təsir edir?
- İstilərdən canımız qurtarıb(9.25%)
- Dənizə gedə bilmirik(20.3%)
- Səhhətimizə mənfi təsir edir(18.5%)
- Əhvalım xoşallanır(11.1%)
- Məhsul qıtlığı yaranır(14.8%)
- Təsərrüfatıma ziyan dəyir(3.70%)
Yağış, dolu ruzi-bıərəkətdir(22.2%)