Modern.az

Şəmkirdə iki nəfər kimyəvi maddədən zəhərlənib

Şəmkirdə iki nəfər kimyəvi maddədən zəhərlənib

Aktual

23 Aprel 2017, 10:20

Şəmkirdə zəhərlənmə olub.

 

Modern.az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayon sakini 2000-ci il təvəllüdlü Gülşən Poladova və Bayramlı kənd sakini 1994-cü il təvəllüdlü Şahnaz Babayeva zəhərlənmə əlaməti ilə rayon Mərkəzi Xəstəxanaya yerləşdiriliblər.

 

Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir. Məlumata görə hər iki şəxs özlərinə məxsus istixanada xəstəlik və zərərvericilərə qarşı mübarizə apararkən istifadə olunan fosfor tərkibli kimyəvi məhluldan zəhərləniblər.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü