Modern.az

Sankt-Peterburqdakı terroru  “İmam Şamil batalyonu” TÖRƏDİB

Sankt-Peterburqdakı terroru  “İmam Şamil batalyonu” TÖRƏDİB

Dünya

25 Aprel 2017, 22:47

Rusiyanın Sankt-Peterburq şəhərinin metropolitenində törədilən terror aktına görə məsuliyyəti “İmam Şamil batalyonu” öz üzərinə götürüb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, “İmam Şamil batalyonu” qruplaşmasının  “Əl Qaidə” terror təşkilatı ilə əlaqəli olduğu bildirilir.

Terrorçuların fəaliyyətinin monitorinqini həyata keçirən “SITE Intelligence Group”un məlumatına görə, metrodakı partlayış terrorçu Akbarjon Cəlilova göstərişlər verən “Əl Qaidə”nin başçısı Ayman Əl Zəvahiri tərəfindən planlaşdırılıb.

 

Qeyd edək ki, aprelin 3-də Sankt Peterburq metropolitenində törədilən partlayış nəticəsində 14 nəfər ölüb, 50-dən çox sərnişin yaralanıb. Faktla bağlı 10 nəfər həbs edilib.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü