Modern.az

İslam Oyunlarında xarici vətəndaşlar rabitə xidmətindən rahat istifadə edəcək

İslam Oyunlarında xarici vətəndaşlar rabitə xidmətindən rahat istifadə edəcək

28 Aprel 2017, 12:38

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində IV İslam Həmrəyliyi Oyunlarına nəqliyyat və rabitə sahələri üzrə hazırlıqla bağlı müşavirə keçirilib.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, , oyunlarla bağlı ölkəmizə gələn qonaqların və iştirakçıların mobil cihazlardan rahatlıqla istifadəsinin təmin olunması məqsədilə 01 aprel 2017-ci il tarixindən 01 iyun 2017-ci il tarixinə qədər mobil cihazların IMEI nömrələrinin qeydiyyatı üçün tələb olunan 30 (otuz) gün müddət artırılaraq 60 (altmış) gün müddətlə əvəz edilib.

Müşavirədə çıxış edən mobil rabitə operatorlarının rəhbərləri bildirib ki, Oyunların keçiriləcəyi məkanların, stadionların, onlara yaxın ərazilərin keyfiyyətli mobil rabitə ilə təmin edilməsi məqsədi ilə mobil şəbəkələrdə səs və paket tipli məlumat mübadiləsinin təhlil olunması, şəbəkə analizinin aparılması, eyni zamanda GSM, UMTS/HSDPA, LTE və s. texnologiyalar üzrə təqdim olunan xidmətlər üzrə uyğun tədbirlər görülüb. Qeyd edilib ki, həmin ərazilərdəki mobil şəbəkə xidmətləri gündəlik nəzarətdə saxlanılır.

Eyni zamanda, Oyunlar ərəfəsində qonaqların (turist) mobil rabitə xidmətlərindən rahat istifadəsinin təmin olunması məqsədilə cari ilin 15 aprel tarixindən başlayaraq 01 iyun tarixinə qədər xarici vətəndaşlara  mobil telefon  nömrələrinin  sadələşdirilmiş qaydada satışının həyata keçirilməsi operatorlar tərəfindən təmin edilib.

İnternet provayderlərin rəhbərləri isə  məlumat verib ki, internetin dayanıqlılığının təmin edilməsi məqsədilə əsas və alternativ istiqamətlərdən kanallar ayrılıb. Belə ki, Oyunlar dövründə internet şəbəkəsinin təhlükəsiz işinin təmin edilməsi üçün “Delta telecom” MMM və “Azərtelekom” MMC-də DDOS kibertəhlükəsizlik sisteminin fəaliyyətinin təmin edilməsi məqsədilə aidiyyəti üzrə tapşırıqlar verilib. Oyunlardan öncə və Oyunlar zamanı kibertəhlükəsizlik və informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə Kibertəhlükəsizlik üzrə İşçi Qrupu yaradılıb.

 

Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır