Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda ABŞ Milli Kəşfiyyat İdarəsinin dünyadakı risklər barədə hesabatında bildirilib.
Hesabatı qurumun direktoru Daniyel Kouts bu gün Konqresə təqdim edib.
Hesabatda göstərilib ki, 2016-cı ilin aprelində Qarabağ cəbhəsindəki hərbi əməliyyatlara görə Azərbaycanla Ermənistan arasında gərginlik artdı.
“2017-ci ildə də tam miqyaslı hərbi əməliyyatların başlanması ehtimalı var. Tərəflərin kompromislərə getmək niyyətlərinin olmaması və ölkələr daxilində artan təzyiqlər Qarabağda genişmiqyaslı hərbi əməliyyatlara gətirib çıxara bilər”-deyə hesabatda vurğulanıb.
Daniyel Kouts hesab edir ki, Azərbaycan öz xarici siyasətində Rusiya, İran və Qərb arasında tarazlığı qoruyub saxlamağa davam edəcək.
Aqşin KƏRİMOV