Suriya kürdləri Türkiyə və ABŞ arasında münasibətlərin soyuqlaşmasına əsas səbəb olublar.
ABŞ Suriya kürdlərini İŞİD-ə qarşı mübarizədə əsas müttəfiqi hesab edir və ötən həftə prezident Trampın göstərişi ilə Demokratik Qüvvələrin tərkibində vuruşan YPG təşkilatı müasir silahlarla təmin olunmağa başladı. YPG-ni PKK-nın Suriya qanadı kimi terrorçu təşkilat sayan rəsmi Ankaranın buna etirazı da nəticəsiz qaldı.
Ağ Evdə Donald Trampla görüşdə Rəcəb Tayyip Ərdoğan YPG məsələsini qaldırsa da, bu danışıqlar effektiv nəticə vermədi. Vaşinqton kürdlərə dəstək verməkdə qərarlı görünür. Hətta Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun "Amerika Türkiyə və Suriya kürdləri arasında seçim etməlidir" deməsi də, baş verənlərə əhəmiyyətli təsir göstərmədi.
Amma Ankaranın da məsələyə münasibəti kifayət qədər sərt oldu. Ərdoğan Türkiyəyə döndükdən sonra YPG Türkiyəyə qarşı hücumlar təşkil edəcəyi təqdirdə qarşı tərəfə cavab zərbəsi endirəcəklərini və Trampla görüşdə bu haqda xəbərdarlıq etdiyini bildirib.
Türkiyə vahid dövlət halında birləşməsi qeyri-real görünən Suriyanın gələcək bölüşdürülməsində aktiv iştirak etmək istəyir.
Bu fonda, Raqqanın azad olunması əməliyyatında Ankara iştirak etməyəcək. YPG-nin bu əməliyyatda əsas rol oynayacağı rəsmiləşdikdən sonra Ankara bu addımı atmağa məcbur oldu.
ABŞ-ın Yaxın Şərqdə kürd faktoruna ciddi önəm verməsi, istər İraq, istərsə də Suriyada onları silahlandırması gələcəkdə yaranacaq Kürdüstan dövləti layihəsinin bir hissəsi kimi nəzərdə tutulub.
Ərəb ölkələrinin içində yaradılan İsraildən sonra, ABŞ Yaxın Şərqin tam mərkəzində - İran,Türkiyə, İraq və Suriyanın əhatəsində yeni bir “İsrail” yaratmağı planlaşdırır.
Kürdlər üçün bu dövlətin yaranması Yaxın Şərqdə hərbi-siyasi situasiyanın daim təhlükə altına düşməsinə və regional etnik münaqişələrin alovlanmasına şərait yaradacaq. Eyni zamanda, Vaşinqton regionun mərkəzindəki yeni "Kürdüstan"dan bu prosesləri idarə edəcək. Təsadüfi deyil ki, Tramp Suriya ərazisindəki ABŞ hərbçilərinin sayını minə çatıdırıb. Onlar əsasən, kürd döyüşçülərinə İŞİD-lə mübarizədə təlimat verirlər.
Beləliklə, yaxın illərdə Suriya və İraq ərazilərində kürdlərin nəzarət altına geniş ərazilər veriləcək və bu ərazilərdə dərhal ABŞ hərbi bazaları yerləşəcək. Lakin ABŞ-ın kürd faktoruna üstünlük verməsi bunu öz təhlükəsizliyi və milli maraqları üçün ciddi təhlükə sayan Türkiyənin İranla yaxınlaşmasına səbəb olacaq.
Ankara və Tehranın yaxınlaşması isə Yaxın Şərqdəki qarşılıq siyasi mənzərəni tamamilə dəyişəcək.
Vüqar İSMAYILOV
“Serj Sarkisyanın istefası Azərbaycanın xeyrinədir”
Paytaxtda mənzil oğurluğu törətmiş 16 cinayətkar qrup ifşa olunub
Manatın sabahkı MƏZƏNNƏSİ
Yerevanda “Qələbə” mitinqi keçiriləcək
Ceyhun Bayramov təhsil naziri təyin olundu
Tanınmış jurnalist ürəyindən əməliyyat edildi
Serj Sarkisyan istefa verdi: “Bir neçə yol var, amma heç birinə əl atmayacam” - YENİLƏNİB
Moskva: “Baş verənlər Ermənistanın daxili işidir”
Deputat vətəndaşları qəbul etdi
MTN generallarına hökm oxundu - YENİLƏNİB
Azərbaycan əhalisi siyahıya alınır - Komitə siyahıyaalma qrupları yaradıb
Pulsuz müayinə olunanların sayı açıqlandı
Ermənistanda yeni toqquşmalar- 5 polis yaralandı
Eks-namizədlər hakim komandadakı dəyişikliyə belə qiymət verdilər...
Abituriyentlərin “Azərbaycan dili” fənnindən imtahan nəticələri açıqlandı
Prezident onlara fəxri adlar verdi - SİYAHI
Nikol Paşinyan azadlığa buraxıldı
Ermənistan rəhbərliyi təcili iclasa toplaşdı - FOTO
Yeni nazir 3 əsas fəaliyyət prinsipini açıqladı
Zahid Oruc: “Boşalan deputat yerlərinə seçki keçirilə bilər”
Əli Həsənov ABŞ Dövlət Departamentinə etiraz etdi
“Müflisləşmə və iflas haqqında" qanunda DƏYİŞİKLİK
İlham Əliyev Rusiyanın iqtisadi inkişaf nazirini qəbul etdi - YENİLƏNİB
"Bakcell" "Formula-1"lə əlaqədar 4G şəbəkə tutumunu artırdı
“500 kiloqram pomidor yığanın hesabatla məşğul olmağa vaxtı yoxdur” – Deputatdan TƏNQİD
Ermənistanda yeni həbslər – 37 nəfər saxlanıldı
“Sarkisyan Putindən razılıq alsa qan tökəcək, almasa, tökülən qanda özü batacaq” - ŞƏRH
ABŞ Qüdsdə səfirliyini bu tarixdə AÇACAQ
Kremldən Ermənistandakı hadislərə REAKSİYA
Deputat mühasibləri hədəfə aldı
Azərbaycan İstiqlal Muzeyinin eksponatları UNEC-də: “Cümhuriyyət 100”
Ramiz Mehdiyev İnam Kərimovu nazirliyə təqdim etdi - FOTOLAR
Milli Məclisin keçmiş sədr müavini: “Onun təyinatına çox şad oldum”
Yeni qatar sərnişinlərin ixtiyarına verildi - FOTOLAR
Energetika nazirinin yeni köməkçisi təyin olundu
Şərh yaz