29 may 2017, Bazar ertəsi
Ana Səhifə - GÜNDƏM - Prokuror "Rabitə işi"ndə təqsirləndirilənlərə cəza istədi - 71 il
Prokuror "Rabitə işi"ndə təqsirləndirilənlərə cəza istədi - 71 il
19.05.2017, 13:30

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, Aztelekom MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, Birliyin sabiq baş mühasibi Anar Mustafayev, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Azərpoçt MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi Səhrab Hümbətov, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov, Aztelekom MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Təmir Təchizat Servis MMC-nin direktoru Bayram Vəliyev və Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı təqsirləndirilən şəxslərə cəza istəyib. Prokuror Vidadi Zeynalovun 14 il, Beytulla Hüseynovun 15 il, Anar Mustafayevin 8 il, Qəmbər Bəybalayevin 10 il, Emin Məmmədovla Namazalı Məmmədovun hər birinə 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Digər təqsirləndirilən Məhəmməd Məmmədov Cəfır Cəfərov, Səhrab Hümbətov, Bayram Vəliyev və Oktay Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq olunmasını, onlara şərti cəza verilməsini tələb edib. Prokuror bildirib ki, təqsirləndirilən şəxslərə məxsus üzərinə həbs qoyulmuş əmlaklar dövlətə dəymmiş ziyan ödənilməsinə yönəldilməsi təmin edilsin.

 

Növbəti proses mayın 24-də davam edəcək.

 

Qeyd edək ki, 2015-ci il noyabrın 13-də Baş Prokurorluğun RYTN-dəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin sabiq Aparat rəhbəri V.Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

 

Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN-də həyata keçirilmiş yoxlamalar nəticəsində “Aztelekom” MMC-nin sabiq baş direktoru M.Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri B.Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi A.Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru C.Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Q.Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi S.Hümbətov, "Rabitə Mülki Tikinti" MMC-nin direktoru E.Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru B.Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi Namazəli Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi O.Rüstəmov da saxlanılıblar. Məhkəmə onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.

RYTN-in mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən 11 keçmiş əməkdaşı ümumilikdə 40 milyon manat pulu mənimsəməkdə ittiham olunurlar. İittiham aktına əsasən, A.Mustafayev 567 min, E.Məmmədov 7 milyon 700 min, O.Rüstəmov 250 min, S.Hümbətov 600 min, Q.Bəybalayev 2 milyon, C.Cəfərov 1,5 milyon, B.Vəliyev 204 min, V.Zeynalov 8 milyon, B.Hüseynov 10 milyon və N.Məmmədov isə 4 milyon manat mənimsəməkdə təqsirli bilinirlər.

 

V.Zeynalov, B.Hüseynov, A.Mustafayev, E.Məmmədov, M.Məmmədov, O.Rüstəmov, N.Məmmədov, S.Hümbətov, Q.Bəybalayev Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), C.Cəfərov 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və B.Vəliyev isə 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.

 

Modern.az

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
29.05.2017, 16:00

Yüksək bal toplayan polis övladları - onları siz də tanıyın - FOTOLAR

29.05.2017, 14:41

Sülh Platforması Vahan Martirosyanla bağlı bəyanat yayıb

29.05.2017, 14:37

Elmar Məmmədyarov Macarıstana səfər edəcək

29.05.2017, 14:30

Masallıda məktəb yoldaşını qətlə yetirən şagird tutulub

29.05.2017, 14:19

"Milli Ön"dən pul oğurlayan tutulub

29.05.2017, 13:57

"Koro­ğlu” Nəqliyyatı Mübad­ilə Mərkəzi yenidən fəaliyyətə başlayır

29.05.2017, 13:51

Rusiya İŞİD-lə əməkdaşlıqda ittiham olundu

29.05.2017, 13:35

İran ilk əməliyyat peykini gələn il buraxacaq

29.05.2017, 13:26

Azərbaycanlı alim Böyük İyirmiliyin Beyin Sammitində

29.05.2017, 13:23

Bakıda avtobusdan yıxılan şəxs ölüb

29.05.2017, 13:18

ADU dövlət imtahanı ilə bağlı açıqlama verdi

29.05.2017, 13:09

Mingəçevirdə oğul anasını qətlə yetirdi

29.05.2017, 12:40

Bakıda əcnəbini döyən şəxslər saxlanılıb

29.05.2017, 12:37

İsmayıllıda FACİƏ – 2 yaşlı qız su çənində boğuldu

29.05.2017, 12:31

Sabah Bakıda 28 dərəcə isti olacaq – HAVA PROQNOZU

29.05.2017, 12:22

Raket və artilleriya birləşmələri döyüş atışlı təlimlər keçirir - FOTOLAR

29.05.2017, 12:04

Azərbaycan-Rusiya sərhədində “Sərhəd-sipər” əməliyyatı keçirilir

29.05.2017, 11:47

ABŞ-ın Yuta Ştat Senatı Azərbaycanın Respublika Günü ilə bağlı təbrik bəyannaməsi qəbul edib

29.05.2017, 11:38

Azərbaycan kinosunun əcnəbi qəhrəmanları: “Uşaqlığın son gecəsi”ndən sonra yoxa çıxan Elya  

29.05.2017, 10:33

Mədət Quliyevə yeni müavin təyin olundu

29.05.2017, 10:26

Kaliforniyada Azərbaycanla bağlı qətnamə qəbul edildi

29.05.2017, 10:18

Horadizdə Bayraq Muzeyi tikilir

29.05.2017, 10:00

Ermənistan cəbhədə təxribatları dayandırmır

29.05.2017, 09:45

Xaricdəki tələbəmiz: “Almaniyadakı universitetdə davamiyyət elə də vacib deyil” - MÜSAHİBƏ  

29.05.2017, 09:33

Deputat telekanalları qınadı: “Ramazanda "Babək" filminin nümayişindən təəccübləndim”

29.05.2017, 09:17

Təbii fəlakət 164 nəfərin öülümünə səbəb oldu  

29.05.2017, 09:10

Maşın” realiti-şousu başlayıb - 18 iştirakçının SİYAHISI

29.05.2017, 09:02

Məşhur məşqçi Rusiyadan qovuldu

29.05.2017, 00:43

Ermənistan region üçün ciddi təhlükə mənbəyidir

29.05.2017, 00:28

Kann kinofestivalının qalibi bilindi

29.05.2017, 00:09

Türkiyədə PKK-ya qarşı əməliyyat

28.05.2017, 23:55

Beynəlxalq Türk Akademiyası Azərbaycanı təbrik etdi  

28.05.2017, 23:48

Gəncədə süpürgəçi qadın yol qəzasında öldü

28.05.2017, 23:35

Dolu Qaxda kənd təsərrüfatına ziyan vurdu

28.05.2017, 23:18

General Abbasəli Novruzov kimdir? - Komandan haqda BİLMƏDİKLƏRİMİZ

ARXİV