Modern.az

Bakıda 66 yaşlı kişi qətlə yetirilib

Bakıda 66 yaşlı kişi qətlə yetirilib

Aktual

23 May 2017, 08:46

Bakıda qətl törədilib.

 

Qaradağ Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə,  hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.

 

Qəsəbə sakini, 1976-cı il təvəllüdlü Elxan Şıxbaba oğlu Ağayev aralarında yaranmış mübahisə zəminində tanışı, 1951-ci il təvəllüdlü Baləhməd Əliməmməd oğlu Baləhmədovu bıçaqla qətlə yetirib.

 

Məlumata görə, bundan əvvəl B. Baləhmədov E.Ağayevi bıçaqlayıb. Bir ay sonra isə E.Ağayev qisas məqsədilə B.Baləhmədovu bıçaqlayaraq öldürüb. Cinayəti törədən E.Ağayev saxlanılıb.

 

Faktla bağlı cinayət işi açılıb, istintaq tədbirləri aparılır.



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü