Modern.az

Bakıda qadın özünü 8-ci mərtəbədən atdı, sağ qaldı

Bakıda qadın özünü 8-ci mərtəbədən atdı, sağ qaldı

23 May 2017, 09:08

Bakının Nizami rayonu ərazisində intihara cəhd hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə 8-ci kilometr qəsəbəsi, Bəhruz Nuriyev küçəsi, ev 24 A-da qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Yaqubova Lalə Tofiq qızı özünü yaşadığı binanın 8-ci mərtəbəsindən aşağı atıb. O, ağır bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Yaralı əməliyyat olunub. Həkimlər onun vəziyyətini stabil-orta ağır kimi qiymətləndirirlər və həyatı üçün heç bir təhlükənin olmadığını bildirirlər.

Yaxınlarının sözlərinə görə, hadisə gəlin və qaynana arasında baş verən və bir müddətdir davam edən münaqişə zəminində qeydə alınıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü