Modern.az

Vaqif Səmədoğlu Parisdə anılacaq

Vaqif Səmədoğlu Parisdə anılacaq

24 May 2017, 13:05

Vaqif Səmədoğlunun Parisdə xatirə gecəsi keçiriləcək

Fransanın paytaxtı Paris şəhərində Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunun xatirə gecəsi keçiriləcək.

Diasporla iş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, Paris Azərbaycan Evinin və Səməd Vurğun Ev Muzeyinin təşkilatçılığı, Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi ilə keçirilən xatirə gecəsində xalq şairinin fransız dilində çapdan çıxmış "Bir gün təbəssüm olmuşdum" adlı kitabı da fransız ictimaiyətinə təqdim olunacaq.

Tədbirin iyunun 6-da, saat 19.00-da Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, şair, dramaturq, publisist, Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi, Milli Məclisinin deputatı (2000, 2005) Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-də 76 yaşında dünyasını dəyişib.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü