Modern.az

Azərbaycan peykindən Gürcüstan, Qırğızıstan və Moldova istifadə edəcək

Azərbaycan peykindən Gürcüstan, Qırğızıstan və Moldova istifadə edəcək

Aktual

24 May 2017, 20:16

Azərbaycanın “Azərkosmos” ASC peyk operatoru Gürcüstan, Qırğızıstan və Moldova vətəndaşları üçün ““Azersky” İstifadəçilər qrupu” layihəsini işə salıb. Modern.az "Trend"ə istinadən xəbər verir ki, layihə bu ölkələrin elmi-tədqiqat institutlarına, universitetlərinə, eləcə də alimlərə, tələbələrə, tədqiqatçılara və elmi araşdırmalarla məşğul olan şəxslərə aşağı orbitli peyklərdən alınan görüntülərin keyfiyyətini qiymətləndirməyə imkan verəcək.

İştirakçılar öz layihələrinin 2017-ci il iyun ayının 20-dək təqdim edə bilər. “Azərkosmos” seçilmiş layihələr üçün Azersky/SPOT6 peykindən görüntüləri təqdim edəcək.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü