Modern.az

General özünü qurban hesab edir

General özünü qurban hesab edir

Dünya

25 May 2017, 00:24

"Bu mənfur çevriliş cəhdi Baş Qərargah rəisi, Hərbi Qüvvələrin komandanlığı və Milli İstehbarat Təşkilatının (MİT) rəhbərinin planı, məlumatı və idarəçiliyi ilə həyata keçirilib". Modern.az Axar.az-a istinadən xəbər verir ki, bunu 15 iyul qiyamında ittiham edilən Quru Qoşunlarının keçmiş generalı Ərhan Caha məhkəmədə ifadəsi zamanı bildirib.

 

Ərhan Caha bildirib ki, məhkəmə qarşısında şahid kimi ifadə versələr də, bu həqiqət ortaya çıxacaq: "15 iyul gecəsi gələn təlimat səbəbilə Türkiyə Silahlı Qüvvələri (TSQ) qiyam cəhdinə sövq edilmişdi. Kimdir bu planın arxasında olanlar? 16 iyulda olayın mahiyyəti bəlli olduqda, gördüm ki, TSQ tələyə salınıb. Mən də bu tələnin qurbanlarından biriyəm”.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü