Modern.az

Azərbaycan Qəbələ RLS-in saxlanmasına 759,4 min manat xərcləyib

Azərbaycan Qəbələ RLS-in saxlanmasına 759,4 min manat xərcləyib

Aktual

26 May 2017, 16:13

Azərbaycanın dövlət büdcəsindən 2013-cü ilin ortalarında Rusiyadan təhvil alınmış Qəbələ Radiolokasiya Stansiyasının (RLS) saxlanması üçün müəyyən qədər vəsait xərclənib.

Modern.az-ın məlumatına görə, bu haqda “2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının verdiyi rəydə qeyd edilib.

Bildirilib ki, bu məqsədlə 2016-cı ildə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə 759,4 min manat vəsait ayrılıb və 100% icra olunub.

Həmin vəsait  əsasən “Qəbələ Radiolakasiya stansiyasının inzibati təsrrüfat zonası və texniki mövqe” MMC-nin əmlak kompleksinin mühafizəsi və saxlanılmasına xərclənib.

Rusiya uzun müddət icarəyə götürdüyü Qəbələ RLS-dəki fəaliyyətini 2012-ci ilin dekabrında dayandırıb. Qəbələ RLS hazırda Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin balansındadır. Maraqlıdır ki, rəsmi şəkildə Qəbələ RLS-in işləmədiyi bildirlib. Bu halda 759,4 min manatın xərclənməsi sual doğurur...

 

Mirmahmud KAZIMOĞLU

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü