Modern.az

Deputatların respublika fənn olimpiadaları haqda TƏƏSSÜRATLARI

Deputatların respublika fənn olimpiadaları haqda TƏƏSSÜRATLARI

Aktual

26 May 2017, 16:45

Ötən gün Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.

Bu il Naxçıvan Muxtar Respublikasından şagirdlər də daxil olmaqla IX-XI və xüsusi istedada malik aşağı sinif şagirdlərinin iştirak etdiyi olimpiadada 8 fənn üzrə 263 qalib müəyyən edilib. 48 nəfər şagird qızıl, 85 nəfər gümüş, 130 nəfər isə bürünc medala layiq görülüb. Respublika fənn olimpiadalarının birinci-rayon (şəhər) mərhələsində 30 000 nəfərə yaxın şagird iştirak edib.

 

Modern.az saytı olimpiada ilə bağlı bir neçədeputat, ziyalıların təəssüratlarını təqdim edir.

 

Təhsil eksperti Şahlar Əsgərov deyir ki, Azərbaycanda olimpiada hərəkatı son iki-üç il ərzində çox inkişaf edib.

 

“Əvvəla, 30 mindən çox şagirdin iştirak etməsi sevindiricidir. Kəmiyyət göstəriciləri həm də keyfiyyət göstəricilərinə təsir göstərir. 260-dan çox şagird medallarla təltif edildi. Yaxşıların yaxşıları olan bu şagirdlər üçün yadda qalan hadisəyə çevrildi. Onlar özlərini daha səfərbər edər, daha yüksək zirvələri fəth edir. Mən onların gözlərində sevinc görürdüm. İnsanlara mənəvi dəyər veriləndə xoşbəxtlik daha da yüksək olur. Nobel mükafatçısı Əziz Sancarın olimpiada iştirakçılarına müraciəti də təsirli idi. İnanıram ki, o məktub da gənclərin həyatında silinməz iz buraxacaq.

 

Milli Məclisin deputatı Tahir Mirkişili olimpiadaların keçirilməsindən danışarkən özünün qalib olduğu illəri xatırladığını bildirib.

 

“Düşünürəm ki, fənn olimpiadalarının keçirilməsi orta məktəb şagirdlərinin daha yaradıcı olmalarına və eyni zamanda qarşılarına çıxa biləcək  çətin məsələlərin həll  olunmasında  daha sürətli düşünməyə yardım edəcək. Təhsil Nazirliyinin keçirdiyi tədbir fənn olimpiada qaliblərinin  bir yerə yığılması  və onların ən yüksək səviyyədə təltif olunması  həm də şagirdlər üçün bu günü, bu qələbənin medallarını unudulmaz edir. Gələcəkdə bundan da yüksək nəticələr əldə  etmək üçün bir motivasiya rolu oynayacaq. Tədbirdə iştirak edərkən mdə öz şagirdlik illərimi xatırladım.  Çünki mən də 11-ci sinifdə oxuyarkən fənn olimpiadalarında qalib olmuşdum. Məktəbdə oxuduğum müddətdə məhz həmin fənn olimpiadalarında iştirakım və qalib olmağım növbəti illərdə-universitet illərində aldığım nəticələrin daha da yüksək olmasında  çox böyük rolu olub.

 

 

Milli Məclisin deputatı  Vüsal Hüseynov prosesin diqqətdə olmasının vacibliyini vurğulayıb.

 

“İlk olaraq respublika fənn olimpiadalarında  qalib olan şagirdləri,  onların valideyn və müəllimlərini təbrik edirəm. Həmçinin, bu il də olimpiadaların yüksək səviyyədə, obyektiv meyarlarla  və şəffaflıq prinsipi əsasında keçirilməsi  münasibətilə təhsil sahəsinda çalışan  şəxsləri və bu  işdə əməyi olan , dəstək göstərən şəxsləri təbrik edirəm. Olimpiada qaliblərinə göstərilən diqqət və işin təşkili, eyni zamanda  digər şagirdləri də belə yüksək nəticələr üçün  həvəsləndirir və motivasiya rolunu oynayır. Bu baxımdan, bu prosesin diqqətdə olması  vacibdir. Əminəm ki, bu istedadlı  gənclərin  gələcək fəaliyyəti də diqqqətdə saxlanılacaq, müvafiq istiqamətlər üzrə dəstək göstəriləcək. Onların ölkəmizin gələcək  inkişafına  maksimum töhfə verməsi üçün imkanlar təmin ediləcək. Bizim şagirdlərin artıq  beynəlxalq fənn olimpiadalarında olan qalibiyyətləri artır. Ümid edirəm ki, dünənki təltifolunma  mərasimindəki qaliblər də  ölkəmizi beynəlxalq tədbirlərdə  layiqincə təmsil edəcək, bizim ölkəmizin uğurlarını və  bu sahədə medallarımızın sayını artıracaq”.

 

Milli Məclisin deputatı  Zahid Orucun sözlərinə görə, həmin şagirdlər gələcəkdə də elmi karyeralarını elə quracaqlar ki, həmişə xalqın önündə olacaqlar.

 

“Təhsil Nazirliyinin  orta məktəbləri arasında keçirdiyi olimpiada yarışları   təkcə zehni fəaliyyətin aşkarlanması deyil, eləcə də millətin  önünə çıxa biləcək  aparıcı imkanlarımızı  müəyyənləşdirməkdir. Dünənki mərasimə qatılan hər kəs qürurverici bir mərasimdə olduğunun fərqindəydi. Bizim balalarımız  ucaldıqları qədər də milləti yüksəldirlər. Bu yarışma beyin işidir, intellektual zəhmətdir, elmin dərinliklərinə baş vurmaq qabiliyyətidir. Keçirilən  tədbirin  artıq bir ənənə xarakteri  daşıması, onun kontingentinin  genişlənməsi, daha çox gənclərimizin bu sıraya qoşulması rəqabət kotentinin şəffaf aparılması  ona inam yaradır ki,  həmin medalçı  insanlarımız  millətin qızıl təbəqəsini təşkil etməkdədir.  Çox ümidvaram ki,  bu insanların hər birinin gələcəkdə  elmi karyerası elə qurulacaq ki,  həmin insanlar xalqın önündə olacaqlar. Bizim iqtisadi və siyasi  sferamızda  uğurlarını davam etdirəcəklər. Bu tədbirə görə onlara təşəkkür edirəm, uğurlarının davamını diləyirəm”.

 

Namidə BİNGÖL

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü