Şamaxı rayonunun Dəmirçi kəndindəki “Gəgəli yurdu” deyilən ərazidə qədim məzarlıq aşkar edilib.
Bu barədə Modern.az-a kənd sakinləri məlumat verib.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiya qrupu Modern.az-a bildirib ki, məzarlığın 3-4-cü əsrlərə aid olduğu ehtimal edilir.
Tapılan məzarların 2-sində gümüş cam da aşkar edilib. Bu qəbirlərdə basdırılan şəxslərin (sərkərdələr olduğu ehtimal edilir) başları həmin gümüş camların içinə qoyulub. Onun isə altına parçalar qoyulub.
Bütün bunlar isə sübut edir ki, bu məzarlıq Azərbaycanda islamdan öncəki tarixə aiddir.
Bildirilib ki, 65 santimetrlik qılınc da tapılıb. Bundan başqa ərazidə müxtəlif saxsı qablar, döyüş alətləri və sair aşkar edilib.
Günay RƏSULQIZI