26 may 2018, Şənbə
Ana Səhifə - QARABAĞ - Dilqəm və Şahbaz Şuşadan ayrı yaşaya biləcəkmi?..
Dilqəm və Şahbaz Şuşadan ayrı yaşaya biləcəkmi?..
02.06.2017, 11:16

Həmvətənlərimiz Dilqəm Əsgərov və Şahbaz Quliyevin ermənilər tərəfindən girov götürülməsinin 3 ili tamamlanmaq üzrədir. Onların geri qaytarılması ilə bağlı aparılan danışıqlar, beynəlxalq təşkilatlara edilən müraciətlər hələ də cavabsızdır. İşin ən acı və insana toxunan tərəfi isə Dilqəmlə Şahbazın öz vətənlərində girov olmasıdır...

Düz 3 il əvvəl, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. İşğal altındakı Dağlıq Qarabağda həmvətənlərimiz üzərində qurulan “məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Həmvətənlərimiz bu qərarla təkcə azadlıqdan yox, elə həyatdan da məhrum ediliblər...

 

Axı 1960-cı il təvəllüdlü, 57 yaşlı Dilqəm Əsgərovun erməni əsarətində baş qaldıran xəstəliklərinin ona nə qədər yaşamaq imkanı verəcəyi məchuldur.
1968-ci il təvəllüdlü, 49 yaşlı Şahbaz Quliyevin daha 19 il erməni zülmünə dözəcəyinə isə heç kim təminat vermir... Zaman hər şeyə çarədir deyirlər. Amma zaman keçdikcə, Dilqəm və Şahbaz sanki bizdən daha da uzaqlaşır...

Beynəlxalq Qırmızı Xaç Komitəsinin hər ay açıqladığı “Giovlara növbəti başçəkmə baş tutub. Onlara ailələrindən məlumatlar çatdırılıb. Ailələrinə çatdırılması üçün də məlumatlar götürülüb” məlumatlarına da doymuşuq! Zaman pafoslu açıqlamaları da kəsərdən salıb...

Bəlkə də onları bizdən uzaqlaşdıran zaman Dilqəm və Şahbazı 3ilin girovuna yox, tarixin Vətəndə yaşayan qəhrəmanına çevirir! Axı 25 ildir əsarətdə olan torpaqlara həsrətli, niskilli dəfn etdiyimiz yüzlərlə qarabağlının nail ola bilmədiyinə onlar nail olur. Zindanda, əsarətdə, zülm altında olsalar da, Şuşanın havasını udurlar. Amma zaman keçdikcə, onların Şuşadan ayrı yaşamağına da ümidlər azalır.

 

Elə girovların ailələri də onların geri qaytarılacağına ümid bağlamır artıq...

Ş.Quliyevin qardaşı İlham Quliyev Modern.az-a ondan sonuncu dəfə 15-20 gün əvvəl məlumat aldığını deyir:

“Məktub yazmışdı. Guya o, məktubda nə yazır ki, “Salam, yaxşıyam. Hamıya salam deyin. Sağ olun”. Nə səhhəti, nə saxlanma şəraitilə bağlı heç nə qeyd etmir. Bundan artığını yazmır, ya da yazmağa icazə vermirlər. Bir sözlə, yenilik yoxdur.  O vaxtdan sonra isə heç bir məlumat almamışıq”.

İ.Quliyev girovların unudulduğundan gileylənir:

“Məndə olan məlumata görə, Dilqəm və Şahbaz Şuşa türməsində ayrı-ayrı kameralarda saxlanılırlar. Mən belə başa düşürəm ki, onları yada salan yoxdur, tam unudulublar. Yenə az-çox mətbuat nəsə yazır. Onları da eşidən yoxdur”.

 

Dilqəm Əsəgərovun oğlu Kürdoğlu Əsgərov da Modern.az-a atası ilə bağlı hər hansı yeni informasiya ala bilmədiyini bildirir:

“Qırmızı Xaç Komitəsinə də müraciət etdik. Atam xəstə olduğunu, gün ərzində ermənilərin çox sayda iynə vurduğunu yazmışdı. Komitə də anacaq deyir ki, mandata uyğun baş çəkir. Əlimizdən gələn heç nə yoxdur, səsimiz heç yerə çatmır”.

 

Gülşən RAUFQIZI


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Şimali və Cənubi Koreya liderləri yenidən GÖRÜŞDÜ
26.05.2018, 15:41

Şimali və Cənubi Koreya liderləri yenidən GÖRÜŞDÜ

Kral ailəsi 70 ildən sonra ilk dəfə...
26.05.2018, 15:20

Kral ailəsi 70 ildən sonra ilk dəfə...

Cənubi Koreya azərbaycanlıları “AXC 100”lə bağlı geyim şousu keçirdi
26.05.2018, 15:12

Cənubi Koreya azərbaycanlıları “AXC 100”lə bağlı geyim şousu keçirdi

Gürcüstanda meyiti tapılan tələbə  intihar edibmiş - TƏFƏRRÜAT
26.05.2018, 14:51

Gürcüstanda meyiti tapılan tələbə  intihar edibmiş - TƏFƏRRÜAT

Sabah Bakıya yağış yağacaq
26.05.2018, 14:40

Sabah Bakıya yağış yağacaq

Bu ölkədə ordu çevrilişə cəhd etdi: 28 ölü
26.05.2018, 14:34

Bu ölkədə ordu çevrilişə cəhd etdi: 28 ölü

Rəsulzadə və Şəfi bəy Rüstəmbəylinin düşmənçiliyi  - TARİX
26.05.2018, 14:22

Rəsulzadə və Şəfi bəy Rüstəmbəylinin düşmənçiliyi  - TARİX

Çempionlar Liqasının qalibi bu gün müəyyən olunacaq
26.05.2018, 13:54

Çempionlar Liqasının qalibi bu gün müəyyən olunacaq

Ötən gün ölkədə 107 cinayət törədilib
26.05.2018, 13:38

Ötən gün ölkədə 107 cinayət törədilib

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşları artırılacaq
26.05.2018, 13:31

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşları artırılacaq

Sosial şəbəkələrdə qadınları şantaj edən şəxs saxlanıldı
26.05.2018, 13:21

Sosial şəbəkələrdə qadınları şantaj edən şəxs saxlanıldı

Marseldə atışma: 2 ölü
26.05.2018, 13:14

Marseldə atışma: 2 ölü

Ərdoğan seçki mitinqlərinə strart verdi
26.05.2018, 13:03

Ərdoğan seçki mitinqlərinə strart verdi

“Qaçqınkom”da YENİLİK: Bu şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq...
26.05.2018, 12:49

“Qaçqınkom”da YENİLİK: Bu şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq...

Qərbi Kaspi Universitetində robotlar yarışıb
26.05.2018, 12:37

Qərbi Kaspi Universitetində robotlar yarışıb

Müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilir
26.05.2018, 12:32

Müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilir

Bakıda gecə klubunun qarşısında kütləvi dava olub
26.05.2018, 12:16

Bakıda gecə klubunun qarşısında kütləvi dava olub

Türkiyə-Rusiya yaxınlaşması güclənəcək - SƏBƏB
26.05.2018, 12:08

Türkiyə-Rusiya yaxınlaşması güclənəcək - SƏBƏB

Astarada polisi silahla hədələyən şəxs tutuldu
26.05.2018, 11:59

Astarada polisi silahla hədələyən şəxs tutuldu

Amerikalılardan etiraf: Yaxın Şərqdə Rusiya, İran  və Çinə təslim olduq
26.05.2018, 11:49

Amerikalılardan etiraf: Yaxın Şərqdə Rusiya, İran  və Çinə təslim olduq

İlan sancmalarının STATİSTİKASI: 138 min ölü, 400 min əlil
26.05.2018, 11:40

İlan sancmalarının STATİSTİKASI: 138 min ölü, 400 min əlil

Neft ucuzlaşıb
26.05.2018, 11:28

Neft ucuzlaşıb

Dondurma alarkən bunlara mütləq DİQQƏT EDİN   
26.05.2018, 11:11

Dondurma alarkən bunlara mütləq DİQQƏT EDİN  

Aya insan göndərilir – 46 il sonra
26.05.2018, 11:04

Aya insan göndərilir – 46 il sonra

Bakıda 2 küçədə hərəkət məhdudlaşdırılır
26.05.2018, 11:00

Bakıda 2 küçədə hərəkət məhdudlaşdırılır

Şopinq Festivalı – ailəvi alış-verişin və əyləncənin ünvanı
26.05.2018, 10:47

Şopinq Festivalı – ailəvi alış-verişin və əyləncənin ünvanı

Gəncədə Xalq Cümhuriyyətinin 100 illiyi geniş qeyd olunur
26.05.2018, 10:41

Gəncədə Xalq Cümhuriyyətinin 100 illiyi geniş qeyd olunur

Gənclik calağı   
26.05.2018, 10:37

Gənclik calağı   

Bu şəhərdə 2 gündə 62 nəfər öldürülüb
26.05.2018, 10:29

Bu şəhərdə 2 gündə 62 nəfər öldürülüb

Baş Prokurorluq işə qəbulla bağlı müsabiqənin vaxtını açıqladı
26.05.2018, 10:23

Baş Prokurorluq işə qəbulla bağlı müsabiqənin vaxtını açıqladı

Azərbaycanın “İnterpol”a verdiyi Burak Bilgili İstanbulda şirkət açıb
26.05.2018, 10:09

Azərbaycanın “İnterpol”a verdiyi Burak Bilgili İstanbulda şirkət açıb

Putin söz verdi
26.05.2018, 09:53

Putin söz verdi

Cəbhədə atışma – Pulemyotlar işə düşdü
26.05.2018, 09:43

Cəbhədə atışma – Pulemyotlar işə düşdü

Qusarda kanalda batan şəxsin axtarışına başlanılıdı
26.05.2018, 09:25

Qusarda kanalda batan şəxsin axtarışına başlanılıdı

Trampdan Şimali Koreyaya müsbət SİQNAL: “Sammit keçiriləcək”
26.05.2018, 09:21

Trampdan Şimali Koreyaya müsbət SİQNAL: “Sammit keçiriləcək”

ARXİV
SORĞU
Türkiyədə səsvermə hüqüqunuz olsaydı, hansı namizədə səs verərdiniz?
Muharrem İnce (21.7%)
Meral Akşener (12.8%)
Rəcəb Tayyip Ərdoğan (58.1%)
Selahattin Demirtaş (1.67%)
Temel Karamollaoğlu (0.55%)
Doğu Perinçek (5.02%)