Modern.az

Azərbaycanda işsizlik müavinəti 3 dəfə artacaq

Azərbaycanda işsizlik müavinəti 3 dəfə artacaq

İqtisadiyyat

2 İyun 2017, 11:36

“Hazırda Milli Məclisdə “İşsizlikdən sığorta haqqında” qanun layihəsi müzakirə olunur. Bu il məşğulluq məsələlərinə ümumilikdə cəmi 27 milyon manat vəsait ayrılıb. Bir də cənab Prezidentin ehtiya fondundan özünəməşğullqu üçün 6 milyon manat ayırıb”.

 

Modern.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov AŞPA-nın Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin Milli Məclisdə keçirilən iclasında deyib.

 

Nazir bildirib ki, bu il qanunun qəbul olunması nəzərdə tutulub. Onun sözlərinə görə, qanun bu il qəbul olunsa, 2018-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.  

 

“Növbəti ildə həmin məbləğ 90 milyon manat olacaq. Birdən birə 1 il ərzində həmin məbləğin 3 dəfən çox artması nəzərdə tutulub. Bu da özünəməşğulluq proqramlarının tətbiqinə imkan verəcək. İşsizlik müavinətinin 3 dəfə artırılmasına imkan verəcək”.

 

Mirmahmud KAZIMOĞLU 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü