Modern.az

Ərdoğan İlham Əliyevə başsağlığı verdi

Ərdoğan İlham Əliyevə başsağlığı verdi

Aktual

9 İyun 2017, 20:44

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə telefonla zəng edib. Modern.az xəbər verir ki, Türkiyə prezidenti Azərbaycanın energetika naziri Natiq Əliyevin vəfatı ilə bağlı prezident İlham Əliyevə və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib. Prezident İlham Əliyev başsağlığına görə minnətdarlığını bildirib.

Dövlət başçıları Natiq Əliyevin Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında mühüm rol oynadığını qeyd edib, onun Azərbaycanın enerji siyasətinin icrasında, habelə Bakı-Tbilisi-Ceyhan, TANAP layihələrinin həyata keçirilməsində xidmətlərini yüksək qiymətləndiriblər.

Telefon söhbəti zamanı Türkiyə-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri müzakirə olunub, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü