Modern.az

PKK terrorçuları polis bölməsinə hücum etdi: 9 yaralı

PKK terrorçuları polis bölməsinə hücum etdi: 9 yaralı

11 İyun 2017, 20:02

Türkiyədə PKK terrorçuları polis bölməsinə hücum edib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Hakkari vilayətində qeydə alınıb. Terrorçuların hücumu nəticəsində 3 polis əməkdaşı və 6 hərbçi yaralanıb.

Məlumata görə, PKK terrorçuları hücum zamanı iri çaplı silahlardan istifadə ediblər.

Qeyd edək ki, hazırda vilayətdə terrorçuların aşkarlanaraq zərərsizləşdirilməsi üçün əməliyyat aparılır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü