Modern.az

İki gündə 2,5 minə yaxın miqrant xilas edilib

İki gündə 2,5 minə yaxın miqrant xilas edilib

Dünya

11 İyun 2017, 22:01

Son iki gündə Liviya sahillərində 2,5 minə yaxın miqrant xilas edilib. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu BMT-nin qaçqınlar üzrə Ali Komissarının İdarəsində bildiriblər.

Məlumata görə, bu müddətdə  azı 52 miqrant itkin düşmüş sayılır. Onların axtarışı ilə hazırda İtaliya Sahil Mühafizəsi Xidmətinin əməkdaşları məşqul olur.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, bu il Avropaya dəniz yolu ilə 54 min qaçqın keçib. 1,3 min qaçqın dəniz yolu ilə keçməyə cəhd göstərərkən həlak olub və ya itkin düşüb.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü