24 yanvar 2018, Çərşənbə axşamı
Ana Səhifə - PARLAMENT - Parlament səviyyəsində Qarabağ problemi dünya ictimaiyyətinə necə çatdırılır - MÜSAHİBƏ
Parlament səviyyəsində Qarabağ problemi dünya ictimaiyyətinə necə çatdırılır - MÜSAHİBƏ
13.06.2017, 09:59

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva Modern.az saytının suallarını cavablandırıb.

Deputat beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın nümayiş etdirdiyi mövqedən danışıb.

 

- Sevinc xanım, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvüsünüz. Sizə elə gəlmir ki, hazırda Qarabağ münaqişəsi beynəlxalq təşkilatların diqqətindən kənardadır?

 

- Ümumiyyətlə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ölkəmiz üçün əsas problem olaraq qalır. Ermənistan tərəfindən torpaqlarımızın 20 faizi işğal olunub və bunun nəticəsində 1 milyondan artıq vətəndaşımız öz doğma yurdlarından qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Ona görə də, Azərbaycan dövlətinin siyasətinin əsasında ölkəmizin ərazi bütövlüyünün təmin olunması dayanır. Prezident İlham Əliyevin siyasətinin mahiyyətində də məhz bu faktor dayanır. Azərbaycan dövləti həyata keçirdiyi xarici siyasətdə torpaqlarımızın işğaldan azad olunması, münaqişənin həlli istiqamətində fəal siyasət həyata keçirir. Həm beynəlxalq təşkilatlar çərçivəsindəki fəaliyyətdə, həm də ayrı-ayrı dövlətlərlə ikitərəfli münasibətlər konteksində Azərbaycan Ermənistanın işğalçılıq siyasətinə son qoyulması yönündə mühüm diplomatik addımlar atır. Məsələyə dünya təşkilatlarının münasibətinə gəlincə, reallıqlar göz önündədir.

 

- Qarabağ münaqişəsinin həll variantına dair bir sıra qərarlar qəbul olunsa da, nəticədə konflikt həll edilməmiş qalır. Həll variantının sürətləndirilməsi üçün hansı addımlar atılmalıdır?

 

- Beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi haqqında qərarlar qəbul etdiyini vurğuladınız. Onu da deyim ki, həmin qərarlarda Azərbaycanın ərazi bütövlüyü tanınır, münaqişənin sülh yolu ilə həllinin zəruriliyi vurğulanır. Amma təəssüflər olsun ki, həmin qərarlar icra olunmur. İşğalçı Ermənistan öz adı ilə, yəni işğalçı kimi tanınmır və tərəflər barışığa çağırılır. Azərbaycan dövləti isə bu məsələdə öz prinsipial mövqeyini dəfələrlə bəyan edib ki, torpaqlarımızın işğalı ilə heç zaman barışmayacağıq. Azərbaycan problemin sülh yolu ilə, ədalətli həllinin tərəfdarıdır. Bu problemin həlli üçün dünya dövlətləri, beynəlxalq təşkilatlar fəal olmalıdırlar. İşğalçı Ermənistana qarşı beynəlxalq hüquq çərçivəsində addımlar atmalıdırlar.

 

- Deyəsən bizim həddən çox ümid bəslədiyimiz NATO, AŞPA  və digər beynəlxalq təşkilatlar Qarabağın taleyi barədə o qədər də maraqlı görünmürlər. Sizcə, onlardan konkret hansı addımları gözləmək olar?

 

- Mövcud beynəlxalq təşkilatlar münaqişələrin həllində fəal iştirak edə bilərlər. Amma təəssüflər olsun ki, ayrı-ayrı münaqişələrə fərqli münasibətlər göstərilir. Elə məsələ var ki, BMT Təhlükəsizlik Şurası qətnamə qəbul edən kimi dərhal icra olunmağa başlayır. Amma Dağlıq Qarabağ münaqişəsi haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə hələ də kağız üzərində qalıb. Bu fakt da dünyada ikili standartların göstəricisidir.

Azərbaycan dövlətinin mövqeyi də bundan ibarətdir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmalı, münaqişə beynəlxalq hüquq normaları çərçivəsində həll edilməlidir. Digər beynəlxalq təşkilatlar- NATO, AŞPA və başqaları Dağlıq Qarabağ problemi haqqında sənədlər qəbul ediblər. Həmin sənədlərdə Azərbaycanın ərazi bütövlüyü tanınır, münaqişənin sülh yolu ilə həllinin zəruriliyi vurğulanır, amma bununla belə işğalçı Ermənistana qarşı hər hansı tədbir görülmür, sanksiyalar tətbiq olunmur. İslam Əməkdaşlıq Təşkilatı və onun Parlament İttifaqı Ermənistanın işğalçılıq siyasətini kəskin pisləyən sənədlər qəbul edib.

 

- Təəssüf ki, ATƏT-in Minsk qrupu 1994-cü ildən bəri münaqişənin həllini kağız üzərindən “reallaşdırmaqla” məşğuldur. Ermənistan isə bu məsələdə mövcud status-kvonu qoruyub saxlamaqla bir növ vaxt qazanır. ATƏT-in Minsk qrupunun  bu məsələdə konkret mövqeyi barədə nə deyə bilərsiz?

 

- Doğrudur, NATO, Avropa İttifaqı və bir sıra təşkilatlar öz qərarlarında, bəyanatlarında münaqişənin həlli ilə ATƏT-in Minsk qrupunun məşğul olduğunu və Minsk qrupunun səylərini dəstəklədiklərini qeyd edirlər. Amma dediyiniz kimi, Minsk qrupunun fəaliyyəti isə göz önündədir. Minsk qrupunun həmsədrləri indiyə qədər münaqişənin həlli ilə əlaqədar müəyyən təkliflər təqdim ediblər. Hazırki danışıqlar isə Yenilənmiş Madrid Prinsipləri əsasında aparılır. Təəssüf ki, Ermənistan müxtəlif bəhanələrlə münaqişənin sülh yolu ilə həllini uzadır. Həmsədrlərin bəyanatları isə həmişə balanslaşdırılmış olur.

Yəni işğalçı tərəfə qarşı beynəlxalq hüquq çərçivəsində addımlar atılmır. Hətta bəzən biz onların bəyanatlarında Ermənistanın maraqlarına uyğun olan nüansları görürük ki, bu da haqlı olaraq Azərbaycan cəmiyyəti tərəfindən etirazla qarşılanır.

Həmsədrlər daha çox atəşkəsin pozulmaması və qarşılıqlı etimad mühitinin yaradılmasından danışırlar. Amma Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, 1 milyondan çox insanın öz doğma torpaqlarına qayıtmasının təmin edilməsi haqda fikirlərinə demək olar ki, rast gəlmirik. Yaxud, çox nadir hallarda bu haqda fikir bildirirlər. Münaqişənin həlli ilə bağlı proseslərin real mənzərəsi bundan ibarətdir. Hazırda həmsədrlər regionda səfərdədirlər. Əgər həmsədrlər həqiqətən də münaqişənin ədalətli həllini istəyirlərsə, beynəlxalq hüquq çərçivəsində addımlar atmalıdırlar. Əks halda Ermənistan xoşluqla işğalçılıq siyasətinə son qoymayacaq.

 

Namidə BİNGÖL


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Əlilliyi müəyyən etmək tələbləri - Yeni qanun layihəsinin detalları bilindi   
24.01.2018, 13:42

Əlilliyi müəyyən etmək tələbləri - Yeni qanun layihəsinin detalları bilindi  

Siciliyada 40 mafioz həbs olundu
24.01.2018, 13:42

Siciliyada 40 mafioz həbs olundu

Pəhləvanlar
24.01.2018, 13:37

Pəhləvanlar

“ABŞ Putini devirmək istəyir” - Davosda qalmaqallı ÇIXIŞ
24.01.2018, 13:33

“ABŞ Putini devirmək istəyir” - Davosda qalmaqallı ÇIXIŞ

Bakıda dövlət qurumu I qrup əlildən “ŞİRİNLİK” İSTƏYİR
24.01.2018, 13:17

Bakıda dövlət qurumu I qrup əlildən “ŞİRİNLİK” İSTƏYİR

Səbaildə torpaq sürüşməsilə bağlı Xüsusı Qərargah yaradıldı
24.01.2018, 13:10

Səbaildə torpaq sürüşməsilə bağlı Xüsusı Qərargah yaradıldı

Tillerson: “Suriyadakı ölümlərə görə Rusiya məsuliyyət daşıyır”
24.01.2018, 13:08

Tillerson: “Suriyadakı ölümlərə görə Rusiya məsuliyyət daşıyır”

Azərbaycanda it-pişik saxlayanların qeydiyyatı aparılmır - Qorxulu xəstəliklər ...
24.01.2018, 13:03

Azərbaycanda it-pişik saxlayanların qeydiyyatı aparılmır - Qorxulu xəstəliklər ...

İlham Əliyev Avropa Komissiyasının vitse-prezidenti ilə TANAP və TAP kəmərlərini müzakirə etdi
24.01.2018, 12:50

İlham Əliyev Avropa Komissiyasının vitse-prezidenti ilə TANAP və TAP kəmərlərini müzakirə etdi

Bəzi məktəblərdə müəllim çatışmazlığı problemi qalır…
24.01.2018, 12:45

Bəzi məktəblərdə müəllim çatışmazlığı problemi qalır…

Rusiya ABŞ-ı Suriya ilə bağlı Konqresə dəvət etdi
24.01.2018, 12:44

Rusiya ABŞ-ı Suriya ilə bağlı Konqresə dəvət etdi

Elektron xidmətlərindən ən çox istifadə olunan qurumlar - SİYAHI
24.01.2018, 12:42

Elektron xidmətlərindən ən çox istifadə olunan qurumlar - SİYAHI

Daha bir ağır atletimizdə dopinq aşkarlanıb
24.01.2018, 12:41

Daha bir ağır atletimizdə dopinq aşkarlanıb

2017-ci il ərzində 3424 uşaq zorakılıqla üzləşib
24.01.2018, 12:34

2017-ci il ərzində 3424 uşaq zorakılıqla üzləşib

Sabahın hava PROQNOZU - Qar, külək...
24.01.2018, 12:28

Sabahın hava PROQNOZU - Qar, külək...

Allahşükür Paşazadə ABŞ səfiri ilə görüşdü: Qarabağ müzakirə olundu
24.01.2018, 12:24

Allahşükür Paşazadə ABŞ səfiri ilə görüşdü: Qarabağ müzakirə olundu

Xəstə atları kəsib satanlar tutuldu - FOTOLAR
24.01.2018, 12:16

Xəstə atları kəsib satanlar tutuldu - FOTOLAR

Məktəblərdə summativ qiymətləndirmələr ləğv olunur - Təhsil Nazirliyində müzakirələr başlayıb
24.01.2018, 12:10

Məktəblərdə summativ qiymətləndirmələr ləğv olunur - Təhsil Nazirliyində müzakirələr başlayıb

Daha bir əcnəbi jurnalist Dağlıq Qarabağa səfər etdi
24.01.2018, 12:09

Daha bir əcnəbi jurnalist Dağlıq Qarabağa səfər etdi

Paytaxtda taksi sürücülərini soyanlar saxlanıldı - FOTOLAR
24.01.2018, 12:05

Paytaxtda taksi sürücülərini soyanlar saxlanıldı - FOTOLAR

“Space”də kəskin peşəkarlıq çatışmazlığı sindromu   
24.01.2018, 12:02

“Space”də kəskin peşəkarlıq çatışmazlığı sindromu  

Bakı məktəblərinə işə qəbul imtahanı başlayır
24.01.2018, 12:01

Bakı məktəblərinə işə qəbul imtahanı başlayır

Tehranda Azərbaycana dair iki qətnamə qəbul edildi
24.01.2018, 11:57

Tehranda Azərbaycana dair iki qətnamə qəbul edildi

Gəncədə kütləvi dava-dalaş: 3 nəfər bıçaqlandı, 5 nəfər tutuldu
24.01.2018, 11:37

Gəncədə kütləvi dava-dalaş: 3 nəfər bıçaqlandı, 5 nəfər tutuldu

Türkiyə ABŞ-ı kürdlərə gizli dəstək verməkdə İTTİHAM ETDİ
24.01.2018, 11:33

Türkiyə ABŞ-ı kürdlərə gizli dəstək verməkdə İTTİHAM ETDİ

Ramil Usubovdan yol polislərinə XƏBƏRDARLIQ: “..ciddi ölçülər götürüləcək”   
24.01.2018, 11:29

Ramil Usubovdan yol polislərinə XƏBƏRDARLIQ: “..ciddi ölçülər götürüləcək”  

11 min nəfərin sürücülük hüququ məhdudlaşdırılıb
24.01.2018, 11:25

11 min nəfərin sürücülük hüququ məhdudlaşdırılıb

Argentina prezidenti Messi ilə Maradona arasında seçim etdi
24.01.2018, 11:25

Argentina prezidenti Messi ilə Maradona arasında seçim etdi

Avropa Azərbaycanlıları Konqresinin qurultayı keçiriləcək
24.01.2018, 11:19

Avropa Azərbaycanlıları Konqresinin qurultayı keçiriləcək

Mərhum jurnalist Nicat Məlikovun iş yoldaşı: “Nəsə ürəyimə dammışdı...”   
24.01.2018, 11:18

Mərhum jurnalist Nicat Məlikovun iş yoldaşı: “Nəsə ürəyimə dammışdı...”  

Azərbaycanlı jurnalisti Rusiyada maşın vurub öldürdü
24.01.2018, 11:07

Azərbaycanlı jurnalisti Rusiyada maşın vurub öldürdü

İlham Əliyev Davosda yeni görüşlər keçirdi
24.01.2018, 11:06

İlham Əliyev Davosda yeni görüşlər keçirdi

Cəfər Cabbarlının yaradıcılığında ERMƏNİ MƏSƏLƏSİ
24.01.2018, 10:58

Cəfər Cabbarlının yaradıcılığında ERMƏNİ MƏSƏLƏSİ

Ali Baş Komandan tapşırıq verdi - Fuad Ələsgərov ön cəbhəyə getdi - FOTOLAR
24.01.2018, 10:52

Ali Baş Komandan tapşırıq verdi - Fuad Ələsgərov ön cəbhəyə getdi - FOTOLAR

4 xarici şirkət Azərbaycandan gedir
24.01.2018, 10:51

4 xarici şirkət Azərbaycandan gedir

ARXİV
SORĞU
Hansı şirkətlər sosial layihələrə dəstək verir, xeyriyyəçilik edir?
BP Azərbaycan(43.8%)
SOCAR(12.2%)
Azersun Holding(12.2%)
Azercell(3.50%)
Bakcell(7.01%)
Nar mobile(1.75%)
Gilan Holdinq(3.50%)
Nurgun Group(1.75%)
Paşa Holding(3.50%)
Akkord(10.5%)