Modern.az

"ABŞ-ın qərarına qarşı siyasi və hüquqi vasitələrlə mübarizə aparılacaq" - Ərdoğan

"ABŞ-ın qərarına qarşı siyasi və hüquqi vasitələrlə mübarizə aparılacaq" - Ərdoğan

Dünya

16 İyun 2017, 00:56

“Mən ABŞ-da olarkən PKK və FETO üzvləri mən olduğum yerin 40-50 metrliyində aksiya keçirdilər. ABŞ polisi buna qarşı heç bir tədbir görmədi. Təsəvvür edirsinizmi, analoji hadisə Türkiyədə baş versəydi, nələr olardı?". Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ polisinin mühafizəçilərinin həbsinə dair order verməsinə münasibət bildirərkən vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan rəsmi Ankaranın bununla siyasi və hüquqi vasitələrlə mübarizə aparacağını bildirib: "Dünən iki soydaşımızı həbs ediblər, 12 mühafizəçim barəsində həbs qərarı veriblər. Bu nə qanundur? Mühafizəçilərim məni qorumayacaqsa, onları nə üçün Amerikaya aparmalıyam?".

Qeyd edək ki, ABŞ polisi Vaşinqtonda etirazçılarla qarşıdurmada iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın mühafizəçilərinin həbsinə dair order verib. Barələrində axtarış elan edilən şəxslər arasında Ərdoğanın 9 mühafizəçisi, türk polisinin 3 zabiti və iki Kanada vətəndaşının adı var. Vaşinqton polis idarəsinin rəisi Piter Nyuzem barələrində axtarış edilən şəxslərin ABŞ-a gələrək qanun qarşısında cavab verməyə çağırıb.

Dövlət Departamenti bununla bağlı Türkiyəyə etirazını bildirib. Ankara ittihamları rədd edərək hadisənin ABŞ hakimiyyətinin lazımi təhlükəsizlik tədbirləri görmədiyindən baş verdiyini iddia edib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü