Modern.az

“İlham Əliyevlə Serj Sarkisyan yeni görüşə hazırdır”

“İlham Əliyevlə Serj Sarkisyan yeni görüşə hazırdır”

Qarabağ

19 İyun 2017, 16:02

ATƏT-in Minsk qrupunun həmsədrləri təmas xəttində atəşkəsin pozulması hallarından narahatdır.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Minsk qrupunun rusiyalı həmsədri Aleksey Popov deyib.

“İlham Əliyev və Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsdində maraqlıdır. Bu danışıqların bərpa olunmasının zəruriliyi barədə həm Yerevanda, həm də Bakıdakı görüşlərdə dəfələrlə danışmışıq”.

 

Popov təmas xəttində gərginlikdən qaçmaq üçün bütün səylərdən istifadə olunmasının vacibliyi qeyd edib.

 

Vüqar İSMAYILOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var