25 iyul 2017, Çərşənbə
Ana Səhifə - TƏHSİL - “Azərbaycan tarixi” qalmaqal yaratdı: “Nağıl yazıblar, onlara dərs keçərəm”  
“Azərbaycan tarixi” qalmaqal yaratdı: “Nağıl yazıblar, onlara dərs keçərəm”  
19.06.2017, 17:20

Tarixçi-alim Leyla Hüseynova “10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır”  ittihamı ilə çıxış edib.

 

O bildirib ki, 10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsində çoxlu sayda plagiat, elmi qüsurlar və uyğunsuzluqlar aşkar edilib.

 

Onun sözlərinə görə təqdim olunan dərslik mətninin bir hissəsi eynilə 2012-ci ildə çap olunmuş 6-cı sinif “Azərbaycan tarixi” dərsliyində də verilib. Yəni layihənin müəllifləri heç bir düzəliş etmədən mətni olduğu kimi köçürüblər və bu, müəllif hüquqlarının pozulmasıdır.

 

Digər tarixçi-alim Qabil Əliyev də  10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsinin xeyli hissəsinin plagiat olduğunu qeyd edib.

Layihədə həmçinin çoxlu sayda yanlış, qeyri-dəqiq məlumatlar və digər kobud nöqsanlar olduğunu bildirib.

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsinin (Bakı, Şərq-Qərb, 2017) xeyli hissəsi plagiatdır. Layihədə həmçinin çoxlu sayda yanlış, qeyri-dəqiq məlumatlar və digər kobud nöqsanlar var. Bu faktlar haqqında elmi və pedaqoji ictimaiyyətə məlumat verməyi özümə borc bilirəm.

 

Dərslik layihəsinin 9-cu səhifəsində ölkəmizdə ilk insanların yaşaması haqqında köhnə məlumat verilmiş, Azıx mağarasından bəhs olunub. Məlumat üçün bildirək ki, XX əsrin 90-cı illərində Borçalıda 1,8 - 2 milyon il öncəyə aid insan qalıqları və əmək alətləri aşkar edilib. Dərslikdə bu faktların qeyd olunması vacib idi.

 

8 və 14-cü səhifələrdə Azərbaycanda ilkin dövlət qurumlarının yaranmasının İkiçayarasında gedən proseslərlə bağlı olması iddia edilir. Doğru deyildir, Azərbaycanda ilkin dövlət qurumlarının yaranması Urmiyaətrafı ərazimizdə baş verən sosial-iqtisadi inkişafın məntiqi nəticəsi idi.

11-ci səhifədə Neolit inqilabından bəhs edilmiş, lakin məzmunu açıqlanmayıb. Bu dövr insanlarının nə əkdikləri, hansı heyvanları əhilləşdirdikləri haqqında heç bir məlumat verilməyib.

14-17-ci səhifələrdə erkən dövlət qurumlarından bəhs edilmiş, lakin onları yaradan tayfaların etnik mənşəyi haqqında heç bir məlumat verilməyib.

 

28-ci səhifədə Makedoniyalı İsgəndərin e.ə. 327-ci ildə Hindistana yürüş etməsi qeyd edilib – doğru deyildir. Yenə həmin səhifədə: “İsgəndərin imperiyasının dağılması nəticəsində bir neçə dövlət yarandı. Onların arasında əsası yerli əhalinin nümayəndəsi tərəfin­dən qoyulan yeganə dövlət Atropatın adını daşıyan Atropatena dövləti oldu” – yazılması doğru deyil. Həmin vaxt Azərbaycanın şimalında Albaniya, Gürcüstanda İberiya və Kolxida dövlətləri də yerli sülalələr tərəfindən yaradılmışdı.

46-cı səhifədə Bizans imperatorunun Cavanşirə məktubu təhrif edilmiş şəkildə verilib. Məktubun mətni mənbədə aşağıdakı kimidir: “Sənə, hökmdar Cavanşirə, Girdıman sahibinə və Albaniya knyazına ... və Şərqin hökmdarına - Xilaskar Xaçın ilahi qüvvəsindən mərhəmət və bərəkət, bizim imperator şəxsimizdən isə salam və məhəbbətimiz. ...biz və bizim oğullarımız əbədi olaraq sizə, sənə və sənin nəsildən-nəslə gələn oğullarına sevgi, səmimiyyət və sarsılmaz məhəbbətlə münasibət bəsləyəcəyik” (Bax: Moisey Kalankatuklu. Albaniya tarixi. Bakı, 1993, s. 126).

 

10-cu paraqrafın “Azərbaycanın Ərəb xilafətinin tərkibinə daxil olması” adlanması tarixi gerçəkliyi əks etdirmir. Ərəb xilafəti Azərbaycanı silah gücünə işğal edib. Paraqrafın məzmunu da bunu aydın göstərir.

 

Dərslik layihəsinin 60-65 və 69-cu səhifələrində verilmiş mətn 2001-ci ildə çap olunmuş 7-ci sinif üçün “Azərbaycan tarixi” dərsliyinin (elmi redaktor: akademik Yaqub Mahmudov) 111-122, 125-127, 146, 148 və 152-ci səhifələrindən köçürülmüş və bəzi ixtisarlarla verilib. Həm də ixtisarlar məzmuna xələl gətirib. Məsələn, dərslik layihəsinin 62-ci səhifəsində “Bərdə faciəsi” yarımbaşlığı verilərkən, rusların (slavyanların) kimliyi, haradan gəlmələri, əvvəlki və sonrakı quldur basqınları haqqında məlumatlar ixtisar edilib.

 

Azərbaycan xalqının formalaşması haqqında 74-75-ci səhifələrdə ziddiyyətli və yarımçıq məlumat verilib. Mətndən aydın olmur ki, xalq nə zaman formalaşmağa başlamış və nə zaman bu proses başa çatıb”-deyə Q.Əliyev qeyd edib.

 

Bütün bu ittihamlara 10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsinin  həmmüəlliflərindən olan Kamran Əsədov cavab verib.

O, Modern.az-a açıqlamasında irəli sürülən  iddiaların əsassız olduğunu deyib:

 

“İlk növbədə təəssüflər olsun ki, adını tarixçi qoymuş şəxslərin  plagiat və müəlliflik hüququ haqqında qanunvericilikdən xəbərləri yoxdur. Digər tərəfdən onlar qeyd edir ki, həmin dərsliyin müəyyən hissələri 6-cı sinif “Azərbaycan tarixi” kitabından köçürülüb və təhrif olunub.

 

Həmin şəxslərdən heç biri kitabda müəlliflik hüququna malik deyillər. Mənim müəllifi olduğum  10-cu sinif “Azərbaycan tarixi” dərsliyindəki bütün mövzular  Elmlər Akademiyasının Tarix institutu tərəfindən təsdiq olunub.

 

Ölkə başçımızın da redaktoru olduğu ensiklopediya və yeddi cildlik “Azərbaycan tarixi” dərsliyi əsasında formalaşıb. Yəni yazdığım kitabın bütün mövzuları AMEA tərəfindən təsdiq olunmuş dərsliklərdən götürülüb.

 

Həmin o  iki şəxsin kitabları isə tarix kitabından çox, nağıl və ya gülməli lətifələr kitabına oxşayır. Onlar bacarırlarsa, dərslikdə elmi səhvləri ortaya qoysunlar.

 

Tutaq ki, hansısa bir dövlətin yaranması ilə bağlı mən də bu kitabda məlumat vermişəm, onlar da öz kitablarında bundan əvvəl qeyd edib. Bu o demək deyil ki, onların yazdığı doğrudur. Faktlar plagiat olmur. Yaxud hansısa dövlətin siyasi, iqtisadi  məsələləri ilə bağlı faktları plagiat adlandırmaq tarixçidən çox müğənniyə, şou adamına xas olan xüsusiyyətdir. Abituriyentlərə dərs keçdiyim kimi onlara da dərs keçib başa sala bilərəm ki, burada plagiatlıqdan söhbət gedə bilməz. Eyni faktlar tarixşünaslıqda qəbul və təsdiq olunub”.

 

Kamran Əsədov sözü keçən dərsliyin tədqiq olunmuş arxiv məlumatlar əsasında formalaşdığını bildirib:

 

“Bu orta məktəb dərsliyi fundamental elmi əsər deyil. Şagirdlərə tarixin bu və ya digər dövrlərini öyrətmək üçün ən uyğun mətnlərin seçilməsidir. Maraqlı tərəf budur ki, həmin müəlliflər mənimlə birlikdə Təhsil Nazirliyinin tenderində iştirak ediblər. Yəni mənim də, onların da müəllifi olduğu kitab tenderə daxil olmuşdu. Əgər tarixi çox bilirlərsə, savadlıdırlarsa, onların dərslikləri tenderdən keçərdi, mənimki yox... İndi məğlub olublar danışmağa başlayırlar?! Gedib müəllifi olduqları kitabların bərbad vəziyyətdə olduğuna baxsınlar. Kitabım Təhsil Nazirliyinin təsdiq etdiyi ekspert şuraları tərəfindən yüksək qiymətləndirilib və qalib gələn dərslikdir. Həmçinin həmin ekspert qurupunun tərkibi dəyişməyib. Necə oldu  həmin ekspertlər onların dərsliyini keçirəndə yaxşı, savadlı idi, indi onların dərsliyi keçməyib deyə pis oldu?

Qaliblər mühakimə olunmur. Onlar tarixi yaratmayıb, həmin şəxslər də kitab hazırlayarkən hansısa mənbələrdən köçürüblər. Müəllifi olduğum dərslik mənbələr əsasında yazılıb və onların rəylərinə də əsaslandırılmış cavablar verilib. Boş-boş danışmaqdan, orta məktəb, əlifba kitabı oxumaqdansa, elmi akademik nəşr oxusunlar.

Üst-üstə düşən materialların da müəllifi onlar deyillər.  Həmin məlumatlar tədqiq olunmuş arxiv məlumatlardır və hər kəs ondan istifadə edə bilər. Mən dərsliyin sonunda istifadə etdiyim mənbələri göstərmişəm. Əgər mənbə göstərilibsə, o məlumat heç bir halda plagiat ola bilməz”.

 

Günay RƏSULQIZI


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Antalyada partlayış: yaralılar var
25.07.2017, 00:56

Antalyada partlayış: yaralılar var

Ukraynada silahlı insident: 1 ölü, 5 yaralı
25.07.2017, 00:44

Ukraynada silahlı insident: 1 ölü, 5 yaralı

ABŞ Türkiyədən izahat gözləyir
25.07.2017, 00:29

ABŞ Türkiyədən izahat gözləyir

Makronla Merkel Ukraynanı dəstəklədi
25.07.2017, 00:12

Makronla Merkel Ukraynanı dəstəklədi

Oğuz sakini güllələndi
24.07.2017, 23:57

Oğuz sakini güllələndi

Axund işğaldakı məscidin açarlarını 24 ildir özündə saxlayır - VİDEO
24.07.2017, 23:37

Axund işğaldakı məscidin açarlarını 24 ildir özündə saxlayır - VİDEO

İsveçrədə insanlara avtomatik mişarla hücum çəkən şəxs axtarılır
24.07.2017, 23:18

İsveçrədə insanlara avtomatik mişarla hücum çəkən şəxs axtarılır

BMT Donbasa sülhməramlı göndərməyi planlaşdırmır
24.07.2017, 23:04

BMT Donbasa sülhməramlı göndərməyi planlaşdırmır

Mənzil alan jurnalistlərə TƏBRİKİM   
24.07.2017, 22:56

Mənzil alan jurnalistlərə TƏBRİKİM  

Azərbaycanda ən bahalı ixtisaslar  - Video
24.07.2017, 22:49

Azərbaycanda ən bahalı ixtisaslar  - Video

Azərbaycan nefti ucuzlaşdı
24.07.2017, 22:34

Azərbaycan nefti ucuzlaşdı

“Fatma, bizə qəhrəman adı verdilər” - SSRİ-nin qaz sənayesinə rəhbərlik etmiş azərbaycanlı nazir  
24.07.2017, 22:29

“Fatma, bizə qəhrəman adı verdilər” - SSRİ-nin qaz sənayesinə rəhbərlik etmiş azərbaycanlı nazir  

Xaçmazda azyaşlı piyadanı maşın vurdu
24.07.2017, 22:16

Xaçmazda azyaşlı piyadanı maşın vurdu

“Kişiliyinizi” jenşenə etibar edin - YALNIZ KİŞİLƏR ÜÇÜN
24.07.2017, 22:09

“Kişiliyinizi” jenşenə etibar edin - YALNIZ KİŞİLƏR ÜÇÜN

Rusiyada şaxtada partlayış: 2 nəfər itkin düşdü
24.07.2017, 21:51

Rusiyada şaxtada partlayış: 2 nəfər itkin düşdü

Reyd zamanı çətin anlar yaşandı - VİDEO
24.07.2017, 21:35

Reyd zamanı çətin anlar yaşandı - VİDEO

Yardımlıda yeni tarixi abidələr aşkarlanıb
24.07.2017, 21:21

Yardımlıda yeni tarixi abidələr aşkarlanıb

3 israillini qətlə yetirən fələstinlinin evi dağıdılacaq   
24.07.2017, 21:04

3 israillini qətlə yetirən fələstinlinin evi dağıdılacaq  

"Qarabağ torpaqlarının işğalı daim məsuliyyətimizi artırır" - Qurban Qurbanov
24.07.2017, 20:50

"Qarabağ torpaqlarının işğalı daim məsuliyyətimizi artırır" - Qurban Qurbanov

Pakistanda terror qurbanlarının sayı artıb - 25 ölü, Yenilənib
24.07.2017, 20:36

Pakistanda terror qurbanlarının sayı artıb - 25 ölü, Yenilənib

Çimərlikdə faciəvi şəkildə ölən gənc tələbə imiş - FOTO
24.07.2017, 20:20

Çimərlikdə faciəvi şəkildə ölən gənc tələbə imiş - FOTO

Şura daha 9 QHT-yə maliyyə ayırdı
24.07.2017, 20:11

Şura daha 9 QHT-yə maliyyə ayırdı

İlham Əliyevin Macarıstana səfəri gözlənilir   
24.07.2017, 19:10

İlham Əliyevin Macarıstana səfəri gözlənilir  

Regional İnkişaf İctimai Birliyi Tovuzda ödənişsiz tibbi müayinələr təşkil edib
24.07.2017, 19:04

Regional İnkişaf İctimai Birliyi Tovuzda ödənişsiz tibbi müayinələr təşkil edib

Azercell pulsuz “Coding Kids – Summer IT School” layihəsinə başlayıb
24.07.2017, 18:27

Azercell pulsuz “Coding Kids – Summer IT School” layihəsinə başlayıb

700 bal toplayan abituriyentlər təəssüratlarını Modern.az-la BÖLÜŞDÜLƏR - FOTOLAR   
24.07.2017, 18:23

700 bal toplayan abituriyentlər təəssüratlarını Modern.az-la BÖLÜŞDÜLƏR - FOTOLAR  

Zirə-Türkan yolunun tikintisinə 3 milyon manat ayrıldı
24.07.2017, 18:15

Zirə-Türkan yolunun tikintisinə 3 milyon manat ayrıldı

Umud Mirzəyev Qatarda beynəlxalq tədbirə qatılıb
24.07.2017, 18:08

Umud Mirzəyev Qatarda beynəlxalq tədbirə qatılıb

DİN axtarışa verilən borclu vətəndaşlarla bağlı məlumat yaydı - Adları burdan öyrənin   
24.07.2017, 17:57

DİN axtarışa verilən borclu vətəndaşlarla bağlı məlumat yaydı - Adları burdan öyrənin  

“Nalbandyanın Kəlbəcər səfəri dini saxtakarlığa siyasi don geyindirməkdir”
24.07.2017, 17:44

“Nalbandyanın Kəlbəcər səfəri dini saxtakarlığa siyasi don geyindirməkdir”

47 minə yaxın müəllimin ərizəsi təsdiq olunub
24.07.2017, 17:42

47 minə yaxın müəllimin ərizəsi təsdiq olunub

I və IV qrupların imtahan nəticələri açıqlandı - Üç abituriyent 700 bal toplayıb
24.07.2017, 17:36

I və IV qrupların imtahan nəticələri açıqlandı - Üç abituriyent 700 bal toplayıb

Müəllimlər üçün vakant yerlərin yekun SAYI
24.07.2017, 17:24

Müəllimlər üçün vakant yerlərin yekun SAYI

Özbəkistanın tanınmış şairə-tərcüməçisi Sumqayıtın qonağı oldu
24.07.2017, 17:20

Özbəkistanın tanınmış şairə-tərcüməçisi Sumqayıtın qonağı oldu

Dollar və manatın sabahkı MƏZƏNNƏSİ 
24.07.2017, 17:13

Dollar və manatın sabahkı MƏZƏNNƏSİ 

ARXİV
SORĞU
Builki qəbul imtahanları necə keçdi?
- İmtahanların iki dəfə keçirilməsi müsbət haldır(17.3%)
- İmtahanlar bir dəfə keçirilməliydi(4.34%)
- İmtahanların pullu keçirilməsi mənfi haldır(52.1%)
- İmtahan testləri çətinləşdirilmişdi(13.0%)
- İmtahanlar asan keçdi(4.34%)
- Təşkilatçılıq yüksək səviyyədəydi(4.34%)
- Təşkilatçılıq aşağı səviyyədəydi(4.34%)