Modern.az

Portuqaliyada yanğın qurbanlarının sayı 64 nəfərə çatıb

Portuqaliyada yanğın qurbanlarının sayı 64 nəfərə çatıb

Dünya

19 İyun 2017, 22:00

Portuqaliyada meşə yanğınları nəticəsində ölənlərin sayı artıb. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, yanğın qurbanlarının sayı 64 nəfərə çatıb.  İndiyədək ölənlərdən 24-nün şəxsiyyətini müəyyənləşdirmək mümkün olub.

Məlumata görə, hadisə zamanı 13-ü yanğınsöndürən olmaqla 135 nəfər xəsarət alıb. Yaralıların bəzilərinin vəziyyəti ağır olaraq qalır.

Hadisə zamanı iki nəfər isə itkin düşüb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü