Modern.az

Trampın Rusiya ilə əlaqələri barədə yeni detallar üzə çıxdı

Trampın Rusiya ilə əlaqələri barədə yeni detallar üzə çıxdı

Aktual

22 İyun 2017, 16:02

ABŞ Milli Kəşfiyyat Xidmətinin rəhbəri Deniel Kouts və Milli Təhlükəsizlik Angetliyinin rəhbəri Mayk Rocers prezident Trampın onlara etdiyi təklif barədə danışıblar.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp xüsusi xidmət orqanlarının rəhbərlərindən onun Rusiya ilə heç bir əlaqəsinin olmadığına dair rəsmi açıqlama verməsini xahiş edib.

 

Ötən həftə Ədliyyə Nazirliyinin Rusiya izini araşdıran xüsusi prokuroru Robert Müllerlə və senatorlarla görüşən məmurlar Trampla danışıqlar aparmağın çətin olduğunu desələr də, onun araşdırmanı dayandırmaqla bağlı heç bir təkidinin olmadığını da deyiblər.

 

Vüqar İSMAYILOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü