Modern.az

Orqanizmin qida məhsullarına olan hədsiz tələbatının səbəbləri - ÖZÜNÜZÜ YOXLAYIN

Orqanizmin qida məhsullarına olan hədsiz tələbatının səbəbləri - ÖZÜNÜZÜ YOXLAYIN

22 İyun 2017, 22:33

İnsanların ayrı-ayrı qida məhsullarına tələbatının, xüsusi iştahasının olmasına tez-tez şahidlik edirik. Belə tələbat nədən xəbər verir? Orqanizm bu tələbatla sahibinə hansı xəbərdarlığı edir?

Modern.az saytının sağlamlıqla bağlı növbəti yazısında bu suallara cavab tapacaqsınız.

Alma

İnsanın bu meyvəyə qarşı hədsiz tələbatı xolesterinin miqdarının yüksəlməsindən, ürəklə bağlı yaranacaq problemlərin başlanğıcından xəbər verir.

Limon

Limona qarşı hədsiz istək öd kisəsi və qaraciyərin mümkün problemlərinə işarədir.

Kələm

Əgər insanın könlündən tez-tez kələm yemək keçirsə demək bağırsaqların fəaliyyətində hər şey qaydasında deyil.

Zeytun

Süfrəsini zeytunsuz təsəvvür edə bilməyən insanlar qalxanvari vəzin vəziyyətinə diqqət yetirməlidirlər.

Dondurma

Kiminsə iştəhasından ilin fəsillərindən asılı olmayaraq hər zaman dondurma keçirsə mütləq dayaq-hərəkət sisteminin vəziyyəti ilə maraqlanmalıdır.

İstiot

Xörəyin dadına baxmadan belə ona istiot əlavə edən insanların orqanizmində iltihabi proseslərin inkişaf etməsi və tonus zəifliyi mümkündür.

Şokolad

Şirniyyata həvəs, xüsusilə şokolada yüksək tələbat sinir sisteminin gərginliyindən xəbər verir.

Bu qida məhsullarına olan həvəs və tələbat heç bir xəstəliyin əlaməti olmaya da bilər. Amma hər halda orqanizmin verdiyi siqnala reaksiya verməklə şübhələrdən çıxaraq iştəhamızı daha sağlam etmək olar.

 

İlham Cəmiloğlu

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü