Modern.az

Eldar Əzizovla Ramiz Əsgər Azərbaycan Jurnalistlər Birliyindən kənarlaşdırılıb

Eldar Əzizovla Ramiz Əsgər Azərbaycan Jurnalistlər Birliyindən kənarlaşdırılıb

Media

23 İyun 2017, 11:00

Azərbaycan Jurnalistlər Birliyi (AJB) müstəqil, azad, könüllük əsasında fəaliyyət göstərən ictimai-yaradıcı təşkilatdır. O, 1000-dən artıq qəzet və jurnalda, 25 teleradio şirkətində, 20 informasiya agentliyində, 40-a qədər nəşriyyatda çalışan 3000 yaxın jurnalisti öz sıralarında birləşdirir. Digər jurnalist təşkilatlarından fərqli, AJB istisnasız olaraq, istər mərkəzi, istərsə də şəhər və əyalət mediasını bütünlüklə əhatə edən ümumrespublika təşkilatıdır.

Bu gün AJB sıralarında xeyli tanınmış jurnalist var. Amma o da maraqlıdır ki, bəzi mənbələrdə, o cümlədən Vikipediya-da qələm əhlinin jurnalist kimi deyil, məmur kimi tanıdığı bir sııra məşhur şəxslərin AJB üzvü olduğu bildirilir. Məsələn, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun rərcümeyi-halında Azərbaycan Jurnalistlər Birliyinin üzvü olduğu qeyd edilir.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı isə Modern.az saytına bildirib ki, Eldar Əzizov daha birliyin üzvü deyil:

“Vəzifədə olanların bir çoxunda Sovet dövründən qalma kitabça ola bilər. Amma onların heç biri artıq üzv deyillər. Çünki nizamnamə var, buna əsasən birliyin işində iştirak etməyən və  bir il ərzində üzvlük haqqı ödəməyən adamlar avtomatik olaraq üzvlükdən çıxır. Ona görə sovet dövründə kitabça alanların  böyük əksəriyyəti zənn edir ki, onlar təşkilata üzvdür, amma bu, belə deyil. Bu nöqteyi-nəzərdən birlikdə hansı tanınmış üzv olduğunu da deyə bilmərəm”.


Elçin Şıxlı həmçinin Azərbaycan Jurnalistilər Birliyinin baş katibi Ramiz Əskərin də artıq birliyin üzvü olmadığını qeyd edib:

“Ramiz Əskər 8-9 ildir ki, birlik ətrafında görünmür. Mən onun  Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasına üzv seçilməsi haqqında ancaq prezident fərmanında oxudum. Ramiz Əskər qeyd etdiyim səbəblərə görə birliyin üzvü belə, deyil. Biz heç təqdimat da yazmamışıq. Ona görə o adamla əlaqə yoxdur. Bu səbəbdən Ramiz Əskər Azərbaycan Jurnalistləri Birliyi adından danışmamalıdır”.

Günay RƏSULQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı