Modern.az

Xəbərdarlıq alan ekspert: “Prokurluqda dedim ki, hər şeyi sübut edə bilərəm”

Xəbərdarlıq alan ekspert: “Prokurluqda dedim ki, hər şeyi sübut edə bilərəm”

24 İyun 2017, 15:03

Baş Prokurorluq bu gün bank sahəsində ekspert kimi tanınmış hüquqşünas Əkrəm Həsənovu  banklarda faktlarla təsdiq olunmayan cinayət əməllərinin olması barədə əsassız iddialar irəli sürdüyünü bildirərərk ona xəbərdarlkıq edib. Baş Proqkurorluq bəyan edib ki, Ə.Həsənov əmanətçiləri banklarda olan vəsaitlərini geri götürməyə çağırışlar etməklə əhali arasında ajiotaj yaradır.


Məlumatda bildirilib ki, o, banklardan əmanətlərin qaçışına, likvidlik problemlərinin yaranmasına və nəticə etibarı ilə maliyyə sistemində arzuolunmaz hallara səbəb olma ehtimalı yaratdığından Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dəvət edilib.

Məsələ ilə bağlı Modern.az-a danışan IJS Hüquq Firmasinin direktoru Əkrəm Həsənov bildirib ki, ondan 4 bank Maliyyə Bazarına Nəzarət Palatasına şikayət edib.

“Palata da haqqımda Prokurorluğa şikayət göndərib. Guya mətbuatdakı çıxışlarım həmin bankların və bütövlükdə bank sisteminin işgüzar nüfuzuna xələl vurur. Mən də Prokurorluğa izah etdim ki, əskinə, mənim fəaliyyətim elə bank sisteminə etimadı artırmağa xidmət edir. Palatanın fəaliyyəti isə əksinə. Məsələn, dəfələrlə Palataya müraciət etmişəm ki, banklar maliyyə hesabatlarını dərc etmir, kreditorların maraqları pozulur və s. və bu da sistemə etimadı sarsıdır. Palata isə tədbir görə bilmir. İndi nüfuza kim xələl vurur: mən, yoxsa bankların özü və Palata? Üstəlik banklar insanları narazı salaraq onları dövlətin əleyhinə qaldırır faktiki, mən isə əksinə vətəndaşları dövlətə arxalanaraq banklarla problemlərini sırf qanun çərçivəsində və məhkəmə yolu ilə həll etməyi tövsiyə edirəm.
Digər sual da o idi ki, bəzi banklar haqda söylədiyim konkret fikirlərim barədə sübutum varmı? Mən də dedim ki, əlbəttə var, lazım gələrsə təqdim edərəm.
Prokurorluq da dedi ki, fikir bildirməkdə sərbəstəm və məni heç kəs məhdudlaşdırmır, lakin hər bir halda mənə xərbərdarlıq edilir ki, əsassız və sübutsuz fikirlər söyləməyim, etsəm, buna görə məsuliyyət daşıyacağam.
Mən də dedim ki, indiyədək də etməmişəm, etməyəcəyəm də, dediklərimin hamısını sübut edə bilərəm”.

 

 

Mirmahmud KAZIMOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır