Modern.az

Bu gün Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçirilir

Bu gün Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçirilir

26 İyun 2017, 11:33

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, bu gün saat 11:00-da Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” təşkil olunur.

Modern.az xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, həmin gün ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edirlər.

Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçirilən “Açıq qapı” günündə valideynlərlə görüşlər təşkil olunur, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçirilir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü