20 fevral 2018, Çərşənbə
Ana Səhifə - ƏDƏBİYYAT - “Ehsan və səs-küylü dəfn istəmirəm” - Ömrünü yoxsulluqla başa vuran Şıxlinskinin VƏSİYYƏTİ
“Ehsan və səs-küylü dəfn istəmirəm” - Ömrünü yoxsulluqla başa vuran Şıxlinskinin VƏSİYYƏTİ
28.06.2017, 01:12

1943-cü ilin isti avqustu... Bir zamanlar bütün Qafqazın, Çar Rusiyasının, hətta az qala, dünyanın yarısının tanıdığı əfsanəvi general son nəfəslərini yaşamaqdadır. Həyat yoldaşı Nigar xanımdan sonra onsuz da yaşamaq istəmirdi. Lakin yarıcan halda 12 il yaşayır və dünya tarixinin bəlkə də, ən ağır ilində - müharibənin tüğyan etdiyi 1943-cü ildə Bakı kənarındakı kiçik bir evdə vəfat edir. Övladı olmamışdı. Sevimli arvadına da “xəyanət” edib, başqası ilə evlənməmişdi. Odur ki, ölümündən bir neçə il əvvəl yazdığı vəsiyyətnamədə olan “əmlak”ını cəmi iki nəfərə vəsiyyət edir: onu müalicə edən həkiminə və onun xanımına...


Bu vəsiyyəti (əslində, bir neçə cümləlik sözləri) bir neçə dəfə yazdı. Hər dəfə də çoxdan gözlədiyi ölümünə yaxınlaşdığını hiss etdi. Amma son dayanacaq 1943-cü il idi....

Modern.az saytı əfsanəvi general, dünyanın ən güclü artilerriya mütəxəssislərindən olan general Əliağa Şıxlinskinin vəsiyyətini təqdim edir. Burada siz hər şey görəcəksiniz: bir generalın, şərəfli zabitin ömür yolunu və ömrünün acı sonunu...

 

“Mənim ölümümdən sonra, əmlakımdan nə qalarsa: mebel, qab-qacaq, geyim şeyləri və başqa əşyalar, eləcə də qalmış nəğd pul məbləğini - həyatımın kimsəsiz illərində mənə qayğı göstərmiş həkim Bahadır Qayıbova və onun arvadı Qayıbovaya vəsiyyət edirəm”.

 

“Yazılanları öz şəxsi imzamla təsdiq edirəm. 30 oktyabr 1933-cü il”.   

 

“Əziz Bahadır və Varya! Əgər tale mənim bu sevincsiz həyatımı uzun müddət davam etdirərsə, onda mənim "əmlakım" mənim dəfn olunma və ən sadə qəbr daşı qoyulma xərclərinə belə, bəs etməz, bu halda mənim vəsiyyətim gülünc hal almış olar. Lakin, ona əvəz olaraq, unudulmaz həyat yoldaşım Nigar xanımın vəfatından sonra, siz məni hərtərəfli qayğı ilə əhatə edərək, onsuz yaşadığım günləri mənim üçün mümkün və dözümlü etdiyinizə görə, mənim Sizə qarşı olan minnətdarlığımın həddi-hüdudu yoxdur. Bu qəni minnətdarlığı mən özümlə qəbr evinə aparacağam. Sizin mənə qarşı mərhəmətinizə görə Allah Sizdən razı olsun”.

“Sizi sevən Əliağa Şıxlinski. Bakı, 3 yanvar 1938-ci il”.

 

“Vəsiyyətnamə yazılarkən, mənim bəzi qiymətli şeylərim var idi ki, onlar Bahadır və Varyanın mənə göstərdikləri qayğı və mənəvi köməklikdən əlavə, maddi yardımlarını qismən ödəyə bilərdi. Lakin mən gözlənildiyindən də artıq yaşadım, satmalı nə vardısa, satıb xərclədim və bununla da vəsiyyətnamə öz mənasını itirmiş oldu. Əgər evdə qalmış əşyaların dəyəri dəfn mərasiminə və sadə qəbr daşına kifayət edərsə, ona da şükür. Heç bir ehsan və elan lazım deyil. Qohumlara telefon vasitəsilə, telefon yoxsa, məktubla xəbər vermək olar. 

Qəbir daşı yalnız onun üçündür ki, mənim adım unudulmaz həyat yoldaşım Nigar xanımın adı ilə yanaşı yazılsın”.

 


“Son ricam...”

“1. Əgər mən yataqda qalası xəstə olsam, məni xəstəxanaya göndərin;

2. Əgər xəstəxanada ölsəm, nəşimi evə yox, xəstəxanadan qəbiristanlığa aparın;

3. Qəzetdə elan verməyin;

4. Dəfnetmə xərclərinin az olmasına çalışın. Yorğan ağına bükülmüş cəsədi rənglənməmiş, üstünə ağkilim salınmış tabuta qoyun;

5. Heç bir ehsan verməyin, bunu etmək həmişə gərəksizdir, müasir çətinlikləri nəzərə alsaq isə qəbahətdir.

6. Mənə əziz olan Nigar xanımın qəbri ilə yanaşı qəbri yastı tava daşı ilə örtüb, üstünə yazarsınız: Əliağa Şıxlinski - heç bir tarix lazım deyil.

7. Nə tabutun içinə, nə də tabutun üstünə bir dənə də olsun gül qoyulmasın”.

 

 

Əliağa Şıxlinski 1943-cü il avqustun 18-də indiki Musa Nağıyev adına xəstəxanada kardiosklerozdan vəfat etdi. Amma ömrünün sonundakı nigarançılığı əbəs idi. Çünki onun dəfnini tanınmış alim, sonradan intihar edən filosof Heydər Hüseynov öz üzərinə götürdü və generalı son iztirabdan bu cür xilas etdi….

 

Elmin Nuri

 

Qeyd: Yazıda hərb tarixçisi Şəmistan Nəzirlinin Əliağa Şıxlinskiyə həsr etdiyi monoqrafiyadan istifadə olunub.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Bakuxeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Erməniləri susduran jurnalistin evi əlindən alınır
20.02.2018, 21:09

Erməniləri susduran jurnalistin evi əlindən alınır

Çexiya şirkəti  Azərbaycanda yük maşını istehsal edəcək
20.02.2018, 20:55

Çexiya şirkəti  Azərbaycanda yük maşını istehsal edəcək

Azərbaycan-Makedoniya oyunu ilə bağlı yenilik
20.02.2018, 20:43

Azərbaycan-Makedoniya oyunu ilə bağlı yenilik

Bu hökumət bütün gənclərə mükafat verəcək
20.02.2018, 20:29

Bu hökumət bütün gənclərə mükafat verəcək

Türkiyə Silahlı Qüvvələri Əsədə bağlı silahlıları Afrindən qovdu - Video
20.02.2018, 20:16

Türkiyə Silahlı Qüvvələri Əsədə bağlı silahlıları Afrindən qovdu - Video

İki rayon qazsız qalacaq
20.02.2018, 20:01

İki rayon qazsız qalacaq

Dəmir yolu sahəsində əməkdaşlıq müzakirə edilib
20.02.2018, 19:53

Dəmir yolu sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycanla Səudiyyə Ərəbistanı razılıq əldə etdi
20.02.2018, 18:51

Azərbaycanla Səudiyyə Ərəbistanı razılıq əldə etdi

Milli Qəhrəmanlara verilən təqaüdlər artırıldı
20.02.2018, 18:45

Milli Qəhrəmanlara verilən təqaüdlər artırıldı

Böyük Vətən Müharibəsi iştirakçılarının təqaüdləri artırıldı
20.02.2018, 18:42

Böyük Vətən Müharibəsi iştirakçılarının təqaüdləri artırıldı

“Azərsu”ya 15 milyon manat ayrıldı
20.02.2018, 18:36

“Azərsu”ya 15 milyon manat ayrıldı

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü: 30 ilin təhlili xronikası
20.02.2018, 18:28

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü: 30 ilin təhlili xronikası

Əfv Komissiyasının iclasında 100-ə yaxın müraciətə baxılıb
20.02.2018, 18:12

Əfv Komissiyasının iclasında 100-ə yaxın müraciətə baxılıb

FHN: “Penitensiar Xidmətin binasındakı yanğın söndürüldü”
20.02.2018, 18:07

FHN: “Penitensiar Xidmətin binasındakı yanğın söndürüldü”

Tehranda polislə dərvişlərin toqquşması - 6 ölü
20.02.2018, 17:49

Tehranda polislə dərvişlərin toqquşması - 6 ölü

XİN-dən Sarkisyana sərt CAVAB
20.02.2018, 17:45

XİN-dən Sarkisyana sərt CAVAB

Ziya Məmmədov: “Mənim heç nəyim yanmayıb”
20.02.2018, 17:44

Ziya Məmmədov: “Mənim heç nəyim yanmayıb”

Putin Afrinə görə Təhlükəsizlik Şurasının iclasını çağırdı
20.02.2018, 17:43

Putin Afrinə görə Təhlükəsizlik Şurasının iclasını çağırdı

İsmayıl Ömərov: “Səhərdən telefonum susmur”
20.02.2018, 17:40

İsmayıl Ömərov: “Səhərdən telefonum susmur”

“Dostluq üçün futbol” turnirində azərbaycanlı nümayəndə qapıçı kimi çıxış edəcək
20.02.2018, 17:39

“Dostluq üçün futbol” turnirində azərbaycanlı nümayəndə qapıçı kimi çıxış edəcək

Bakıda 21 miqrant saxlanıldı
20.02.2018, 17:22

Bakıda 21 miqrant saxlanıldı

Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvləri təyin edilib - SİYAHI
20.02.2018, 17:19

Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvləri təyin edilib - SİYAHI

Manatın sabahkı MƏZƏNNƏSİ
20.02.2018, 17:11

Manatın sabahkı MƏZƏNNƏSİ

Avropa İttifaqının nümayəndəsi məcburi köçkünlərlə görüşdü
20.02.2018, 16:59

Avropa İttifaqının nümayəndəsi məcburi köçkünlərlə görüşdü

Bakı-Sumqayıt qatarının hərəkət cədvəlində DƏYİŞİKLİK
20.02.2018, 16:56

Bakı-Sumqayıt qatarının hərəkət cədvəlində DƏYİŞİKLİK

Ceyhun Hacıbəylinin nəvəsindən iki MƏKTUB
20.02.2018, 16:52

Ceyhun Hacıbəylinin nəvəsindən iki MƏKTUB

Elşən Musayev: “Övladına desin ki, a bala, zalda erməni görən kimi qabağına qaçma”
20.02.2018, 16:35

Elşən Musayev: “Övladına desin ki, a bala, zalda erməni görən kimi qabağına qaçma”

Avtobus aşdı,10 nəfər öldü
20.02.2018, 16:35

Avtobus aşdı,10 nəfər öldü

Sürüşmə zonasının sakinlərinə kirayəpulu verməyə başladılar   
20.02.2018, 16:29

Sürüşmə zonasının sakinlərinə kirayəpulu verməyə başladılar  

Kobra qanı içən xüsusi təyinatlılar - FOTOLAR
20.02.2018, 16:27

Kobra qanı içən xüsusi təyinatlılar - FOTOLAR

ABŞ-dan Kiyevə dəstək: “Rusiyaya qarşı yanınızdayıq”
20.02.2018, 16:24

ABŞ-dan Kiyevə dəstək: “Rusiyaya qarşı yanınızdayıq

Siyasi partiya Azərbaycan hökumətinə hər bir vətəndaşa 100 dollar bağışlamağı TƏKLİF ETDİ
20.02.2018, 16:16

Siyasi partiya Azərbaycan hökumətinə hər bir vətəndaşa 100 dollar bağışlamağı TƏKLİF ETDİ

Bu ölkə öz vətəndaşlarına 300 dollar verəcək
20.02.2018, 15:58

Bu ölkə öz vətəndaşlarına 300 dollar verəcək

Arif Əsgərovun oğlu məhkəməyə çağırılıb
20.02.2018, 15:57

Arif Əsgərovun oğlu məhkəməyə çağırılıb

Elmar Məmmədyarov səlahiyyət müddəti başa çatan Misir səfirini qəbul edib
20.02.2018, 15:54

Elmar Məmmədyarov səlahiyyət müddəti başa çatan Misir səfirini qəbul edib

ARXİV