21 aprel 2018, Şənbə
Ana Səhifə - ƏDƏBİYYAT - Bu, Flora Xəlilzadədir…
Bu, Flora Xəlilzadədir…
11.07.2017, 13:36

Onu çoxdan, ilk yazılarından tanıyıram və Flora Xəlilzadə imzası artıq bu məmləkətdə içində mətbuat sevgisi, ədəbiyyat, jurnalistika məhəbbəti olanların hamısına tanışdır. Onun yazılarını hamı oxuyur, çünki bu yazılarda işıq var, işıq təşnəsi olanların hər biri bu yazılarla maraqlanır və intizarla digər yazılarını gözləyir. Azərbaycan mətbuatı Florasız keçinmir, çünki bu yazılarda keçmişin, bu günün həqiqətləri yaşayır.

 Flopa Xəlilzadənin jurnalist məharəti, publisist kimi özunəməxsusluğu, bədii (şeir və nəsr) yazılarındakı orijinal, fərdi çalarlar haqda onun qələm dostları da öz ürək sözlərini söyləyiblər.  Onun yazılarında təbiətin özü kimi rəngli, təravətli boyalar axtarıblar, o yazıları zamansız yazılar da adlandırıblar. Mən də bütün bu haqlı təriflərə qoşuluram. Ancaq Flora Xəlilzadə haqqında, onun bir ziyalı və yaradıcı insan kimi özünəməxsusluğu barədə mənim də deməyə öz sözüm var.

 BİRİNCİ  SÖZÜM: Flora Xəlilzadə professional yazardır. Belə yazarların sayı mətbuata sığınıb at oynadan, amma o atın üstündə duruş gətirməyənlərin sayından qat-qat azdı. Flora xanım o azlardan biridir və öz yazıfları ilə o çoxları utandırır. Yəni biz bilirik ki, yazı necə olmalıdır- ən yaxşı yazılar ən yaxşı insanlara oxşayır, təmiz, saf, mənən qürurlu, heç bir maddiyyat əsiri olmayıb öz daxili azadlığını hifz edən insanlar kimi. Professional səviyyə təkcə savadla, biliklə, dünyagörüşü ilə ölçülmür, həm də daxili mədəniyyətlə ölçülür. Bu daxili mədəniyyət tələb edir ki, nə yazırsvn, kimdən yazırsan, hansı mövzuya, hansı problemə müraciət edirsən, təki yalana, jurnalist «oyunbazlığına» meyl eləmə. Həyatın nəfəsini öz nəfəsinə qatıb yazıya ver.

 İKİNCİ SÖZÜM: Flora Xəlilzadə sənət, ədəbiyyat mühitinin adamıdır və bu aləmin - bu mühitin bütün guşələrinə yaxşı bələddir. Onun publisistik yazılarının əksəriyyəti də sənət adamlarının həyatı və yaradıcılığı ilə bağlıdır. Bu mövzuya müraciət edənlər az deyil. Amma Flora Xəlilzadə məlum streotipləri təkrar eləmir, hansı sənət adamından söz açırsa, onun tərcümeyi-halında elə cizgilər, elə məlum olmayan  məqamlar tapır ki, sən o sənət adamını  bir daha kəşf edirsən. Məsələn, Mirzə İbrahimov şəxsiyyətində yazıçılıqla görkəmli dövlət xadimi obrazını bir vəzdətdə, bir çevrədə dərk edirsən. Mehdi Hüseynin tənqidçilik missiyasını ədəbiyyata böyük sevginin təzahürü kimi anlayırsan. Çünki Mehdi Hüseynin ən kəskin tənqidi yazılarında da ədəbiyyat sevgisi yaşayırdı.  İsmayıl Şıxlının zahirən zəhmli görünüşü arxasında böyük bir insanın daxili aləminin gözəllikləri yaşayırdı.  Mənim əlimdə Süleyman Rəhimova və onun oğlu Şamoya həsr edilən iki yazısı var- hər iki yazı son dərəcə səmimi bir ovqatla yazılıb. Xüsusilə Şamo Rəhimov haqqında «Şeh kimi qısa ömür» yazısı. Mən Şamo haqqında çox az bilgiyə malik idim, Flora xanımın yazısında qısa bir ömür yaşayıb dünya elmində daha da parlaya biləcək bir nakamın portreti ilə qarşılaşdım. «Yaradıcılığın uşaqlarla bağlı bir istiqaməti gözəldir. İstər bədii əsər olsun, şeir, rəsm, cizgi filmi, hətta oyuncaqlar da. Çünki saydığımız ğu qiymətli sərvətlərin, əşyaların hər birində uşaq dünyamızın məhz bizim ovqatımızda yaratdığı sevinc, çöhrəmizdə duyulacaq təbəssümü şəksizdir»- Flora xanım rəsam Solmaz Musayevaya həsr etdiyi yazıya bu cümlələrlə başlayır və o yazıda sənət aləmində bəlkə də o qədər tanınmayan, amma öz sənəti ilə Azərbaycana beynəlxalq aləmdə də şöhrət gətirən rəssamı bizə tanıdır.

 Flora Xəlilzadənin Azərbaycanın üç şöhrətli, sənəti ilə duyğularımıza hakim kəsilən Flora Kərimova, Afaq Bəşirqızı və Yaqut Abdullayeva haqqında qələmə aldığı kitablarından da ayrıca söz açmaq olar. Bənövşə ətirli səs- Bu ifadə Flora Kərimovaya aiddir və doğrusu, Flora Kərimovanın sənəti və xanımlığı, ziyalılığı barədə bundan önəmli bir ad tapmaq mümkün deyil. Çünki illər gəlib keçir, Flora Kərimova yaşa dolur, amma o bənövşə ətiri həılə də onun mahnılarında çağlayır. Söhbət təkcə addan getmir, həm də o adın doğurduğu məna ilə müğənninin sənət yolu arasında bənzərlikləri ortaya çıxarmaq da jurnalist məharəti tələb edirdi.  Afaq Bəşirqızının güldürən və həm də qayğılandıran sənəti də eynən belədir- bu kitabda da məlum Afaq Bəşirqızının naməlum insani cizgiləri də «rəsm» edilir». Gözəl, məlahətli səsi ilə ürəkləri duyğulandıran Yaqut Abdullayeva. Gözə görünməkdən çəkinən ya çox zaman unutqanlığa «məhkum» edilən bu SƏS USTASInın sənətinin sehri də Flora xanımın yazısında öz əksini tapır.

 ÜÇÜNCÜ SÖZÜM: Flora Xəlilzadə həm də tədqiqatçıdır. Tədqiqatçılığında publisistikanın əhəmiyyətli rolu var. Görürsən ki, çox sevdiyi bir klassik sənətkardan yazır.Məsələn, Vidadidən, Vaqifdən, Haqverdiyevdən.Iə o yazılarda qətiyyən alimnümalıq eləmir, sadə, aydın, səlis və duru bir dillə o sənətkarların ədəbi portretini yaratmağa çalışır. Məsələn, lap bu yaxınlarda F.Xəlilzadənin Molla Pənah Vaqifə Həsr olunan «Cahan mülkünün əbədi halı» yazısını oxudum. Bu yazıda Flora xanım heç də Amerika kəşf eləmir, məlum həqiqətlərdir söyləyir, amma elə söyləyir ki, bu yazı sanki Vaqif haqqında təzə yazıymış. Çünki belə yazılar və ümumiyyətlə, F.Xəlilzadənin digər yazıları təhkiyə şirinliyi, sadə, aydın, amma məıntiqi vurğusu ilə seçilir.

 DÖRDÜNCÜ SÖZÜM:Bizi ilk növbədə, mənən yaxın və doğma eliyən Məmməd Araza-Azərbaycanın bu böyük şairinə sevgimiz olub. Məmməd Arazı, onun poeziyasını sevənlər çoxdu, doqquz milyonluq bizim Azərbaycanın, həm də sayı-hesabı bilinməz o taydakı azərbaycanlıların ən sevimli şairlərindən biridir Məmməd Araz. Mənim orta məktəb illərindən şeirlərilə könlümə, ruhuma hakim olan Məmməd Araz. Sonralar bu böyük şairdən bir kitab da yazdım, onunla yol yoldaşı da oldum və o kitaba görə ilk ədəbi mükafatımın adı da Məmməd Araz oldu. Flora xanımın Məmməd Araz sevgisi isə ölçüyə gəlməz. Onun istedadlı bir qələm sahibi və şair kimi parlamasında Məmməd Araz qayğvsı böyük rol oynayıb. Və Məmməd Arazla Flora xanımın qohumluğu bu sevginin özülüdür.

 BEŞİNCİ  SÖZÜM: Flora Xəlilzadə həm də ŞAİRdir. Onun şeirlərindən bircə misra belə oxumamışdım, oğlu Bəhruz Niftəliyevin vasitəsilə bu şeirlərin bir qismi ilə tanış oldum və mən şair sözünü böyük hərflərlə vurğulamağım əbəs deyil. Publisist-tədqiqatçı Flora Xəlilzadəni bir şair kimi də kəşf etdim.

 Flora xanım Qərbi Azərbaycanın Urud kəndində dünyaya göz açıb, indii o kənd ancaq xatirələrində yaşayır. Şeirlərində də həsrət, kədər o xatirələrin ürəkdə, ruhda, canda korun-korun tüstülənməsindən doğur.

 

    Vətən hey!

    Anamın uzalı əli

    Yanağımdan süzülən inci seli

    Alışan, quruyan dilim-Vətən hey!

 

«İlk nəfəsim, son sözüm də Uruddu»-bu misranı da o yazıb.

 

    Könlüm ablar ötənə

    Ümid bağlar yetənə.

    Ovul, ürəyim, ovul

    Əlim çatmaz Vətənə.

 

    Quş damından vəfalı

    Daş da məndən vəfalı.

    İldə bir yol Vətəndə

    Qış da məndən vəfalı.

 

 Bu bayatıların da müəllifi Flora Xəlilzadədir.

 

    Bağrımı bayqular dağlayan yurdun,

    Torpağı əkilmir, otu biçilmir.

    Dərdini sinəmdə ağlayan yurdun

    Yolları görünmür, izi seçilmir.

 

    Yenə bahar gəldi, qaynadı qanım,

    Könlümə öz evim, öz obam düşdü.

    Ölümü, dirimi gərəkdi anım,

    Yadıma gül nənəm, nər babam düşdü.

 

    Nənəmin cəhrəsi, ağ idi hələ,

    Gərdişdən, dönüşdən xəbər yox idi.

    Ləşkər arzularım sağ idi hələ,

    Analı-bacılı ömrüm tox idi.

 

    Ömrü qovhaqovla çapıb getdilər,

     Nənəmin cəhrəsi sahibsiz qaldı.

     Sanki çıxış yolu tapıb getdilər,

     Babamın dəhrəsi sahibsiz qaldı.

 

Bu şeir də Fldora xanımındır və doğma yurd həsrəti çox təsirlidir.

 

ALTINCI  SÖZÜM: Bu avqust ayında Əməkdar jurnalist Flora Xəlilzadənin ad günüdür. Mən onu xoşbəxt bir sənət adamı, istedadlı publisist, şair hesab edirəm və təbii ki, mənim bu fikrimlə həmrəy olanların sayı yüzlərlədir. Bu yazıda qətiyyən onun indiyə qədər aldığı mükafatları saymaq istəmirəm. Layiqdir ki, alıb.  Flora xanım yeddicildliyini çapa hazırlayır və deyəsən, «Yazdıqlarım» adlanan bu gildlərin ikisi nəşr olunub. Amma o, yazmaqdan doymur. Onu düşündürən mövzular tükənmir və haçan mətbuatda «Flora Xəlilzadə» imzası görünürsə, sevinənlərdən biri də mənəm. Televiziyada-«Yadigarlar» verilişi isə hal-hazırda on minlərlə -yüz minlərlə tamaşaçı sevgisini qazanıb. Yorulmayasan, Flora xanım,-deyirəm və bu yazımın sonunu Flora Xəlilzadənin səmimi bir etirafı ilə bitirmək istəyirəm: «Bütün kəlmələrimə ürəyimin odunu yaxdım. Çalışdım ki, həmişə doğru sözün əlindən yapışım. Çalışdım ki, qəlbimin dediyi və qələmimin naxışladığı yazılarda çiy sözə təsadüf edilməsin.  Sənət mülkündə kərpic-kərpic hördüym sözün ürəkdəın gəlməsinə, həqiqətdən don geyməsinə can aktdım. Bizdən sonra bizi yaşadacaq  sözün həmişə qürurlu, həmişə uca olmasına
çalışdım».

 

 

Vaqif  Yusifli 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Prezidentin qərarı ictimaiyyəti sözün müsbət mənasında təəccübləndirdi”
21.04.2018, 13:41

“Prezidentin qərarı ictimaiyyəti sözün müsbət mənasında təəccübləndirdi”

“Novruz Məmmədov heç bir qruplaşmada olmayıb” – Komitə sədrindən AÇIQLAMA
21.04.2018, 13:36

“Novruz Məmmədov heç bir qruplaşmada olmayıb” – Komitə sədrindən AÇIQLAMA

Bakıda yol qəzası - 2 nəfər öldü
21.04.2018, 12:54

Bakıda yol qəzası - 2 nəfər öldü

Novruz Məmmədov bu dəfə baş nazir kimi mühüm mesajlar VERDİ
21.04.2018, 12:41

Novruz Məmmədov bu dəfə baş nazir kimi mühüm mesajlar VERDİ

Faktiki hava – Azərbaycanda 12 sm qar yağdı
21.04.2018, 12:35

Faktiki hava – Azərbaycanda 12 sm qar yağdı

Siyavuş Novruzov yeni baş naziri TƏRİFLƏDİ
21.04.2018, 12:32

Siyavuş Novruzov yeni baş naziri TƏRİFLƏDİ

Milli Məclis Novruz Məmmədovun baş nazir olmasına “HƏ” dedi
21.04.2018, 12:24

Milli Məclis Novruz Məmmədovun baş nazir olmasına “HƏ” dedi

Oqtay Əsədov ölkənin yeni baş naziri haqda məlumat verdi
21.04.2018, 12:22

Oqtay Əsədov ölkənin yeni baş naziri haqda məlumat verdi

Evə silahlı basqın oldu, ev sahibi bıçaqlandı
21.04.2018, 12:18

Evə silahlı basqın oldu, ev sahibi bıçaqlandı

Bakıda spirtli içkiləri oğurlayan TUTULDU
21.04.2018, 12:16

Bakıda spirtli içkiləri oğurlayan TUTULDU

Novruz Məmmədov Milli Məclisə gəldi
21.04.2018, 12:04

Novruz Məmmədov Milli Məclisə gəldi

ABŞ nüvə silahlarını Aralıq dənizinə göndərdi
21.04.2018, 11:43

ABŞ nüvə silahlarını Aralıq dənizinə göndərdi

Yerevanda yenə müxalifətin mitinqi başladı
21.04.2018, 11:33

Yerevanda yenə müxalifətin mitinqi başladı

Baş nazirliyə namizəd açıqlandı – Novruz Məmmədov – EKSKLÜZİV
21.04.2018, 11:08

Baş nazirliyə namizəd açıqlandı – Novruz Məmmədov – EKSKLÜZİV

Ələmdar Cabbarlının imza günü keçirildi
21.04.2018, 10:42

Ələmdar Cabbarlının imza günü keçirildi

Bakıda xəstəxananın zirzəmisi yandı
21.04.2018, 10:38

Bakıda xəstəxananın zirzəmisi yandı

Pekin aeroportu 97 reysi təxirə saldı 
21.04.2018, 10:21

Pekin aeroportu 97 reysi təxirə saldı 

Çaylarda sululuq SƏVİYYƏSİ 
21.04.2018, 10:18

Çaylarda sululuq SƏVİYYƏSİ 

Prezident Artur Rasizadə ilə görüşdü, gördüyü işlərə görə təşəkkür etdi
21.04.2018, 09:52

Prezident Artur Rasizadə ilə görüşdü, gördüyü işlərə görə təşəkkür etdi

Cəbhədə şiddətli atışma oldu 
21.04.2018, 09:44

Cəbhədə şiddətli atışma oldu 

Deputatlar NATO PA-nın 97-ci “Rouz-Rout” seminarında çıxış edəcək 
21.04.2018, 09:37

Deputatlar NATO PA-nın 97-ci “Rouz-Rout” seminarında çıxış edəcək 

"Skripal işi" üzrə əsas şübhəlilər müəyyən edildi
21.04.2018, 09:14

"Skripal işi" üzrə əsas şübhəlilər müəyyən edildi

Parlament bu gün TOPLANIR - Baş nazirin kimliyi açıqlanacaq 
21.04.2018, 09:03

Parlament bu gün TOPLANIR - Baş nazirin kimliyi açıqlanacaq 

Tramp Şimali Koreyanın qərarını ALQIŞLADI 
21.04.2018, 08:59

Tramp Şimali Koreyanın qərarını ALQIŞLADI 

Çinli turistlər prioritet istiqamət kimi Naftalanı seçir - Maraqlı fakt 
21.04.2018, 01:11

Çinli turistlər prioritet istiqamət kimi Naftalanı seçir - Maraqlı fakt 

Qırğızıstanın yeni  Baş naziri məlum oldu
21.04.2018, 00:20

Qırğızıstanın yeni  Baş naziri məlum oldu

ABŞ məktəbində daha bir atəş açılıb
21.04.2018, 00:17

ABŞ məktəbində daha bir atəş açılıb

Ermənilərin Kölndəki “soyqırımı" memorialı söküləcək
21.04.2018, 00:14

Ermənilərin Kölndəki “soyqırımı" memorialı söküləcək

Birinci sinfə qəbul üzrə 55 minədək sorğu yerləşdirilib
21.04.2018, 00:13

Birinci sinfə qəbul üzrə 55 minədək sorğu yerləşdirilib

Ürəyi cavanlaşdırmağın yolu tapıldı
21.04.2018, 00:09

Ürəyi cavanlaşdırmağın yolu tapıldı

Gürcüstan-Azərbaycan sərhədində polis əməkdaşı güllələnib
21.04.2018, 00:08

Gürcüstan-Azərbaycan sərhədində polis əməkdaşı güllələnib

İrəvanda etirazçılar hava limanına gedən yolu bağlayıblar
20.04.2018, 23:55

İrəvanda etirazçılar hava limanına gedən yolu bağlayıblar

Şenol Günəşin başını yaran şəxs: “Qapıçı bizi təhqir etdi, gərginlik yarandı”
20.04.2018, 23:46

Şenol Günəşin başını yaran şəxs: “Qapıçı bizi təhqir etdi, gərginlik yarandı”

Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlarla görüşdü— FOTOLAR
20.04.2018, 23:37

Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlarla görüşdü— FOTOLAR

Dövlət Departamenti Rusiya, İran və Çini "qeyri-sabitlik ölkələri" adlandırıb
20.04.2018, 23:26

Dövlət Departamenti Rusiya, İran və Çini "qeyri-sabitlik ölkələri" adlandırıb

ARXİV
SORĞU
Ali məktəblərə qəbul imtahanlarının qiymətlərinə necə baxırsınız?
İmtahan qiymətləri çox yüksəkdir(11.1%)
İmtahan qiymətləri normalıdr(6.66%)
İmtahan qiymətləri aşağıdır(0%)
Qiymətlər ləğv edilməli, imtahanlar pulsuz olmalıdır(73.3%)
İmtahan qiymətləri azaldılmalıdır(2.22%)
İmtahan qiymətləri artırılmalıdır(6.66%)