18 iyul 2018, Çərşənbə axşamı
Ana Səhifə - PARLAMENT - Seçicilərin deputatlardan istəyi - “Borcumu ödə!”, “Sosial yardım təşkil elə!”, “Arvadımı boşanmağa qoyma!”, “Oğlumun qiymətlərini yazdır!”
Seçicilərin deputatlardan istəyi - “Borcumu ödə!”, “Sosial yardım təşkil elə!”, “Arvadımı boşanmağa qoyma!”, “Oğlumun qiymətlərini yazdır!”
13.07.2017, 15:12

“Milli Məclisin deputatının statusunun haqqında” qanunda göstərilib ki, millət vəkillərinin fəaliyyət formalarından biri də seçicilərlə iş aparmaqdır. Deputat seçicilərinin hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin təmin edilməsi üçün Konstitusiya ilə ona verilmiş səlahiyyətlər çərçivəsində müvafiq orqanlar qarşısında məsələlər qaldıra bilər. 

Deputatların seçicilərlə keçirdikləri mütəmadi görüşlər, qəbullar zamanı onlara müxtəlif müraciət və şikayətlər daxil olur. Deputatlar deyirlər ki, seçicilər bəzən elə müraciət və şikayətlər təqdim edirlər ki, onlara baxılması qeyri-mümkündür.
 

Deputatlara hansı qeyri-adi şikayətlər olub?

Modern.az saytı bir neçə deputatdan cavab istəyib. 

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib ki, seçicilərindən ona qeyri-adi müraciətlər daxil olur.

 

“ Bunların içində bir neçə qeyri-adi müraciət var. Elə bu yaxınlarda Ağsu rayon sakini tərəfindən maraqlı bir məktub almışam. Vətəndaş bildirib ki, oğlunun qəbrinin üstünə mərmərdən daş saldırıb. Bunu da borcla etdirib. Məndən o borcu qaytarmağı xahiş edir. Həm də az pul da deyil - 400 min manat. Mən ən yüksək vəzifədə işlədim əzizlərimin qəbrinə adi daş döşətdirmişəm. Amma bu adam oğlunun qəbrinin üstünü mərmərlə götürüb və mənə də deyir ki, onun borc pulunu ödəyim. Bu mənə bir az qəribə gəldi. Mən düşünürəm ki, gərək hər kəs əzizinin məzarını təmtəraqdan uzaq etdirsin və buna öz vəsaitini xərcləsin”. 

 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlıya seçiciləri tərəfindən ünvanlanan müraciətlər ən çox işsizlik, alimentlə bağlı olur.

 

“Bir çox insanlar məhkəmə presesləri ilə bağlı mənə müraciət edib, kömək istəyirlər. Qeyri-adi müraciətlər sırasında belə hallar var ki, məhkəmənin öz xeyirlərinə həll olunması üçün mənim təsirimin olmasını istəyirlər. Mən onlara başa salıram ki, axı bu mümkün olan şey deyil. Həmçinin, elələri də var ki, əllərində heç nə yoxdu, amma kiçik bizneslə məğul olmaq istəyir. Deyirlər ki, “bizə kömək edin müddətsiz kredit götürək”. Necə ödəyəcəklərini isə bilmirlər. Hətta elə adam var ki, sosial yardım istəyir. Araşdırma nəticəsində məlum olur ki, həmin şəxsə sosial yardım düşmür. Aydın olur ki, həmin şəxsin maşını, üç telefonu və başqa nələrisə də var. Əsasən bu problemlər təhsili az olan insanlar arasında olur. Çünki huquqları və qanunları bilmirlər. Elə bilirlər ki, bir zənglə onun bütün problemləri həll olunacaq”. 

 

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafaya bir o qədər də qeyri-adi müraciətlər olmayıb.

 

“Bir dəfə boşanma işi ilə bağlı müraciət olmuşdu. Müraciət edən seçici bildirirdi ki, həyat onun  yoldaşıyla boşanmağına imkan verməyim. Biz də izah etmişik ki, belə məsələlərlə məşğul olmuruq. Bunu siz məhkəmə qaydasında həll edə bilərsiniz”.  

 

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayevə də seçicilərindən qeyri-adi müraciətlər daxil olur.

 

“Bir seçicim müraciət etmişdi ki, ona bayram keçirməyə görə köməklik edim. Mən də həmin şəxsə köməklik etdim. Həmçinin, bir seçicim mənə müraciət edib ki, övladı universitet imtahanlarından kəsilib, onun qiymətlərini yazdırım. “Bir təhər elə, uşağın qiymətləri düzəlsin”,-deyə o xahiş edirdi. Onlar elə bilirlər ki, deputat bütün səlahiyyətlərə malikdir. Nə desək, onu da edirlər. Amma deputatın özü qanunvericilik əsasında fəaliyyət göstərir”. 

 

 

Mirmahmud KAZIMOĞLU


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycan nefti bir qədər də ucuzlaşdı
18.07.2018, 23:34

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Şimali Kipr sahillərində 19 miqrant batdı
18.07.2018, 23:27

Şimali Kipr sahillərində 19 miqrant batdı

Allahşükür Paşazadə İtaliya prezidenti ilə görüşüb
18.07.2018, 23:14

Allahşükür Paşazadə İtaliya prezidenti ilə görüşüb

“Qarabağ” II təsnifat mərhələsində  – Yenilənib
18.07.2018, 22:56

“Qarabağ” II təsnifat mərhələsində  – Yenilənib

Rusiya dünya çempionatından 11 milyard dollar qazandı
18.07.2018, 22:40

Rusiya dünya çempionatından 11 milyard dollar qazandı

Dənizdə 4 nəfər batmaqdan xilas edilib
18.07.2018, 22:27

Dənizdə 4 nəfər batmaqdan xilas edilib

Kılıçdaroğlunun köməkçisi istefaya getdi
18.07.2018, 22:12

Kılıçdaroğlunun köməkçisi istefaya getdi

İtaliyalı nazir “Dostluq” ordeni ilə təltif olunub
18.07.2018, 22:01

İtaliyalı nazir “Dostluq” ordeni ilə təltif olunub

İtaliya prezidenti “Heydər Əliyev”, qızı isə “Şöhrət” ordeni aldı
18.07.2018, 21:36

İtaliya prezidenti “Heydər Əliyev”, qızı isə “Şöhrət” ordeni aldı

Macarıstan BMT-nin miqrasiya razılaşmasından imtina etdi
18.07.2018, 21:19

Macarıstan BMT-nin miqrasiya razılaşmasından imtina etdi

Azərbaycan hərbçiləri NATO təlimlərinə qatılacaq
18.07.2018, 21:07

Azərbaycan hərbçiləri NATO təlimlərinə qatılacaq

20 ildə 796 923  partlamamış hərbi sursat zərərsizləşdirilib
18.07.2018, 20:50

20 ildə 796 923  partlamamış hərbi sursat zərərsizləşdirilib

İtaliya ilə enerji sahəsində əməkdaşlıq müzakirə olunub
18.07.2018, 20:39

İtaliya ilə enerji sahəsində əməkdaşlıq müzakirə olunub

Şəhərin 90 faizi azad edildi
18.07.2018, 20:29

Şəhərin 90 faizi azad edildi

UNEC-in gənc startapçıları yay düşərgəsində - FOTO
18.07.2018, 20:14

UNEC-in gənc startapçıları yay düşərgəsində - FOTO

“Torpaqlarımız işğaldan azad edildikdə ANAMA-nın üzərinə böyük iş düşəcək” – Fuad Ələsgərov
18.07.2018, 20:02

“Torpaqlarımız işğaldan azad edildikdə ANAMA-nın üzərinə böyük iş düşəcək” – Fuad Ələsgərov

Şimali Kipr sahillərində gəmi-bərə batdı-16 ölü, 30 itkin
18.07.2018, 19:58

Şimali Kipr sahillərində gəmi-bərə batdı-16 ölü, 30 itkin

Zakir Həsənov ATƏT sədrinin şəxsi nümayəndəsi ilə görüşdü
18.07.2018, 19:48

Zakir Həsənov ATƏT sədrinin şəxsi nümayəndəsi ilə görüşdü

Bu il Azərbaycanda 16 dini icma dövlət qeydiyyatına alınıb
18.07.2018, 19:38

Bu il Azərbaycanda 16 dini icma dövlət qeydiyyatına alınıb

“Barselona”nın futbolçusu məscid tikdirəcək
18.07.2018, 19:27

“Barselona”nın futbolçusu məscid tikdirəcək

Vətəndaşlıq Məsələləri Komissiyasının tərkibi dəyişdirilib
18.07.2018, 19:16

Vətəndaşlıq Məsələləri Komissiyasının tərkibi dəyişdirilib

“Avroviziya”ya ilkin razılıq verən ölkələr müəyyənləşdi
18.07.2018, 19:06

“Avroviziya”ya ilkin razılıq verən ölkələr müəyyənləşdi

Trampın istəyi: Daha bir ölkə hərbi xərclərini artırır
18.07.2018, 19:00

Trampın istəyi: Daha bir ölkə hərbi xərclərini artırır

Aleksis Sançes ABŞ-a buraxılmadı
18.07.2018, 18:49

Aleksis Sançes ABŞ-a buraxılmadı

Xəzərdə 58 yaşlı kişi boğulub
18.07.2018, 18:42

Xəzərdə 58 yaşlı kişi boğulub

ANAMA 20 il ərzində 53 min ha ərazini minalardan təmizləyib
18.07.2018, 18:30

ANAMA 20 il ərzində 53 min ha ərazini minalardan təmizləyib

İlham Əliyev: "Azərbaycan öz sənaye potensialını müasirləşdirir, gücləndirir"
18.07.2018, 18:20

İlham Əliyev: "Azərbaycan öz sənaye potensialını müasirləşdirir, gücləndirir"

Məmmədyarov italiyalı həmkarı ilə görüşüb          
18.07.2018, 18:10

Məmmədyarov italiyalı həmkarı ilə görüşüb      

“Asan nömrə”lərin aylıq ödənişi niyə artırıldı? - Azercell AYDINLIQ GƏTİRDİ
18.07.2018, 18:01

“Asan nömrə”lərin aylıq ödənişi niyə artırıldı? - Azercell AYDINLIQ GƏTİRDİ

Saakaşvilinin appelyasiya şikayəti qəbul olunmadı
18.07.2018, 17:55

Saakaşvilinin appelyasiya şikayəti qəbul olunmadı

Bu il Bakıda 40 min piyada cərimələnib
18.07.2018, 17:47

Bu il Bakıda 40 min piyada cərimələnib

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
18.07.2018, 17:34

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

Nazpəri Dostəliyeva fəlsəfə doktoru oldu
18.07.2018, 17:30

Nazpəri Dostəliyeva fəlsəfə doktoru oldu

İtaliya prezidentinin Bakı səfəri Azərbaycana nə verə bilər? - ŞƏRH  
18.07.2018, 17:04

İtaliya prezidentinin Bakı səfəri Azərbaycana nə verə bilər? - ŞƏRH  

Bakıda daha bir ərəb turist oteldə öldü - FOTOLAR
18.07.2018, 16:52

Bakıda daha bir ərəb turist oteldə öldü - FOTOLAR

ARXİV