21 sentyabr 2017, Cümə axşamı
Ana Səhifə - MEDİA - Rəsulzadənin orijinal əsərləri, 136 yaşlı qəzet - “Mətbuat muzeyi”ndən REPORTAJ
Rəsulzadənin orijinal əsərləri, 136 yaşlı qəzet - “Mətbuat muzeyi”ndən REPORTAJ +
14.07.2017, 09:37

Bir neçə gündən sonra Azərbaycan milli mətbuatının yaranmasının növbəti ildönümü qeyd olunacaq. 1875-ci il iyulun 22-də “Əkinçi”nin çapı ilə Qafqazda ilk müsəlman-türk qəzeti fəaliyyətə başladı. Bu, Azərbaycan ictimai-fikir, maarifçilik tarixində əsl inqilab hesab edilir.

Jurnalistika tariximizin öyrənilməsi həm də xalqın qaranlıqdan işığa  doğru gəldiyi (yaxud, hələ də  gəlməkdə olduğu) yolun tədqiqidir. Bu işdə dəridən-qabıqdan çıxan insanlardan biri də “Şərq” qəzetinin baş redaktoru,  mətbuat tarixçisi Akif Aşırlıdır. Yazdığı bir çox dəyərli kitablarla birlikdə onun yeni ideyası – Mətbuat Muzeyi-də bu istiqamətdə görülən önəmli işlərdən hesab olunmalıdır.

Akif Aşırlı və kollektivinin “Şərq” qəzetinin o qədər də geniş olmayan redaksiyasında min bir zülümlə ərsəyə gətirdiyi “Mətbuat Muzeyi”nin iyulun 22-də açılışı olacaq.

Lakin Modern.az olaraq, Azərbaycan jurnalistikasında ilk sayılan muzeydə olub, Akif müəllimlə söhbətləşdik. Araşdırmaçı əvvəlcə ideyanın yaranma tarixçəsindən danışdı:

- Hazırda  çoxlu sayda müxtəlif istiqamətli dövlət muzeylərimiz fəaliyyət göstərirlər. Lakin istəyirik ki, mətbuat muzeyi də yaradılsın. İstanbulda olarkən, ayrı-ayrı vaxtlarda  iki dəfə “Mətbuat muzeyin”ə baş çəkmişəm. Mətbuat Şurasının sədri Əflatun Amaşovla birlikdə də orada olmuşuq. Həmin anda məndə belə bir fikir yarandı ki, ölkəmizdə də bu tipli muzeyə ehtiyac var. Müxtəlif vaxtlarda mətbuat muzeynin yaradılması haqda fikirlər səsləndirilib. Belə düşündüm ki, muzey yaradılana qədər əvvəcə  qəzet redaksiyası daxilində mətbuat qalereyası formalaşdıraq, daha sonra bu istiqamətdəki fəaliyyətimizi genişləndirək. Muzey elə bir mexanizmdir ki, orada işıqlandırmadan tutmuş, sənədlərin, eksponatların qorunma üsuluna qədər- hər şeyə diqqət etmək lazımdır. Bu da təbii ki, yalnız dövlətin həyata keçirə biləcəyi böyük strukturun işidir. Biz “Şərq” qəzetinin redaksiyası  daxilində mətbuat muzeyinin yaradılmasına  təməl kimi yanaşdıq.

Uzun müddətdir ki, mətbuat tarixinin təqdimi ilə məşğulam. Bir neçə ali məktəbdə bu kursla bağlı müharizələr oxumuşam, BDU-nun jurnalistika fakültəsində dərs demişəm. İki cildlik “Azərbaycan mətbuatı tarixi”ni yazmışam. Bu işləri gördüyüm müddətdə mətbuat tariximizə aid eksponatlar yığırdım. Anadilli yazılı abidələrimizin müəyyən nüsxələrini toplayırdım. Bütün bunları yığan zaman da belə fikirləşirdim ki, nə zamansa bunlar bir eksponat şəklində gələcək işlərimizdə çox gərəkli ola bilər. Redaksiyamızdakı “Mətbuat tarixi qalareyası”nın timsalında  bir növ, Azərbaycan mətbuat tarixinin guşəsini yaratdıq. Bu layihəyə görə mətbuatımızın bünövrəsini qoyan və onun inkişafına çalışan 15-ə yaxın maarifçilərimizin, ədiblərimizin portretləri yaradıldı. Bu işdə peşəkar rəssamların böyük əməyi oldu. Portretləri Türkiyə və Azərbaycanda çox tanınan Nəvai Mətin və gənc rəssam Vasif Səftərov  hazırladılar. M.Ə.Rəsulzadənin Ə.Ağaoğlunun və Nəsir İmanquliyevin portretlərini isə fərqli rəssamlar çəkib. Topladığımız materiallardan əksəri orijinal eksponatlardır. Onların bir qismini yerləşdirsək də bir qismi qalıb. Bunların içərisində həm qəzetlər, həm də jurnalistlərə aid materillar var. İyulun 22-sinədək layihənin açılışını düşünürük.

- Fikrinizcə, Azərbaycan mətbuat tarixinin ən fəal, qaynar dövrü hansıdır və muzeyinizdə həmin dövrə aid nələr qorunur?

- 1875-ci ildən 1918-ci ildə Azərbaycanda 45 adda mətbu orqan fəaliiyət göstəibsə, 2 illik Cümhuriyyət dövründə bu rəqəm 180-ə çatmışdı. Müsəlman Şərqinin ilk demokratik respublikası olan AXC dövründə jurnalistikaya verilən azadlıqlar həmən hiss olunur. Həmin prosesdə iştirak edən insanlar və onların ideyaları bir otağa sığmaz. Amma biz məcburiyyətdən bu dövrün və mühacirət illərinin jurnalistikasını bircə otağa sığdırmağa borcluyuq. Çünki işimizi belə qruplaşdırmışıq: Mətbuat tariximizin hər dövrü redaksiyamızın müəyyən hissəsində öz yerini tapacaq. Doğrudur, bu bir az çətindir; çünki istənilən dövrə aid eksponatlar, nümunələr həm redaksiyanın açıq dəhlizinə, həm də ayrı-ayrı otaqlara sığışan deyil. Amma dediyim kimi, bu hələ başlanğıcdı. Cümhuriyyət dövrünə aid orjinal qəzet və jurnallar var. Mühacirət dövrünün materiallarının əksəri isə orjinaldır.

- Akif müəllim,  muzeydəki eksponatların toplanması gərgin zəhmətlə yanaşı, yaxşı maliyyə də tələb edir. Elə nüsxələr, eksponatlar olur ki, onların orijinalı üçün kifayət qədər çox pul tələb edilir. Məhdud imkanlar çərçivəsində bunu etmək nə dərəcədə çətindir? Yaxud, bunu necə edə bilirsiz?


- “Kəşkül” 1884-cü ildə bağlanandan sonra  1903-cü ilə qədər bizim anadilli mətbuatımız yox idi. İnformasiya təminatımızı qismən də olsa, Krımdakı  “Tərcüman” qəzeti öz öhdəsinə götürmüşdü. Bu müddət anadilli mətbuatımızın öləzidiyi dövrdü. “Əkinçi” qəzetinin ilk nüsxələrinin orijinalını təbii ki, indiki halda tapmaq mümkün deyil. Onu ancaq kətan üzərində köçürməklə müəyyən orijinallıq əldə etməyə çalışdıq. Amma “Ziya” qəzetinin orijinal nömrəsi var; 136 yaşlı eksponatdır. Muzeydə heç bir kitabda çap olunmayan heç bir yerdə işıqlanmayan sənədlər və onların fotosürətləri var. Bilirsiz, işin həcmi həddindən artıq böyükdü. Sadəcə, maliyyə dayanıqlığı olmayanda, lazımı maddi dəstək tapılmayanada işləməkdə müəyyən qədər çətinlik yaranır.  Amma çox sağ olsunlar, bu ideyanı həyata keçirməkdə mənə 3 nəfər dəstək oldu: Xalq şairi Nəriman Həsənzadə həm maddi, həm mənəvi köməyini əsirgəmədi. Hamı bilir ki, kimsədən maddi dəstək ummayan insanam. Sadəcə, bir dəfə zəng etmişdi ki, nə işlə məşğulsan. İdeyamız barəsində ona danışdım. Dedim ki, Nəriman müəllim, biz  belə bir iş görürük, siz də uzun illər “Ədəbiyyat və İncəsənət” qəzetinin baş redaktoru olmusuz. Bizə lazım olan sənədlərdən, orijianl nüsxələrdən bəlkə sizdə nəsə ola? Sabahısı gün zərfin arasında özünün aylıq prezident təqaüdünü göndərmişdi. Mən imtina edib, geri qaytarmaq istədim. Dedi ki, sənin gördüyün iş çox böyükdü, əvəzsizdir, ola bilsin, fərqində deyilsən. Bu da qismən bir köməkdir.

İkinci dəstəyi deputat Cavanşir Feyziyev verdi. C.Feyziyev bir çoxlarında olmayan milli mənliyə, kimliyə sahib insandır. Belə məsələlərə həssas yanaşır, kömək edir. O da mənə maddi-mənəvi dəstəyini göstərdi. Şair Mikayıl Bozalqanlı da 4 portreti (M.Şaxtaxtlı, Ə.Hüseynzadə, M.Hadi, Ü.Hacıbəyli) alaraq bizə köməklik göstərdi. Mən bu insanların hər birinə öz dərin təşəkkürümü bildirirəm.

"Xalq qəzeti"nin baş redaktor müavini Tahir Aydınoğlu elə ilk gündən bizə öz dəstəyini göstərdi. Keçmiş "Kommunist" qəzetinə aid qiymətli sənədlər və 1990-cı illərin müxtəlif qəzetlərin nümunələrini bağışladı. Qocaman jurnalist, uzun müddət "Azərbaycan qadını" jurnalının məsul katibi olmuş Sabir Gəncəli xeyli qiymətli sənədlər, fotolar verdi. Eksponatlar arasında Azərbaycanın ilk peşəkar qadın jurnalisti Şəfiqə Əfəndizadənin kitabçası da var. "İşıq" qəzetinin redaktoru Xədicə xanım Əlibəyovanın nəvəsi nənəsinə aid bir neçə orjinal fotoşəkil, qəzet nümunələri, sənədlər təqdim edib. Məşhur jurnalistimiz Osman Mirzəyevin masaüstü yazı dəsti də Lalə Osmanqızı tərəfindən verilib. Mətbuat tarixçisi Şamil Qurbanova da aid əşyalar var. Çox ekspokatlar qorunur. Peşəkar  poliqrafçı Şəddat Cəfərov da bizə bir çox sənədlər, 60-cı illərə aid diktofon verib. Həmkarlarımız kolleksioner Ruslan Rəhimov da muzeyə 1920-ci illərdə nəşr olunan divar qəzeti, Dilqəm Əhməd də mühacirət mətbuatına aid bir nüsxə "Azərbaycan" jurnalı bağışlayıb. Hələ muzeyin açılışını etməmişik, amma maraqlı qonaqlarımız olub.

Yusif Vəzir Çəmənzəminlinin nəvəsi Leyla Vəzir, bir müddət "Azərbaycan" qəzetinin baş redaktoru olan Xəlil İbrahimin qızı Güllər İbrahimova, Ünsizadələr nəslinin davamçısı Zaur Ünsizadə qonağımız olub, bizə sənəd, fotoşəkillər hədiyyə ediblər.


- Yaratdığınız muzeydə oxucular üçün xüsusi ilə fərqləndirmək istədiyiniz hansı məqamlar var?

- Hələ ki, işlər davam edir. Əsas məqsədimiz bütün bu işləri Milli Mətbuat gününə qədər bitirməkdi. Türkiyədən orijinal qəzet nüsxələri almışıq, bir qismlərini də sifariş vermişik. Xaricdə qəzetlərimizin orijinal sayları çoxdu. Bəzən elə düşünülərlər ki, əgər bu mətbuat tarixidirsə, burada “Molla Nəsrəddin” yaxud, “Əkinçi”nin bütün nüsxələri olsun. Amma heç bir muzeydə bunu etmək mümkün deyil. Muzey dövlət səviyyəsində formalaşıb, maliyyələşsə belə,   orada yaşı 150-ə yaxınlaşan hər hansı mətbu orqanın bütün saylarını kompaktlaşdırmaq mümkün olmayacaq. Bizdə “Molla Nəsrəddin”in 12 orijinal nömrəsi qorunur.

Həmçinin, mətbuatımızın ilk aydınlarının-Həsən bəy Zərdabi, Məhəmməd ağa Şahtaxtinski, Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Üzeyir bəy Hacıbəyli, Mirzə Ələkbər Sabir, Xəlil İbrahimin, Xədicə xanım Əlibəyovanın, Şəfiqə xanım Əfəndizadənin portretləri var. Bilirsiz onların hazırlanması üçün çox vaxt lazımdı.  Amma biz tez bir müddətdə hamısını ərsəyə gətirdik. Həmin portretlərin hamısı muzeyə əlavə rəng qatır. Çünki mətbuatımızı müəyyən dövrləri məhz onların adı ilə bağlıdır; biri romantik jurnalistika məktəbini, digəri realist-satirik istiqamətin əsasını qoyub. Bir başqası XX əsrin ilk anadilli qəzetini yaratmaqla, o biri isə jurnala rəhbərlik edən ilk qadın olmaqla ilklərə imza atıblar. Redaksiyanın dəhlizində bu dövrləşməni  izləyicilər də görəcəklər.


- Onlardan əvvəl, muzeydəki sistemlilikdən, dediyiniz dövrləşmədən biz danışaq...

- Redaksiyanın 5 otağı var. Biri jurnalistlərin oturduğu əsas yaradıcı otaqdı. Onu Azərbaycan Xalq Cümhuiyyəti dövrünün mətbuatına həsr edəcəyik. Başqa otaqda 1905-18-ci illər mətbuatına aid eksponatlar, fotosürətlər olacaq. Qəbul otağını isə “Molla Nəsrəddin”çilərlə,  füyuzatçılara aid eksponatlar bəzəyəcək. Elə siz də baxa bilərsiz, həmin guşənin bir tərəfində Mirzə Cəlilin, digər tərəfondə isə Əli bəy Hüseynzadənin möhtəşəm potrtetləri var. Bu həm də XX əsrin əvvəllərindəki düşüncə savaşının, həqiqəti  hansı yolla əks etdirmək rəqabətinin bir göstəricidir.

Girişdə isə ziyarətçiləri iki şəxsiyyət qarşılayacaq: Həsən bəy Zərdabi və Heydər Əliyev... Ümummilli lider Heydər Əliyevin vaxtında Azərbaycan mətbuat tarixinin bir inkişaf mərhələsi başladı. Mətbuata münasibət yaxşı mənada dəyişdi. Bu jurnalistlərin sosial rifahında da özünü göstərdi. Biz bir  stendi də ona həsr etmişik. O stenddə ümumlii liderlə bağlı kitablar, onun mətbuatla münasibətini əks etdirən materiallar, fotolar var.

Gələcək planlarımızdan biri də odur ki, biz xüsusi  video roliklər hzırlayaq. Onarın vasitəsilə xaricdəki həmvətənlərimiz də buranı “ziyarət etsinlər”. Mənə bəzən, xaricdən yaşayan qələm sahibləri zəng vurub mətbuat tariximizlə bağlı suallar verirlər, müxtəlif dövrlərdə yazılan kitablarla maraqlanırlar. Bu muzey sayəsində qaranlıq qalan məqamlara aydınlıq gətiriləcək. Xaricdə yaşayan həmvətənlərimiz də  sistemli şəkildə informasiya əldə edə biləcəklər.

- Akif müəllim, inşallah iyulun 22-nə qədər nəzərdə tutduğunuz sistemli dövrləşməni həyata keçirərsiniz. Amma mətbuat tariximizin “Qızıl dövrü” olan 13 il var - 1905-1918-ci illər... Bu ildə mətbuatımızda nə yeniliklər baş verdi?

- Bu dövrə aid orijinal eksponatlar azlıq təşkil edir. Məsələn,"Şərqi-rus", ”Şəlalə”,” “Dirilik” jurnallarının bəzi orijinal nüsxələrini əldə etmişik. Çox təəssüf ki, o dövr mətbuatının şah əsərlərindən olan “Həyat” və “İrşad” ın orijinal nüsxələrini əldə etmək mümkün deyil. Əvvəllər mümkün idi, mən də o zaman alıb Mətbuat Şurasına gətirmişdim. Müraciət etmişik, ola bilsin, bizə qaytarsınlar. Amma dediyiniz dövrün jurnalistləri ilə bağlı təbii ki, eksponatlar olacaq. Orijianl olmasa da belə, müəyyən qədər foto, onlara aid arxiv materiallarının sürətləri olacaq. Sadəcə, çox işləməliyik ki, iyulun 22-nə qədər bu işləri çatdıraq. Türkiyə ilə də çox ciddi əlaqəmiz var. Elektron hərrac saytlarını mütəmadi olaraq izləyirəm. Satışa çıxarılan bizə aid materiallarla maraqlanıram. Bizim də kolleksiyaçılarımız var. Amma bir məsələ də var: mən Türkiyədə olanda həmişə düşünürdüm ki, niyə bizim mətbaut tariximizin şəxsiyyətlərinə aid materiallar yoxdu. Axı onların müəyyən hissəsinin həyatlarının çoxu Türkiyədə keçib. Əslində, bu mətbu nümunələrin əksəri 1995-ci ilə qədər açıq satışda olub.  Kimlərəsə aid nümunələr satışa çıxarılıb. Amma 1995-ci ildən sonra yığışdırılıb. Əksəriyyətini də Türkiyənin araşdırmaçıları alıb. Bu gün də qardaş ölkənin alimləri bizim mətbuat tariximizi, onun simalarını bizdən yaxşı araşdırır. Mühacirət dövrü Azərbaycan mətbuatı ilə bağlı xeyli materialları Türkiyədən alıb gətirmişəm. “Odlu yurd”,  “Azəri türk”, "Yeni Qafqaziyyə", "Türk amacı", "Türk izi" və başqa dərgilərinin müəyyən sayları artıq əlimizdədir. Bəzilərini isə əldə etmək üçün maddi vəsait lazımdır. Hər birisinin öz qiyməti var. Amma onların hər biri tarixdir. Lakin biz o materialları mütləq gətirməliyik. Bu da bir qəzet redaktorunun əlindən gələsi məsələ deyil. İmkanlarımız heç o materialların 10 faizini almağa çatmır.

M.Ə.Rəsulzadənin əsərlərindən bir neçəsinin orijinalı da bizdə var: “Rusiyada aiyasi vəziyyət”, “Əsrimizin Səyavuşu”, “Azərbayvan şairi Nizami”... Muzeyimiz üçün çox dəyərli eksponatlardır. Həmçinin,  Əhməd bəy Ağaoğlunun orijinal əsərləri də nümayiş olunur. Onunla bağlı xeyli orijinal sənədləri şəxsən özüm Türkiyədən gətirdim. Onlar da ilk dəfə burada göstəriləcək. Əli bəy Hüseynzadənin məktublarını da vaxtilə Əli Yavuz Akpınarın sayəsində əldə etmişəm. Onlar da indi muzeyimizdə qorunur. Bir sözlər,  çalışacağıq ki, bura çox məzmunlu olsun.


- Akif müəllim, sizcə muzey jurnalistikamızda olan hansı mənəvi-ideoloji boşluğu doldura biləcək?

- Jurnalistikamız haqqında bəzən, mənfi fikirlər də səsləndirilir. Bunu aradan qaldırmağın yolu bu ənənələrə sədaqət göstərməkdir. Məsələn, Əli bəy Hüseynzadəni tanımayan jurnalist, qələm əhli milli məsələdə hər zaman axsayacaq.

Ayrı-ayrı muzeylərə gedirik. Bu yaxınlarda Cəlil Məmmədquluzadənin ev-muzeyi bizi qonaq  dəvət elədi. Orada muzeyin direktoru bizə dedi ki, sizin muzeyin açılışından sonra biz ora gəlib, səyyar sərgi təşkil edəcəyik. Bu layihə Üzeyir Hacəbəyli, Mirzə Ələkbər Sabir  kimi şəxsiyyətlərin ev-muzeyləri arasında da ola əla olar.

Mətbuat tariximiz mədəniyyət, siyasət, düşüncəmizin  inkişafı tarixidir. Tarix həm də mətbuatda yaşayır. Məhz buna görə də mətbuat tarixinə münasibət yaxşı mənada dəyişməlidir.

 

Elmin Nuri

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İraqda İŞİD-ə qarşı əməliyyat başladı
21.09.2017, 21:27

İraqda İŞİD-ə qarşı əməliyyat başladı

Bərzani Makronun xahişini rədd etdi
21.09.2017, 21:14

Bərzani Makronun xahişini rədd etdi

Hərəkət olmayan yolda sürücülər CƏRİMƏLƏNİR - VİDEO
21.09.2017, 20:59

Hərəkət olmayan yolda sürücülər CƏRİMƏLƏNİR - VİDEO

Göyçay sakini özünü kanala atıb intihar etdi
21.09.2017, 20:45

Göyçay sakini özünü kanala atıb intihar etdi

QHT-hökumət münasibətləri mövzusunda regional konfrans keçirib
21.09.2017, 20:31

QHT-hökumət münasibətləri mövzusunda regional konfrans keçirib

"Harvi" qasırğası 593 milyon dollar ziyan vurdu
21.09.2017, 20:14

"Harvi" qasırğası 593 milyon dollar ziyan vurdu

Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları  qəbul edib - FOTO
21.09.2017, 20:02

Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları  qəbul edib - FOTO

Lütfizadənin cənazəsinin Bakıya gətirilməsi 7-10 gün çəkə bilər
21.09.2017, 19:53

Lütfizadənin cənazəsinin Bakıya gətirilməsi 7-10 gün çəkə bilər

Tovuzda 11 yaşlı qız qoz ağacından yıxılıb
21.09.2017, 18:57

Tovuzda 11 yaşlı qız qoz ağacından yıxılıb

Buraxılış və qəbul imtahanları ilə bağlı YENİLİKLƏR
21.09.2017, 18:42

Buraxılış və qəbul imtahanları ilə bağlı YENİLİKLƏR

Avropa Xəbər Agentlikləri Alyansının Belqrad konfransı başa çatıb
21.09.2017, 18:35

Avropa Xəbər Agentlikləri Alyansının Belqrad konfransı başa çatıb

Nazirlər Kabineti 2018-ci ilin dövlət büdcəsini müzakirə edib
21.09.2017, 18:20

Nazirlər Kabineti 2018-ci ilin dövlət büdcəsini müzakirə edib

Qadın və sevgi niyə adiləşib: Dünya artıq “LEYLİ və MƏCNUN” nağılına inanmır   
21.09.2017, 18:18

Qadın və sevgi niyə adiləşib: Dünya artıq “LEYLİ və MƏCNUN” nağılına inanmır  

Azad Cavadov: “Axmaq adamlardır, mənə şər-böhtan atırlar” - EKSKLÜZİV
21.09.2017, 18:15

Azad Cavadov: “Axmaq adamlardır, mənə şər-böhtan atırlar” - EKSKLÜZİV

İlham Əliyev Mali prezidentini təbrik edib
21.09.2017, 18:13

İlham Əliyev Mali prezidentini təbrik edib

Rektor təsdiqlədi: Dərsə hicablı tələbələr buraxılmır
21.09.2017, 18:05

Rektor təsdiqlədi: Dərsə hicablı tələbələr buraxılmır

Atalığından hamilə qalan 12 yaşlı qızın körpəsi öldü  
21.09.2017, 17:52

Atalığından hamilə qalan 12 yaşlı qızın körpəsi öldü  

Bakı-Sumqayıt marşrutunda REYD: 24 avtobus saxlanıldı
21.09.2017, 17:41

Bakı-Sumqayıt marşrutunda REYD: 24 avtobus saxlanıldı

Şadlıq evlərindən telefon oğurlayan saxlanıldı - FOTOLAR
21.09.2017, 17:34

Şadlıq evlərindən telefon oğurlayan saxlanıldı - FOTOLAR

Azərbaycanda yeni cəza növü yaradılır - Təqsirləndirilən şəxs cəzasını evində çəkəcək   
21.09.2017, 17:33

Azərbaycanda yeni cəza növü yaradılır - Təqsirləndirilən şəxs cəzasını evində çəkəcək  

Tramp Səudiyyə Ərəbistanını Qətərlə müharibədən çəkindirib
21.09.2017, 17:26

Tramp Səudiyyə Ərəbistanını Qətərlə müharibədən çəkindirib

Yazıçılar Birliyi “26" kafesinin yerini icarəyə verməyəcək  - AÇIQLAMA   
21.09.2017, 17:22

Yazıçılar Birliyi “26" kafesinin yerini icarəyə verməyəcək  - AÇIQLAMA  

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
21.09.2017, 17:17

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Tofiq Məliklidən təhsil nazirinə AÇIQ MƏKTUB: “Təcili həll etməyimiz lazımdır”   
21.09.2017, 17:11

Tofiq Məliklidən təhsil nazirinə AÇIQ MƏKTUB: “Təcili həll etməyimiz lazımdır”  

İraq kürdləri referendumun vaxtını dəyişməyə hazırdı
21.09.2017, 17:09

İraq kürdləri referendumun vaxtını dəyişməyə hazırdı

Elton Məmmədov bacısının işdən çıxarılması haqda danışdı   
21.09.2017, 16:52

Elton Məmmədov bacısının işdən çıxarılması haqda danışdı  

Müdafiə Nazirliyinin Kollegiyası: “Ali Baş Komandanın BMT-dəki fikri ordumuz üçün əmrdir”
21.09.2017, 16:50

Müdafiə Nazirliyinin Kollegiyası: “Ali Baş Komandanın BMT-dəki fikri ordumuz üçün əmrdir”

Azərbaycanlı zəvvarlar heç bir problem yaşamayıb - AÇIQLAMA
21.09.2017, 16:35

Azərbaycanlı zəvvarlar heç bir problem yaşamayıb - AÇIQLAMA

Dadandısa, quduracaq
21.09.2017, 16:31

Dadandısa, quduracaq

Pambıq yığımına aparılan tibb işçiləri - Səhiyyə Nazirliyindən qəza ilə bağlı AÇIQLAMA
21.09.2017, 16:24

Pambıq yığımına aparılan tibb işçiləri - Səhiyyə Nazirliyindən qəza ilə bağlı AÇIQLAMA

Gəmi sürücüləri  də sürücülük vəsiqəsi almalı olacaqlar
21.09.2017, 16:18

Gəmi sürücüləri  də sürücülük vəsiqəsi almalı olacaqlar

Nazirlər Kabinetində iki yeni şöbə müdiri təyin edildi   
21.09.2017, 16:12

Nazirlər Kabinetində iki yeni şöbə müdiri təyin edildi  

Ermənistanda biznesmenə “milli qəhrəman” adı verildi
21.09.2017, 16:08

Ermənistanda biznesmenə “milli qəhrəman” adı verildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri aksiya keçirilən məktəbə gəldi   
21.09.2017, 15:45

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri aksiya keçirilən məktəbə gəldi  

Yol polisi piyadaları məsuliyyətsizlikdə suçladı
21.09.2017, 15:40

Yol polisi piyadaları məsuliyyətsizlikdə suçladı

ARXİV
SORĞU
Məhərrəmliyin əsas şərtlərini qəbul edirsiniz?
- Bəli qəbul edirəm və Kərbəla şəhidlərinə mütləq yas saxlayacam (47.3%)
- Məhərrəmliyin şərtləri yalnız şiələr üçündür(8.06%)
- Bu şərtlərin heç birini qəbul etmirəm(12.3%)
- Məhərrəmlık əsl İslama ziddir(32.2%)