22 noyabr 2017, Çərşənbə axşamı
Ana Səhifə - MƏDƏNİYYƏT - 63 yaşlı Angela Merkel - Maraqlı siyasətçi haqqında ƏN MARAQLI FAKTLAR
63 yaşlı Angela Merkel - Maraqlı siyasətçi haqqında ƏN MARAQLI FAKTLAR
17.07.2017, 23:06

Bu gün Almaniya kansleri Angela Merkelin 63 yaşı tamam olur. Almaniyanın ilk qadın kansleri olan Merkel dünyanın siyasi müstəvisində kifayət qədər ciddi və populyar fiqur kimi qəbul olunur. Bəlkə də elə buna görədir ki, nüfuzlu siyasətçi “Boz mirvari”, “Sakit güclü”, “Helmut Kolun qızı” kimi qeyri-rəsmi titullara da sahibdir.

Modern.az saytı Angela Merkellə bağlı ən maraqlı faktları təqdim edir.     

Qərb mətbuatının yazdığına görə, ona “Hitlerin qızı” da deyirlər. Ciddi, yaxud qeyri-ciddi səslənsə də, yazılanlara görə Merkel fürerin dondurulmuş spermalarından doğulub. Məqsəd Fürerin davamçılarının sayının artırılması olub. Hitlerin “doğulan” gələcək siyasətçi qızının suroqat anası isə Fürerin sevgilisi Eva Braunun kiçik bacısı Marqaret Feqeleyn olub. Təbii ki, bunu almanlar zarafat kimi qəbul etsələr də, bu haqda ciddi fikirlər irəli sürənlər də var.

Angela Merkelin məktəb illərində ən çox sevdiyi fənn rus dili olub. O, 1968-ci ildə 14 yaşında olarkən Moskva şəhərində rus dili fənni üzrə olimpiadaının qalibi adını qazanıb. Xanım kansler bu gün də rus dilində sərbəst danışır.

Merkel 36 yaşında Helmut Kol kabinetinin ən cavan naziri olub. Onun gözlənilmədən Qadın və gənclərin işi üzrə nazir təyin olunmasından sonra Angela Merkeli “Kolun qızı” adlandırıblar.

İxtisasca fizik olan siyasətçi xanım Karl Marks adına Universitetdə dissertasiya işini müvəffəqiyyətlə müdafiə edib. Fizika elminə qarşı həvəsli olan Merkel gələcəyin fiziklərinə qarşı da maraqlı olub. Belə ki, o öz gələcək yoldaşını elmi axtarışları zamanı tapıb. Angela Mekler 1977-ci ildə fizik həmkarı Ulrixlə ailə həyatı qurub. Ancaq bu nikah çox da uzun sürməyib. Beş ildən sonra onlar ayrılıblar. Merkel bu nikah haqqında fikirlərini ictimaiyyətdən gizlətməyib:

“Biz ailə həyatı qurduq. Ona görə bunu etdik ki, hamı evlənir və biz də bunu zəruri saydıq. Mən bu nikaha lazım olan ciddiliklə yanaşmamışdım. Daha dəqiq ifadə etsəm yanılmışdım”.


Cütlüklər ayrıldıqdan sonra onlara birgə məxsus olan əmlakı bölüşdürüblər. Bu bölgüdə mebel Ulrixə, paltaryuyan maşın isə Merkelin payına düşüb. Keçmiş həyat yoldaşından Angelaya qalan ən böyük pay isə onun soyadı Merkel olub. Angela Merkel ikinci dəfə ailə həyatı quranda da birinci həyat yoldaşının soyadını, indi dünyada məşhur olan Merkel soyadını dəyişməyib.

Angela Merkel ikinci dəfə də şəxsi həyatını elm adamı ilə bağlayıb. 18 il mülki nikahdan sonra 1998-ci ildə Merkellə kvan kimyası üzrə dünya şöhrətli alim İoaxim Zauer nikahlarını rəsmiləşdiriblər.

Merkelin övladları yoxdur, o bu illər ərzində ana olmaq səadətini yaşamayıb. Müsahibələrinin birində siyasərçi xanım bu haqda fikirlərini belə bölüşüb:

“Əlbəttə, mən də hər bir qadın kimi ana olmaq haqqında düşünmüşəm. Ancaq alınmayıbsa nə etməli? Ciddi siyasətə gəldikdən sonra isə bu haqda düşünməkdən belə vaz keçmişəm”.

Almaniya kanslerini fəaliyyətində maraqlı məqamlardan biri də SMS-lərə üstünlük verməyidir. Gün ərzində onlarla SMS alan, bu vasitə ilə yazışan, böyük səbrlə yazdıqlarının cavabını gözləyən Merkel mobil telefonunu səssiz rejimdə işlədir. Onun SMS-lərə olan marağı nəzərə alınaraq, alman məmurlarının əsas ünsiyyəti bu vasitə ilə baş tutur.

Dünya siyasətində mübariz, qorxmaz siyasətçi kimi tanınan Angela Merkelin çəkinəcək yeri də var. 1995-ci ildə velosipedlə gəzintidən gələrkən qonşusunun iti onu dişləyib. Bu hadisədən sonra Merkeldə bu heyvana qarşı qorxu yaranıb. Hazırda kansler xarici səfərlərə gedərkən mühafizə xidməti həmin ölkələrə bu haqda əvvəlcədən xəbərdarlıq edir ki, Angela Merkelin olduğu yerlərdə it olmamalıdır. Bu xəbərdarlığa baxmayaraq 2007-ci ildə Vladimir Putin Angela Merkeli öz yay iqamətgahına dəvət edərkən mətbuat üçün şəkil cəkdirən zaman Putinin sevimli iti otaqda peyda olub. Bu Almaniya kanslerini o dərəcədə qorxudub ki, hətta o özünü itirib. Bu hadisə Amerika mətbuatında öz əksini belə tapıb:


“Vladimir Putin Almaniya səfərlərinə həmişə öz itini də aparır. Çünki o yaxşı bilir ki, Angela Merkel itdən qorxur. İki siyasətçi şəkil çəkdirən zaman itin onların yanında peyda olması da təsadüfi deyil”.

Angela Merkel cəmiyyətin arasında olmağı sevən siyasətçidir. O, çox vaxt adi alman vətəndaşları kimi lazım olan ərzaqları marketdən özü alır.

Almaniya kansleri səhərlər nanəli çay içməyi sevir. Alkoqollu içkilərdən isə pivəyə üstünlük verir.

Nazir olduğu vaxtlar günə bir qutu siqaret çəkən Merkel sonradan bu vərdişindən əl çəkib.


Siyasətçi xanımın xidməti avtomobili “Audi”, şəxsi maşını isə “Volkswagen Golf”dur.

Merkelin qarderobunda çox az sayda ətək və paltar tapmaq olar. O daha çox şalvarlı kostyumda görünməyi xoşlayır. Zinyət əşyalarına maraq göstərməyən siyasətçi xanım qolbağı, sırğa taxmağı sevmir. Kosmetik vasitələrdən çox az miqdarda istifadə edən Merkel təbii görünməyin tərəfdarıdır.

Xanım Kansler xidməti mənzildən imtina edib. O, Berlinin mərkəzində çoxmərəbəli binanın dördüncü mərtəbəsində yerləşən şəxsi mənzilində yaşayır.

Angela Merkelin əsas hobbisi kiçik bağçasında əkdiyi gül-çiçəyə həvəslə qulluq etməkdir. Futbol azarkeşliyində isə kişilərdən heç də geri qalmır.


O mükəmməl siyasətçi olmaqla yanaşı, mətbəxdə də özünü səriştəli xanım kimi göstərməyi bacarır. Qonaqlarını həmişə tox yola sala bilən Merkel kartof şorbasını və balıq xörəklərini daha dadlı hazırlayır.

Çox az tapılan asudə vaxtını xanım siyasətçi səmərəli keçirir. O həyat yoldaşı və dostları ilə teatra və konsertlərə getməkdən xüsusi zövq alır.

Angela Merkel illik ümumi qazancından vaxtlı-vaxtında vergi ödəməyi vətəndaşlıq borcu sayır.

Məzuniyyətini dağlarda keçirməyi sevən Merkel istirahəti üçün lazım olan vəsaiti öz şəxsi büdcəsindən sərf edir.

Şöhrətpərəstlik sadə həyat tərzini sevən Angela Merkelin xarakterinə yad olan bir şeydir. Həyatının rahatlığını dəbdəbəli villalarda, bahalı yaxtalarda görən insanları Merkel qəbul edə bilmir. Öz rahatlığını isə günəşli bir havada, kiçik bir qayıqda dənizin dərinliklərinə üzüb bir neçə anlığa olsa da səsli-küylü həyatdan təcrid olmaqda görür.


İlham Cəmiloğlu

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Afinada XIII Ali səviyyəli toplantı öz işinə başlayıb
22.11.2017, 16:59

Afinada XIII Ali səviyyəli toplantı öz işinə başlayıb

Ziyafət Əsgərov Bakı-Astara dəmir yolunun köçürülməsini istədi
22.11.2017, 16:54

Ziyafət Əsgərov Bakı-Astara dəmir yolunun köçürülməsini istədi

Milli Məclisdə maliyyə amnistiyası təklif edildi   
22.11.2017, 16:50

Milli Məclisdə maliyyə amnistiyası təklif edildi  

Əflatun Amaşov “onlayn” mətbuata 1 milyon manat ayırmağı TƏKLİF ETDİ
22.11.2017, 16:34

Əflatun Amaşov “onlayn” mətbuata 1 milyon manat ayırmağı TƏKLİF ETDİ

8 min müsəlmanın qatilinə ağır cəza verdi
22.11.2017, 16:31

8 min müsəlmanın qatilinə ağır cəza verdi

“Polis müstəntiqlərinin sayı artırılmalıdır”
22.11.2017, 16:29

“Polis müstəntiqlərinin sayı artırılmalıdır”

Ermənistan “dəvəquşu siyasəti”nə son qoymalıdır    
22.11.2017, 16:26

Ermənistan “dəvəquşu siyasəti”nə son qoymalıdır  

Azərbaycan özünü kartofla təmin edə bilirmi...   
22.11.2017, 16:03

Azərbaycan özünü kartofla təmin edə bilirmi...  

Xamenei İŞİD-i “xərçəng yığını” adlandırdı
22.11.2017, 16:02

Xamenei İŞİD-i “xərçəng yığını” adlandırdı

Jalə Əliyeva büdcə layihəsinə təkliflər verdi   
22.11.2017, 15:50

Jalə Əliyeva büdcə layihəsinə təkliflər verdi  

Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi
22.11.2017, 15:48

Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi

Əbülfəs Qarayev İSESKO-nun konfransında iştirak etdi
22.11.2017, 15:40

Əbülfəs Qarayev İSESKO-nun konfransında iştirak etdi

Qubada ayı ovlayan dəstə saxlanıldı
22.11.2017, 15:36

Qubada ayı ovlayan dəstə saxlanıldı

“Ola bilsin ki, Leyla xanım “Əsri”də yox, başqa yerdə dəfn edilib” - Rəsulzadənin NƏVƏSİ   
22.11.2017, 15:31

Ola bilsin ki, Leyla xanım “Əsri”də yox, başqa yerdə dəfn edilib” - Rəsulzadənin NƏVƏSİ  

Xəzərdə yenə zəlzələ oldu
22.11.2017, 15:28

Xəzərdə yenə zəlzələ oldu

Niderlandda Qarabağa səfərlər təşkil edən sayta qarşı kampaniya başladı
22.11.2017, 15:19

Niderlandda Qarabağa səfərlər təşkil edən sayta qarşı kampaniya başladı

Həyatdan erkən köçən dünya MƏŞHURLARI
22.11.2017, 15:17

Həyatdan erkən köçən dünya MƏŞHURLARI

İşləməyən köçkünlərə rəsmi CAVAB: Dondurulmuş əməkhaqqı verilməyəcək
22.11.2017, 15:15

İşləməyən köçkünlərə rəsmi CAVAB: Dondurulmuş əməkhaqqı verilməyəcək

Dövlət qulluğu üçün sınaq imtahanı keçirildi
22.11.2017, 15:13

Dövlət qulluğu üçün sınaq imtahanı keçirildi

ADU-da Heydər Əliyevlə bağlı tədbir
22.11.2017, 15:10

ADU-da Heydər Əliyevlə bağlı tədbir

Qılıncoynatma Federasiyasında yeni TƏYİNATLAR
22.11.2017, 15:07

Qılıncoynatma Federasiyasında yeni TƏYİNATLAR

“Təhdidlər hamımızı narahat edir” - Əli Həsənov
22.11.2017, 15:03

“Təhdidlər hamımızı narahat edir” - Əli Həsənov

Deputat səfirliklərin problemini qaldırdı   
22.11.2017, 14:56

Deputat səfirliklərin problemini qaldırdı  

2000 insanın diri-diri yandırıldığı məscid - REPORTAJ
22.11.2017, 14:52

2000 insanın diri-diri yandırıldığı məscid - REPORTAJ

Azərbaycanın bəzi yerlərində radon qazı normadan artıqdır - TƏHLÜKƏ
22.11.2017, 14:46

Azərbaycanın bəzi yerlərində radon qazı normadan artıqdır - TƏHLÜKƏ

Kamal Abdullanı gənc rektor əvəzləyəcək - ADU-da YENİLİK - FOTOLAR
22.11.2017, 14:39

Kamal Abdullanı gənc rektor əvəzləyəcək - ADU-da YENİLİK - FOTOLAR

İlham Əliyev Brüsseldə NATO-nun baş katibi ilə GÖRÜŞƏCƏK  
22.11.2017, 14:39

İlham Əliyev Brüsseldə NATO-nun baş katibi ilə GÖRÜŞƏCƏK  

 Ərdoğan: “Qarabağ problemini yalnız Rusiya həll edə bilər”
22.11.2017, 14:33

Ərdoğan: “Qarabağ problemini yalnız Rusiya həll edə bilər”

Azay Quliyev hökuməti QHT-lərə diqqəti artırmağa çağırdı
22.11.2017, 14:29

Azay Quliyev hökuməti QHT-lərə diqqəti artırmağa çağırdı

Rasim Balayev müalicə üçün Türkiyəyə gedəsi olmadı
22.11.2017, 14:22

Rasim Balayev müalicə üçün Türkiyəyə gedəsi olmadı

Qərbi Kaspi Universiteti tələbələrini işlə təmin edir   
22.11.2017, 14:08

Qərbi Kaspi Universiteti tələbələrini işlə təmin edir  

Vitse-spiker: “Bu, məhkəmə prosedurlarının pozulmasına gətirib çıxarır”
22.11.2017, 13:57

Vitse-spiker: “Bu, məhkəmə prosedurlarının pozulmasına gətirib çıxarır”

Komitə sədri Baş nazirə müraciət etdi
22.11.2017, 13:55

Komitə sədri Baş nazirə müraciət etdi

“Hökumət araşdırma aparıbmı ki, 2017-ci ildə nə qədər iş yeri bağlanıb?”    
22.11.2017, 13:52

“Hökumət araşdırma aparıbmı ki, 2017-ci ildə nə qədər iş yeri bağlanıb?”  

Türk lirəsi batır…Həm də Zərraba GÖRƏ
22.11.2017, 13:38

Türk lirəsi batır…Həm də Zərraba GÖRƏ

ARXİV