Modern.az

Məşhur ziyalılar niyə toplandılar... - FOTOLAR  

Məşhur ziyalılar niyə toplandılar... - FOTOLAR  

Aktual

22 İyul 2017, 10:32

Bu gün Azərbaycan Milli Mətbuatının 142 yaşı tamam olur. Modern.az-ın məlumatına görə, görkəmli ziyalı Həsən bəy Zərdabinin təsis etdiyi "Əkinçi" qəzetinin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək çap olunmasına baxmayaraq, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş "Əkinçi" az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb.

Bu günlərdə Milli Mətbuat günü ilə əlaqədar müxtəlif mərasimlər keçirilir. Belə tədbirlərdən birində məhşur ziyalılar bir araya gəliblər. Bu barədə məlumatı tanınmış jurnalist, media eksperti, professor Qulu Məhərrəmli paylaşıb.

“Mətbuat günü ərəfəsində millətin ruhunu diri saxlayan Şirməmməd Hüseynov, Ramiz Abutalıbov, Ramiz Rövşen, Cəmil Həsənli kimi böyük ziyalılarla görüşdük. Əsas söhbətimiz media və Azərbaycan Cümhuriyyətinin 100 illiyi haqqında oldu...”,-deyə Q.Məhərrəmli bu görüşün qayəsindən danışarkən qeyd edib.

Modern.az saytı həmin tədbirdən fotoları təqdim edir:

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı