Modern.az

BMT Donbasa sülhməramlı göndərməyi planlaşdırmır

BMT Donbasa sülhməramlı göndərməyi planlaşdırmır

24 İyul 2017, 23:04

Birləşmiş Millətlər Təşkilatı Ukraynanın Donbas bölgəsinə sülhməramlı kontingent göndərməyi planlaşdırmır. Modern.az  xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin nümayəndəsi Fərhan Haq bildirib.

Fərhan Haq qeyd edib ki, “Normand dördlüyü”, üçtərəfli təmas qrupu və ATƏT-in səylərini dəstəkləyirik. Biz vəziyyəti yalnız diqqətlə izləyirik, hər hansı hazırlıq işləri görmürük. İstənilən qərar qəbul edildikdə bütün tərəflərin razılığı lazımdır. Hazırda BMT Donbasa sülhməramlı kontingent göndərməyi planlaşdırmır".

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi