Modern.az

İran prezidenti ikinci dəfə and içdi  

İran prezidenti ikinci dəfə and içdi   

5 Avqust 2017, 17:50

Avqustun 5-də Tehranda İran prezidenti Həsən Ruhaninin inauqurasiya mərasimi keçirilib.

Modern.az xəbər verir ki, İran parlamentində təşkil olunan mərasimdə bir çox xarici ölkələrdən, o cümlədən Azərbaycandan nümayəndələr iştirak edib. Azərbaycan nümayəndə heyətinə Milli Məclisin sədri Oqtay Əsədov başçılıq edib.


Andiçmə mərasimində İranın ali dini lideri Ayətullah Xamneyinin seçkilərin nəticələrini təsdiqləyən qərarı oxunub.


Həsən Ruhani öz hökumətinin planları barədə danışıb. O vurğulayıb ki, sosial ədalət və yoxsulluqla mübarizə onun əsas məqsədi olacaq.


İki həftə sonra prezudent öz hökumətinin üzvlərini parlamentin təsdiqinə təqdim edəcək.


Bu ilin mayında prezident seçkilərində Həsən Ruhani 57% səs alıb və ikinci müddətə ölkə başçısı seçilib. 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü