Modern.az

Amerikalıların 47%i-i Şimali Koreya ilə müharibə istəyir

Amerikalıların 47%i-i Şimali Koreya ilə müharibə istəyir

Aktual

16 Avqust 2017, 16:17

Şimali Koreyanın hərbi və nüvə obyektlərinə hava zərbələrinin endirilməsi planını 47% amerikalı dəstəkləyir.

 

Modern.az xəbər verir ki, bu barədə “Politico” qəzeti və Morning Consult şirkətinin birgə sorğusunda deyilir.

 

Sorğunun nəticələrinə görə, amerikalıların yalnız 28%-i Pxenyanı nüvə sınaqlarından vaz keçirmək üçün bölgəyə quru qoşunlarının göndərilməsini istəyir. Sadə amerikalıların 78%-i diplomatik səylərin, 73%-i isə əlavə sanksiyaların tətbiq olunmasını arzulayır.

 

Sorğu zamanı 52% amerikalı Donald Trampın prezidentliyindən narazı qaldıqlarını dilə gətirib.

 

 

 

 

 

 

  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü