Modern.az

Baş Prokurorluq 3 sayta xəbərdarlıq etdi

Baş Prokurorluq 3 sayta xəbərdarlıq etdi

18 Avqust 2017, 17:31

Baş Prokurorluq 3 intenrnet saytına rəsmi xəbərdarlıq edib.

 

Modern.az Baş Prokurorluğa isitnadən xəbər verir ki, aparılmış araşdırmalarla zamanı son günlər bəzi kütləvi informasiya vasitələrində, o cümlədən “Xural.com”, “Aztoday.az”, “İnfoaz.org” internet saytlarında müxtəlif başlıqlar altında dərc edilmiş məqalələrdə sensasiya naminə, həqiqətə uyğun olmayan, ictimai rəyi çaşdırmaq məqsədi güdən yalan və qərəzli məlumatlar yayılıb.

 

Bununla əlaqədar həmin saytların baş redaktorları Baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən qəbul edilərək, “Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq rəhbərləri olduqlarıinternet saytlarında sensasiya naminə, qərəzli informasiyaların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə bu xarakterli məlumatların yayılmasını davam etdirəcəkləri təqdirdə barələrində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəklərinə dair rəsmi xəbərdarlıq edilmişlər.

 

 

 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi