Modern.az

Barselonada terror törədənlərin hamısı məhv edilib - FOTO

Barselonada terror törədənlərin hamısı məhv edilib - FOTO

Dünya

19 Avqust 2017, 00:44

İspaniya polisi Barselonada törədilən terror aktlarında şübhəli bilinən şəxsləri məhv edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, terrorçuların 4 nəfəri məhv edilib. Bunlar Mərakeş əsilli Yunes Əbuyaqub, Musa Okabir, Səid Alaa və Məhəmməd Hicamidir. Adıçəkilən son 3 nəfərin Kambrils şəhərində öldürüldüyü bildirilir.

Qeyd edək ki, dünən Barselonanın mərkəzində  naməlum şəxs idarə etdiyi yük maşınını kütləyə çırpıb. Daha sonra Kambrils şəhərində terrorçular idarə etdikləri yük maşınını piyadalın üzərinə sürüblər. Son məlumatlara əsasən, İspaniyada törədilən terror aktları nəticəsində 15 nəfər ölüb, 130 nəfər yaralanıb.  Hadisəyə görə məsuliyyəti İŞİD üzərinə götürüb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü