Modern.az

Rusiya raketlərini Avropaya tuşlayıb – “Qoca qitə” ölüm zonasına çevrilə bilər

Rusiya raketlərini Avropaya tuşlayıb – “Qoca qitə” ölüm zonasına çevrilə bilər

Dünya

19 Avqust 2017, 12:43

Avropada Rusiyanın yürütdüyü hərbi strategiyanın təhlükəsi ilə bağlı həyəcan təbili çalınır. Rusiyanın işğal etdiyi Krımda yerləşdirdiyi “Kalibr” raketləri yerləşdirməsi barədə yayılan xəbərlər Avropa üçün qorxulu kabusa çevrilib.

 

Qərb mətbuatı yazır ki, Rusiya buradan çox asanlıqla Praqa və Berlini vura bilər. Qeyd edək ki, nüvə başlıqları ilə təchiz edilə bilən “Kalibr” raketləri həmçinin Kalininqradda da yerləşdirilib.

 

Avropa üçün dəhşətli müharibə kabusu yenidən gerimi qayıdır?

 

Ukrayna tərəfi bəyan edib ki, Moskva öz siyasi hədəflərinə çatmaq üçün Avropaya təzyiq göstərməyə davam edir və bunun üçün 2014-cü ildə işğal edilən Krımdan yararlanır.

 

“Rusiya Krım ərazisində beynəlxalq nəzarət üçün əlçatmaz olan hərbiləşdirilmiş zona yaradıb. Rusiya Krıma müasir silahlar və hərbi texnikalar yerləşdirib” – Ukraynanın Müvəqqəti İşğal Edilmiş Ərazilər üzrə Nazirliyinin bəyanatında belə bildirilib.

 

Məlumatlara görə, Moskva Krımda təkcə müdafiə silahları cəmləşdirməyib, onun silahları Avropada status-kvonu dəyişdirməyə belə qadirdir.

 

Rəsmi Kiyev hesab edir ki, Rusiya qəsdən “Orta və kiçikmənzilli raketlərin ləğvi” haqqında müqavilənin şərtlərini pozur.

 

Qeyd edək ki, müqavilə 1987-ci ildə SSRİ ilə ABŞ arasında imzalanıb. Müqaviləyə görə, uzaqlığı 500-5500 kilometrə qədər çatan raketlərin istifadəsi qadağan edilirdi. Bununla da 2962 SSRİ və ABŞ raketləri məhv edilmişdi.

 

Lakin görünən budur ki, Rusiya əzələ nümayişindən əl çəkmək istəmir və buna görə də müasir silahlarını bütün dünyaya nümayiş etdirir.

Rusiya “Kalibr”lərlə potensial rəqibi sakitcə nişan alıb, onu zərərsizləşdirə bilər – Bunu isə Çexiya mətbuatı yazıb.

 

Rusiya ilə ABŞ-ın qızğın silahlanma yarışına girməsi əslində Avropa üçün ən böyük təhlükəni ehtiva edir. Nüfuzlu Qərb KİV-ləri yazır ki, qırmızı düymənin basılması kifayətdir ki, Avropa ölüm zonasına çevrilsin.

 

Hələ nəzərə almaq lazımdır ki, Rusiya “Kalibr” raketləri ilə Amerikanı qorxutmaq üçün istifadə etmir, o yalnız regional səviyyədə təhdid doğurur.

 

Rusiya NATO və ABŞ-la müharibəyə başlasa, o zaman “Kalibr” raketləri lazım olmayacaq. Çünki Rusiyanın və ABŞ-ın hərbi balansında güclü qitələrarası ballistik raketlər var ki, bunlar işə salına bilər.

“Münaqişənin miqyası böyüsə belə halda qitələrarası ballistik raketlər tətbiq olunacaq” - bunu rusiyalı analitik Vladimir Yevseyev deyib.

 

Hərbi ekspertin fikrincə, Amerikanın “Tomohavk” qanadlı raketləri var ki, bunun özü də Rusiyanın təhlükəsizliyi və maraqları üçün təhdiddir.

 

Yevseyev deyib ki, həqiqətən də Krımda “Kalibr” qanadlı raketləri var. Lakin bunu Avropa üçün təhlükə kimi xarakterizə etmir.

“Söhbət ondan gedir ki, bu raketlər Rusiyanın apara biləcəyi lokal əməliyyatlarda istifadə olunur. Əgər söhbət konkret Suriyadan gedirsə, Rusiya NATO-ilə birgə də əməliyyatlar keçirə bilər”-Yevseyev iddia edir.

 

Məlumatlara görə, Rusiyanın Xəzər dənizi də daxil olmaqla bütün bölgələrdə “Kalibr” qanadlı raketləri ilə təchiz olunmuş gəmiləri var. Hazırda Rusiyanın arsenalındakı bu raketlərinin sayı dəqiq məlum deyil.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü